Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neptun
Neptun (planet) — Günəş sistemində 8-ci planet. Neptun (element) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element. Neptun (mifologiya) — Roma mifologiyasında dəniz allahı.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır. Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Pisten
Pistən
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Pəstah
Pəstah - hər hansı bir üsulla emal olunan hissələrə deyilir. Emal üsulu burada heç bir rol oynamır. Pəstah dedikdə həm də tam hazır olmayan maşın hissələri nəzərdə tutulur. Onlar metaldan və qeyri metallardan hazırlana bilir. Hazırlanma üsulu nisbətən kobud olub ilkin həndəsi formanın və mexaniki xassələrin verilməsinə xidmət edir. Burada adətən təzyiq altında emal üsullarından istifadə edilir. Əliyev, R.R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Ərəstun
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Esten
Esten (kanton)
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Əstup
Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur.
Petux
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Jestin tanınması
Jesttanıma — işarə tanıma mədəniyyətinin dilə qədər yüksək dərəcədə inkişaf etmiş və ibtidai ünsiyyətin mühüm ünsürü olmuş bir instinkdir. Dil yaranandan sonra jesttanıma ilə ünsiyyətin dairəsi tədricən daralmışdır, lakin jesttanıma üzərində işarə mədəniyyətinin müstəqil növləri formalaşmışdır. == Yas ritualları == Yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar. == Toy ritualları == Toy ritualları, onların etnoloji və mifoloji kökləri qədim xalqların tarixi ilə qarşılıqlı surətdə öyrənilməlidir. Bu, hər şeydən əvvəl qədim yazılı abidələri ətraflı şərh etmək, eyni zamanda dillərin fonetik, leksik və qrammatik quruluşunu səciyyələndirməklə sıx bağlıdır. == İbadət ritualları və mərasimləri == === Dini və dünyəvi teatrın, səhnə sənətinin formaları === Teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Məstan Əliyev
Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan, Qazax qəzası – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı. 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi. Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.