Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır. Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Ponsen (En)
Ponsen (fr. Poncin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Timur Oduşev
Timur Oduşev (16 yanvar 1993, Bakı) — 2010-cu ildə Oskar mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (ing. 32nd Young Artist Awards) layiq görülmüş aktyor. Timur Oduşev 1993-cü il yanvarın 16-da Bakıda anadan olub. 6 yaşından Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. 13 mart 2011-ci ildə 32-ci "Hollivudun gənc istedadları" mükafatı ilə təltif olunub. 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Sahə (film, 2010) R. İsayeva, "Timur Oduşev: "İçimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm"" (müsahibə), Mədəniyyət.- 2011.- 1 aprel.- Səh. 9.
Ferdinand Porşe
Ferdinand Porsche (3 sentyabr 1875, Libereç – 30 yanvar 1951[…], Ştutqart) — Avstriya əslli Alman avtomobil mühəndisi. Porsche orijinal Volkswagen Beetles(n)i hazırlamış, məşhur Alman tankları Tiger I, Tiger II və Elefant tanklarının dizaynlarında iştirak etmişdir. == Fəaliyyəti == 1916da Daimler-Motoren-Gesellschaftın Avstriyadakı fabrikinin ümumi müdiri olmuşdur. 1923-cü ildə Stuttgartdakı şirkət mərkəzində vəzifə götürdü. 1931-ci ildə idman və yarış avtomobilləri dizaynı etmək üçün öz şirkətini qurdu. Oğlu Ferdinandla birlikdə Hitlerin xalq avtomobili proyektiylə yaxından maraqlandı. 1934-cü ildə Volkswagenin ön dizayn işlərinin başına gətirildi. II Dünya Savaşı əsnasında başda Tiger tankı olmaq üzrə bir çox əsgəri vasitənin dizaynını reallaşdırdı. Döyüşdən sonra bir müddət Fransada həbs həyatı yaşadı. Qurduğu şirkət 1948-ci ildən sonra Porsche markası altında avtomobillər çıxardı.
Lodev (rayon)
Lodev (fr. Lodève) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ero. Suprefektura — Lodev. Rayon əhalisi 1999-cı ildə 83 044 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 46 nəf / km². Rayon sahəsi — 1819 km².
Nathuram Qodse
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Oleq Losev
Oleq Vladimiroviç Losev (rus. Оле́г Влади́мирович Ло́сев) — elektrik birləşmələri sahəsindəki mühüm kəşfləri ilə tanınan rusiyalı alim və ixtiraçı O, heç vaxt formal təhsilini tamamlaya bilməsə də, yarımkeçiricilərdə ilk tədqiqatlarının bəzilərini keçirib. Onun kəşflərinə görə 43 elmi məqalə nəşr edilib və o, 16 "müəlliflik şəhadətnaməsi" (patentlərin sovet variantı) alıb. Losev silisium karbidin kontakt birləşmələrində işıq şüalanmasının olduğunu qeyd edib. Bu işıq diodları üzərində ilk tədqiqat olub. Bu tədqiqatlar elektrolüminessensiya kimi praktiki tətbiqlərdə onların istifadə olunması və işıq diodlarının necə işləməsinin ilk düzgün nəzəriyyəsi idi. O, yarımkeçirici birləşmələrdə mənfi müqaviməti tətqiq etmişdir və tranzistorun kəşfindən 25 il əvvəl ilk bərk vəziyyətli gücləndiricilər, siqnal generatorları və superheterodin radioqəbuledicilərin hazırlanması və gücləndirmə üçün praktiki olaraq onlardan istifadə bir ilk idi. Lakin onun nailiyyətləri diqqətdən kənarda qalıb və XX əsrin sonları XXI əsrin əvvələrində tanınmamışdan əvvəl təxminən yarım əsr müddətində Oleq Losevin bütün bu işləri naməlum qalıb. Rusiya radio həvəskarları ittifaqının Nijni Novqorod bölməsi «O.V.Losev - zamanı qabaqlamış alim!» (rus. О. В. Лосев — учёный, опередивший время!) diplomunu təsis edib..
