Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Castin Plaşka
Flakka
Flakka və ya alpha-Pyrrolidinopentiophenone sintetik narkotik maddə.β-keto-prolintane, prolintanone, və ya desmethylpyrovalerone kimi də tanınır. Beyində norepinefrini və dopamini geri alan reseptorları seçici olaraq inhibisiya etdiyi üçün, sinaptik boşluqda hər iki neyrotrasnmitterin sayını artırır.[1] Formulu:C15H21NO == Haqqında == Amerikada 2011-ci ildə bazara çıxan və son zamanlar bütün dünyaya yayılan Flakka, insanların həyatını təhdid edir Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir. Bu narkotik, uzun müddət Amerikada qanuni olaraq satılıb. Çünki içindəki maddələrin istifadə nisbəti, qanuni sərhədlərin altında idi. Bu maddənin adına "Beath Tam" (vanna duzu) deyildi. Çünki forması vanna duzu kimi idi. Çində istehsal olunur və bir doza yalnız 25 dollara satılırdı. Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir. Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plasaj
Plasaj (fr. placage — yerləşdirilmə) — Yeni Fransanın patriaxal müstəmləkə icmasında kişilərlə qadınlar arasındakı münasibətlərin tabe olduğu mədəni baxışların və normaların ümumi qəbul olunmuş qeyri-rəsmi (pərdəarxası) sistemi.
Plavsk
Plavsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Plazia
Plazia (lat. Plazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Plazia cheiranthifolia Wedd. Plazia daphnoides Wedd.
Plazma
Tibbi termin üçün bax qanın plazması Plazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Polakia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Loksa
Loksa (est. Loksa) — Estoniyanın şimalında, Baltik dənizində yerləşən şəhər, Haryumaa bölgəsində şəhər. == Əhali == Loksanın 57% ruslar təşkil edir. == Web link == 360° aeropanoraam / aerofoto. 1 aprill 2012 Loksa linn Loksa linnal keelatakse end lõhki laenata, Postimees, 8.
Pakfa
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Aleksa Çanq
Aleksa Çanq (ing. Alexa Chung; 5 noyabr 1983) ingilis qadın aparıcı və modeldir. BBC kanalında musiqi qrupları ilə danışıqlar aparmışdır.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Pinus clausa
Pinus clausa (lat. Pinus clausa) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Planea schlechteri
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plazia pinnifolia
Gypothamnium (lat. Gypothamnium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Gypothamnium pinifolium Phil. Sinonim Plazia pinnifolia (Phil.) O.Hoffm.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına baxmayaraq gündə 75 ton asetilen istehsal edir.
Varşini Prakaş
Varşini Prakaş (hind. वार्शिनी प्रकाश) — iqlim fəalı və 2017-ci ildə həmtəsisçisi olduğu 501 (s) (4) təşkilatı olan Sunrise Movement Hərəkatının icraçı direktoru. 2019-cu ildə o, Time 100 siyahısına daxil edilir və Sierra Club John Muir Award mükafatına namizəd olur. Prakaş iqlim dəyişikliyindən ilk dəfə 2004-cü ildə Hind okeanında baş verən sunami xəbərindən sonra 11 yaşında xəbərdar olub. Böyüyəndə həkim olmaq istəyirdi. Prakaş Massaçusetts Amxerst Universitetində kollecə gedir və burada iqlim problemləri üzərində işləməyə başlayır. Orada olarkən o, məktəbin qalıq yanacaq satışı kampaniyasının lideri olur. Prakaş həmçinin milli fosil Yanacaq Tələbə Şəbəkəsi ilə də işləmişdir. 2017-ci ildə məzun olduqdan bir il sonra, UMass Amherst aktivlərini əldən verən ilk böyük dövlət universiteti olur. 2017-ci ildə Prakaş, digər yeddi həmtəsisçi ilə, iqlim dəyişikliyi ilə bağlı siyasi fəaliyyətin tərəfdarı olan 501(c)(4) və amerika gənclərinin rəhbərlik etdiyi siyasi hərəkat olan Sunrise Movement Hərəkatını başladır.
KDE Plasma
KDE — beynəlxalq azad proqram təminatı cəmiyyətidir, Linux, Microsoft Windows, FreeBSD, Solaris və macOS əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan "KDE Plasma" masaüstü mühiti kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır. KDE 108 dilə tərcümə olunub . == KDE Plasma == KDE Plasma — KDE tərəfindən əsasən Linux ƏS-i üçün yaradılmış masaüstü mühitidir. KDE Plasma - Fedora KDE, Kubuntu, Manjaro, openSUSE, SteamOS kimi sistemlərdə defolt masasüstü mühiti kimi istifadə olunur.
Polakia paradoxa
Salvia aristata (lat. Salvia aristata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.