Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Skrjabinus popovi
Skrjabinus popovi (lat. Skrjabinus popovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. Lanset şəkilli trematodlardır, uzunluğu 4,3, eni isə 1,05 mm-dir. Ağız sormacının uzunluğu 0,28 mm, eni 0,031 mm-dir. Bədənin ön qurtaracağından 0,966 mm məsafədə yerləşən, ağız sormacından 2 dəfə böyük müqayisəedici dərəcədə möhkəm olan qarın sormacının diametri 0,52 mm-dir. Udlaq qısadır. Dairəvi farinksin diametri 0,105 mm-dir. Oval şəkilli yumurtalıqlar asimmetrik şəkildə yanlarda, qarın sormacının arxa qurtaracağında yerləşir. Sağ toxumluğun böyüklüyü 0,178 mm, eni isə 0,241 mm, sol toxumluğunki isə 0,126 mm, eni 0,210 mm-dir. Cinsi bursa qarın sormacından öndə yerləşib uzunluğu 0,210 mm, eni 0,168 mm-ə çatır.
Bulbophyllum campos-portoi
Bulbophyllum campos-portoi (lat. Bulbophyllum campos-portoi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum campos-portoi növü Braziliya üçün endemik növdür.
Podiyi Milli Parkı
Podıyi Milli Parkı (çex. Národní park Podyjí) — Çexiyanın Yihomoravsk diyarında yerləşən milli park. Çexiyanın 4 milli parkından biridir. Milli park 1991-ci ildən fəaliyyətdədir. Sahəsinə görə olduqca kiçik milli parkdır və sahəsi cəmi 63 km2-dır. Podıyi Milli Parkı Çexiyanın ən kiçik milli parkıdır. Sahəsi 63 km2 olsa da, ciddi qorunan sahə 29 km2-dır. Milli park Avstriya ilə sərhəddədir. Die çayı Avstriya ilə sərhədi müəyyən etməkdədir və milli park bu çayın bir sahilindədir. Burada uzunluğu 40 km olan Die kanyonu keçir.
Podıyi Milli Parkı