Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Poemada isə təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.
Othonna opima
Palestina Prima
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir. Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür. Samaritlər xristian dominantlığına baxmayaraq IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Pomak dili
Pomak dili — Hind-Avropa dil ailəsinin slavyan dili qrupunun cənub slavyan yarımqrupuna daxil olan pomakların dili. Bolqar dilinə çox yaxındır.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Yeleni Doika
Yeleni Doika (15 noyabr 1995, Kerkira, İon adaları) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yukka Poyka
Yukka Rousu (19 iyul 1980, Haukipudas, Oulu əyaləti[d]) və ya Yukka Poyka — fin reqqi sənətçisi.
Peter Tomka
Peter Tomka (slovak. Peter Tomka) — Slovakiyalı beynəlxalq hüquqşünas və diplomat. Slovakiyanın BMT yanında daimi nümayəndəsi (1999-2003). 6 fevral 2012-ci il tarixindən 6 fevral 2015-ci il tarixədək və 6 fevral 2021-ci il tarixdən Beynəlxalq Ədalət Məhkəməsinin hakimi. 1 iyun 1956-cı ildə Banska Bıstrika şəhərində anadan olub. O, müvafiq olaraq 1979 və 1985-ci illərdə Praqadakı Çarlz Universitetində hüquq magistri və fəlsəfə doktoru dərəcələri almışdır. Bundan əlavə, həmçinin Taras Şevçenko adına Kiyev Milli Universitetinin (Ukrayna) Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində, Nitsada (Fransa) Sülh və İnkişaf Hüquq İnstitutunda, Salonikidəki Beynəlxalq İctimai Hüquq və Beynəlxalq Münasibətlər İnstitutunda (Yunanıstan) və Haaqa Beynəlxalq Hüquq Akademiyasında (Hollandiya) təhsil alıb. 1985-ci ildə “Beynəlxalq hüququn kodifikasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə Çexoslovakiya Federal Xarici İşlər Nazirliyində beynəlxalq hüquq sahəsində işləməyə başlayıb. 1991-1997-ci illərdə əvvəlcə Çexoslovakiyada, 1993-cü ildən isə Slovakiyanın Nyu-Yorkda BMT-dəki missiyasında çalışıb.
Simfonik poema
Simfonik poema - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. == Məzmunu == "Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir.
Bürünc atlı (poema)
Tunc atlı (rus. Ме́дный вса́дник) — Aleksandr Puşkinin poeması. A. Puşkinin 1833-cü ildə yazdığı "Tunc atlı" poemasında Puşkin 1824-cü ildə Peterburqda baş verən daşqını və Pyotrun tunc heykəlini təsvir edir. Bu illərdə Puşkin tez-tez Pyotru və Pyotr dövrünü xatırlaması təsadüfi deyil. Pyotrdan çox bəhs etməklə şair onu sonrakı rus çarlarına qarşı qoyur və mövcud ictimai quruluşa, Nikolay irticalarına qarşı nifrətini ifadə edirdi. "Tunc atlı" poeması çoşqun bir vətənpərvərlik hissi ilə yazılmış əsərdir. Xüsusilə Peterburq poemada böyük məhəbbətlə təsvir edilib.
