Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kira Plastinina
Kira Sergeyevna Plastinina (1 iyun 1992, Moskva) — Rusiya modelyeri. == Həyatı == Kira Plastinina dünyanın ən gənc modelyeri kimi tanınan rus modelyeridir. Belə ki, o, karyerasına hələ orta məktəb şagirdi olduğu müddətdə başlamışdir. Kira 1 iyun 1992-ci ildə Sergey və Tatyana Plastinin ailəsində anadan olub. Atası Sergey Plastinin məşhur rusiyalı iş adamı, qida sənayesi nəhəngi Wimm-Bill-Dann şirkətinin səhmdarıdır. Anası Tatyana Plastinina ixtisasça dilçi, Uşaq Musiqili Akademiyasının həmtəsisçisidir. Artıq 14 yaşında valideynlərinin dəstəyi ilə Kira Plastinina öz moda brendinin sahibi oldu. 2017-ci ildə Kira Plastinina keçmiş iş ortağı, amerikalı sahibkar Trey Vallett ilə ailə həyatı qurub. == Karyerası == Sergey Plastinin 2006-cı ildə qızının arzusunu həyata keçirməyə başladı. O, Kira Plastinina ticarət markasını qeydiyyatdan keçirdi və yeni geyim markasının təşviqi strategiyasını hazırlayan mütəxəssisləri işə götürdü.