Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Paje
Paje (fr. Pajay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38291. Kommunanın 1999-cu il üçün əhalisi 796 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 410 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Pavə
Pavə — İranın Kirmanşah ostanının şəhərlərindən və Pavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,774 nəfər və 5,171 ailədən ibarət idi.
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Anita Qaçe
Anita Qaçe (d. 14 aprel 1984; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Anita Qaçe Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Handley Page
Handley Page Limited mərkəzi İngiltərə də yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 17 iyun 1909-cu ildə Frederick Handley Page tərəfindən təsis edilmiş və 1970-ci ildə ləğv edilmişdir.
II Vaçe
II Vaçe — Qafqaz Albaniyası çarı. == Həyatı == Moisey Kalankatlının məlumatına görə Vaçe Sasani şahənşahı I Firuzun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Firuzabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi xarici-siyasi dəyişikliklərlə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur. II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən dini azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450-451-ci illərdə erməni sərkərdəsi Vardan Mamikonyanın başçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457-463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu. Bundan əlavə Sasani imperiyasındakı ara müharibələri üsyanı şiddətləndirirdi. == Hakimiyyətdən getməsi == 457-ci ildə II Yezdəgird vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştilikdən əl çəkməsində göstərdi.
I Vaçe
I Vaçe — sənədlərdə adı keçən ikinci Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Sasanilər dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir. == Roma-Sasani mübarizəsi == III-V əsrlərdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Sasanilər arasında mübarizə gedirdi. 260-cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianı məğlub edərək əsir aldı. Bu zaman Albaniya çarı I Vaçe Roma ilə ittifaqda idi .
Kəllə-paça
Xaş ya Kəllə paça — Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه‎) , (türk. Kelle paça), (bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Hazırlanması == Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır.
Main Page
Mikania pacei
Mikania pacei (lat. Mikania pacei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Məçkə-xacə
Məçkə-xacə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Məckəxacə oyk., miir. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Cağacıq çayının sahilində, dağətəyi ərazidədir. Əsl adı Mahcəkə Xacə olmuşdur. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim tat dilindəki mah (dayanacaq), cəkə (yer) və xacə sözlərindən ibarət olub, “xacənin dayanacaq yeri, düşərgəsi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 392 nəfər əhali yaşayır.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3-6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir. Google PageRank Google un istifadə etdiyi alqoritm nəticəsində saytınıza verdiyi qiymətdir.Bu qiymət bir sayta verildiyi kimi saytın səhifələrinə də verilir.Misal üçün: webmasterik.com/forum və ya http://www.webmasterik.com/google.html PageRank Google da axtarış zamanı saytınızın yerini müəyyən etmək üçün lazımdır.Misal üçün Google da “Azərbaycan“ yazaraq axtarış versək ilk olaraq qarşımıza azerbaijan.az saytı, ikinci yerdə isə tr.wikipedia.org/wikiAzerbaycan səhifəsi gələcək… azerbaijan.az ın PageRank dəyəri – 7 az.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PageRank dəyəri isə – 5 dir.
Pane dağı
Pane dağı (fr. Mont Panié) — Qrand Ter adasının ən hündür zirvəsi. Zirvə həmcinin Yeni Kaledoniyanın ən hündür dağıdır. Zirvənin hündürlüyü 1628 metr təşkil edir.
Pape Diuf
Pape Diuf (18 dekabr 1951[…], Abeşe, Fransa Çadı[d] – 31 mart 2020[…], Dakar[…]) — Fransanın Olimpik Marsel FK-nın sabiq prezidenti. == Həyatı == 18 dekabr 1951-ci ildə Çadda doğulub. Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib. 31 mart 2020-ci ildə səhhətində nasazlıq olan 68 yaşlı Pape Diuf koronavirus xəstəliyinə yoluxduğundan Seneqalın paytaxtı Dakarda vəfat edib.
Pavə şəhristanı
Pavə şəhristanı- İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Pavə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 51,755 nəfər və 13,309 ailədən ibarət idi.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
Space Invaders
Space Invaders (スペースインベーダー Supēsu Inbēdā) — Tomohiro Nishikado tərəfindən hazırlanmış və 1978-ci ildə buraxılmış arcade oyunu. Yaponiyada Taito, ABŞ-də isə Bally Technologies-in törəmə şirkəti olan Midway tərəfindən istehsal edilmiş və satılmışdır. Oyunun məqsədi lazer silahı ilə yadplanetliləri məğlub etməkdir. == İnkişaf == Space Invaders yapon dizayneri Tomohiro Nishikado tərəfindən hazırlanmışdır, o, bir il ərzində oyunu və onu istehsal etmək üçün lazımi avadanlıqları inkişaf etdirmişdir. Oyun Atari arcade oyununa cavab idi Breakout (1976). Oyun üçün ilk düşmən dizaynları arasında tanklar, döyüş təyyarələri və döyüş gəmiləri var idi. Nişikado isə düşmənin hərəkətləri ilə kifayətlənmirdi; texniki məhdudiyyətlər uçuş simulyasiyasını çətinləşdirdi. İnsanları təqlid etmək daha asan olardı, lakin dizayner onları lentə almağın əxlaqsızlıq olacağını düşünürdü. 1974-cü ildə Yaponiyada Yamato Kosmik Döyüş Gemisi animesinin buraxılışından sonra və Ulduz Döyüşləri jurnalında (1977) bir məqalə gördükdən sonra o, kosmik mövzudan istifadə etməyi düşündü. Nishikado yadplanetlilərin yaradılması üçün ilham aldı.
Space Radio
Space Radio — 12 oktyabr 2001-ci il tarixində Azərbaycanda fəaliyyətə başlamış özəl radio kanalı. 104.0 MHz dalğasında yayımlanır. Yayım 24 saatdır. Space 104 FM dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır.
Space TV
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Space Televiziyası
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. == Tarixi == Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.