Xalijan Bekxojin
Xalijan Bekxojin (2 (15) dekabr 1913, Pavlodar, Bozqır general-qubernatorluğu – 2 oktyabr 1990, Almatı) — Müasir qazax ədəbiyyatının görkəmli simalarından olub, poema, dram əsərləri, şeir və tərcümələr müəllifidir.
Müasir qazax ədəbiyyatının görkəmli simalarından olan Xalijan Bekxojin 15 dekabr 1913-cü ildə Pavlodar şəhərində anadan olmuşdur. O, orta mək- təbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1933–1934-cü illərdə Pavlodar şəhərində dərc olunan "Kolxoz" qəzetinin əməkdaşı olmuşdur. 1938–1942-ci illərdə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsində və Qazaxıstan Yazıçılar İttifaqında işləmişdir. Böyük Vətən müharibəsi başladıqdan bir il sonra müharibəyə getmiş və 1942–1945-ci illərdə hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Xalijan Bekxojin müharibədən geri döndükdən sonra 1946–1949-cu illərdə Qazaxıstan Elmlər Akademiyası-nın Dil və Ədəbiyyat institutunda elmi işçi vəzifəsində çalışmışdır. O, 1965-ci ildə "Qazax mətbuatının inkişaf yo- lu" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1969-cu ildə onun ədəbi-tənqidi məqalələrdən ibarət "Ənənə və novatorluq" kitabı çap olunmuşdur. O, 1978-ci ildə Qazaxıstanın Dövlət mükafatı laureatı, 1986-cı ildə isə xalq yazıçısı adlarına layiq görülmüşdür.
Xalijan Bekxojin 2 oktyabr 1990-cı ildə Almatı şəhərində vəfat etmişdir.