Porşe 911
Porşe 911 — Almaniya avtomobil istehsalçısı Porşe tərəfindən 40 ildən artıqdır ki, istehsal edilən idman avtomobilləri seriyasına aid avtomobil markası. Bu məşhur, fərqli və dayanıqlı modellər ilk çıxarıldığı 1964-cü ildən sonra davamlı bir inkişaf içində olmuşdur. İlk modeldən etibarən bütün vasitələr arxadan motorlu, arxadan çəkişli (1989-cu ildən sonra 4 çəkişli modellər edilmişdir), hava soyutmalı, boksyor motorludur. İlk modelindən etibarən 911-lər davamlı yarış dəstələri tərəfindən rallilər və digər yarış təşkilatlarında istifadə edilmiş, cəmi yarış qalibiyyəti sayı ələ alınınca da çox vaxt bütün zamanların ən müvəffəqiyyətli yarış vasitəsi olaraq xarakterizə edilmişlər. Porşe 911, Ford Model T, Mini, Sitroen DS və Volksvagen Beetleydən sonra ən çox mükafat qazanan avtomobil modelidir. Ardıcıl hərfləri (A, B, C, vs.); Porşe tərəfindən model ilini və kassa tipini ifadə etmək üçün istifadə edilmişdir. Yeni model ilini ifadə etmək üçün bəzən ardıcıl hərfi dəyişdirilmişdir. Məsələn ilk 911 modelləri A ardıcıllığı, ilk 993 modelləri isə R ardıcıllığı olaraq adlandırılmışdır. Bu maddədə modellər, Porşenin fabrik içi adlandırmalarına görə adlandırılmışdır (911, 964, 993, 996, 997); ancaq bütün modellər 911 adı altında satılmışdır. "Carrera", "GT3", "Turbo" kimi ibarələr modelin alt xüsusiyyətləri ilə əlaqəlidir, ancaq bütün vasitələr 911 seriyasıdır.
Tarsius podje
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Podye Milli Parkı
Podıyi Milli Parkı (çex. Národní park Podyjí) — Çexiyanın Yihomoravsk diyarında yerləşən milli park. Çexiyanın 4 milli parkından biridir. Milli park 1991-ci ildən fəaliyyətdədir. Sahəsinə görə olduqca kiçik milli parkdır və sahəsi cəmi 63 km2-dır. Podıyi Milli Parkı Çexiyanın ən kiçik milli parkıdır. Sahəsi 63 km2 olsa da, ciddi qorunan sahə 29 km2-dır. Milli park Avstriya ilə sərhəddədir. Die çayı Avstriya ilə sərhədi müəyyən etməkdədir və milli park bu çayın bir sahilindədir. Burada uzunluğu 40 km olan Die kanyonu keçir.
Xuan Ponse de Leon
Xuan Ponse de Leon (isp. Juan Ponce de León; 8 aprel 1480 və ya 1474 – 1521[…], Havana, İspaniya imperiyası) — İspaniya səyyah və konkistador. Xuan Ponse de Leon İspaniyanın Valyadolid şəhərində anadan olmuşdur. Gənclik illərində Qranada şəhəri uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir. Ponce de Lion Xristofor Kolumbla eyni gəmidə yeni dünya adlandırılan Şimali Amerikaya getmişdir. İspaniya kral ailəsi tərəfindən verilən əmrə əsasən Puerto -Rikonun ilk qubernatoru təyin edilmişdir. 1513-cü ildə indiki Florida ştatı əraizisininı kəşf etmişdir. O, Amerika Birləşmiş Ştatlarına gəlmiş ilk avropalı hesab olunur. Espanyola adasının fəth edilməsində yaxından iştirak etdikədən sonra Ponse de Leon bu adada yaşamağa başlamışdır. Leon adada yaşayan yerli xalqın tez-tez yaxınlıqda yerləşən Puerto-Riko adası haqqında danışıqlarını eşidirdi.