Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Povorotnı adası
Povorotnı adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adası ilə Pioner adası arasında yerləşir. Komsomoles adasında yerləşən Otkrıtı burnundan 8,3 km, Pioner adasında yerləşən Xolmistı burnundan isə 5,5 km aralıda qərarlaşır. Adadan 5 km qərbdə Yunıy boğazı yerləşir. Şimalında Kovalevski körfəzi yerləşir. Şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 1,5 km, eni 350 m təşkil edir. Maksimal hündürlük 21 metrdir. Qərb sahilləri 5 m hündürlüyə sahibdir.
Povorotnı burnu
Povorotnı burnu — Rusiya, Primorsk diyarı, Böyük Pyotr körfəzi sahilində yerləşən burun. Bu hissədən Primorsk vilayətinin şərq sahili boyunca soyuq Primorsk cərəyanı keçir. Povorotnı burnu Keyp Kod yarımadasına bənzəyir. Bircəı onlar arsında fərq suyunun temperaturunun fərqli olmasıdır. Burunda № 110 artilleriya batareyası yerləşir. 1941-ci ilin iyulunda yengəc ovlayan "Tunqus" gəmisi sovet sualtı minasına toxunur və nəticədə 22 nəfər ekipaj üzvü həlak olur. 14 iyun 1973-cü ildə burun yaxınlığında K-56 atom sualtı qayığı ilə "Akademik Berq" gəmisi toqquşmuşdur. Nəticədə 27 nəfər həlak olmuşdur.. Burada ilboyu fəaliyyət göstərən mayak vardır. Mayaka xidmət edən personal mayak yaxınlığındakı qəsəbədə yaşayır.