Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Pahanq
Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır. == Tarix == xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və II Dünya Müharibəsindən sonra Malaya Federasiyasına qatıldı. == Demoqrafiya == Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar ,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Pavsani
Pavsani (coğrafiyaçı) — E.ə. II minillikdə Liviyalı səyyah və coğrafiyaçı olmuşdur. Pavsani (sərkərdə) — Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi.
Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Paşalı rayonu — indi Ermənistan adlanan respublikada rayon. Axtarma-Paşalı palçıq vulkanı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. Paşalı (Dərələyəz) — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Sasani
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. == Coğrafiyası == Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. == Tarixi == Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Acacia patens
Acacia maitlandii (lat. Acacia maitlandii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia patens Benth.
Aegilops vagans
Aegilops geniculata (lat. Aegilops geniculata) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü. == Sinonim == == Arealı == Aegilops geniculata növü Kanar adaları, eləcə də Aralıq dənizi sahilləri-dan Əfqanıstana qədər yayılmışdır.
Aleksandrov pasajı
Aleksandrov pasajı — Kazanda yerləşən şəhər əhəmiyyətli tarixi abidə. Rusiyada olan bir neçə pasajdan biri. 1880-1883-cü illərdə tacir Aleksandr Aleksandrovun sifarişi ilə tikilib. == Haqqında == Kazan şəhərində pasaj tikmək məqsədilə tacir Aleksandr Aleksandrov 1880-ci ilin yanvar ayında müsabiqə elan edir. Müsabiqədə Peterburq İncəsənət Akademiyasının məzunları 22 yaşlı Vladimir Suslov və Nikolay Pozdeyevin layihəsi qalib gəlir. Qalib gəldiklərinə görə məzunlar 500 rubl mükafat da əldə edirlər. Müsabiqənin qalibləri Peterburqu tərk edə bilmədikləri üçün binanın tikintisi peterburqlu memar Henri Ruşa tapşırılır. Bina Ruş tərəfindən 1880-1883-cü illərdə tikilib. Bina özündə modern və neobarokko üslublarını cəmləşdirib. Aleksandr Aleksandrov dünyasını dəyişdikdən sonra bina onun bacısı Olqa Geynsə miras qalır.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Areca parens
Areca parens (lat. Areca parens) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin areka cinsinə aid bitki növü.
Avena patens
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Baccharis patens
Baccharis patens (lat. Baccharis patens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Balans Hesabatı
Balans dəyəri
Balans mənfəəti
Balans mənfəəti — müəssisə, təşkilat və firmanın təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətindən əldə etdiyi bütün mənfəətlərin mühasibat balansında təsbit olunan cəmləşmiş ümumi yekunu. Balans mənfəətinin məbləği seçilmiş uçot vektorundan asılıdır; tənzimləyici sənədlər subyektlərə mühasibat uçotu metodlarını seçməklə maliyyə nəticələrinin formalaşmasına təsir etmək yollarını müstəqil seçmək imkanı verir. Məhsulların satışı istehsal olunmuş məhsulların satışından, xidmətlərin göstərilməsindən və hər hansı bir işin yerinə yetirilməsindən ibarətdir. Məhsulların satışından əldə edilən gəlirlər müəssisənin xalis gəlirini müəyyən edir, balans mənfəətinin digər elementləri əsasən təsərrüfat fəaliyyəti dövründə əvvəllər əldə edilmiş mənfəətin yenidən bölüşdürülməsini hesablayaraq tərkibə daxil edilir.