Prima (film, 1994)
Filmdə Azərbaycanın məşhur milli rəqqasəsi Əminə Dilbazinin həyatından ayrı-ayrı səhifələr canlandırılmışdır. Film "Sənətkar Taleləri" silsiləsindəndir. Filmdə Azərbaycan Dövlət kino və foto sənədləri baş arxivi materiallarından istifadə edilmişdir. Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operatorlar: Rafiq Qəmbərov, Fikrət Hacı Abrek Şeirlər: Ramiz Rövşən Rejissor: Ötkəm İsgəndərov Bəstəkar: Rauf Əliyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Səs operatoru: Kamal Seyidov Montaj edən: Gülşən Səlimova Filmin direktoru: Akif Əliyev Əminə Yusifqızı — mətni oxuyan (titrlərdə yoxdur) Əliabbas Qədirov — şeirləri deyən (titrlərdə yoxdur) Əminə Dilbazi (titrlərdə yoxdur) Ədalət Nəsibov (titrlərdə yoxdur) Ötkəm İsgəndərov (titrlərdə yoxdur) Cövdət Hacıyev (titrlərdə yoxdur) İosif Stalin (şəkil), (titrlərdə yoxdur) Əlibaba Abdullayev (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli (titrlərdə yoxdur) Sona Hacıyeva (titrlərdə yoxdur) Əli Qurbanov (titrlərdə yoxdur) Leyla Bədirbəyli (titrlərdə yoxdur) Niyazi (titrlərdə yoxdur) Bülbül (titrlərdə yoxdur) Adil İsgəndərov (titrlərdə yoxdur) Şövkət Məmmədova (titrlərdə yoxdur) Mirzə İbrahimov (titrlərdə yoxdur) Nəcibə Məlikova (titrlərdə yoxdur) Xan Şuşinski (titrlərdə yoxdur) Rəşid Behbudov (şəkil), (titrlərdə yoxdur) Üzeyir Hacıbəyov (şəkil), (titrlərdə yoxdur) Fikrət Əmirov (şəkil), (titrlərdə yoxdur) "Azəriqaz" Dövlət Şirkəti "Aşkar-Film" K.D.M. (lentlərin aşkarlanması) Azərbaycan Dövlət Kino və Foto Sənədləri Arxivi (kino və foto materiallar) Faiq Əliyev (lentlərin aşkarlanması üzrə bədii rəhbər) Əminə Cəfərova (lentlərin aşkarlanması üzrə rəng ustası) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Sirlər Xəzinəsi (poema)
"Sirlər xəzinəsi" (fars. مخزن‌الاسرار‎ Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, Peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir.
Səsli qız (poema)
Səsli qız — Əhməd Cavadın repressiya dövrünə aid məşhur poeması. Əhməd Cavadın ən məşhur əsərlərindən biri də “Səsli qız” poemasıdır. Burada toxunulan məsələlər olduqca çoxdur: vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət və s. əsərin hər səhifəsində diqqəti cəlb edir. Ə.Cavadın bir vətəndaş və şair kimi milli azadlığa böyük önəm verdiyi də məlumdur.Əsərdə epik təsvirlərə geniş yer verilsə də, yaddaqalan insan obrazları da yaradılmışdır. Bu obrazların əksəriyyətinin iç dünyası, portreti bir neçə kəlmə ilə ifadə edilmişdir. Bu, eləcə də əsərdəki yığcam təsvirlər obrazlar barədə dolğun təsəvvürün qazanılmasına imkan verir. Oxucunun diqqətini daha çox cəlb edən obraz isə poemanın baş qəhrəmanı olan Saradır. Əsərin ilk səhifələrini baş qəhrəmanın şərəfinə yazılmış mədhiyyə adlandırmaq olar: Əsərin sonrakı səhifələrindən məlum olur ki, bu səsin sahibi Sara həm də vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır. Düşmənə yararlanan yaltaq həmyerliləri onu kef məclisinə gətirir və qalib hökmdara “ölkəmizin ulduzu” adı ilə təqdim edirlər.
Əbədiyyət dastanı (poema)
"Əbədiyyət dastanı" — Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə həsr etdiyi, “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” adlanan iki kitabdan ibarət poemadır. Birinci kitab 2003-cü ilin 15-30 dekabrında, ikinci kitab 2007-ci ilin 5 yanvarından 23 dekabrına qədər yazılmışdır. Poemada Heydər Əliyev ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır. Bu əsərin içində Heydər Əliyevlə yanaşı, İlham Əliyev haqda da bir dastan yaradılıb. Bunlar ikisi bir yerdə “İki ömrün dastanı” adlanır, janrca diologiyadır. Poemanın Zəlimxan Yaqubun özünün ifa etdiyi audio versiyası mövcuddur. Audio formatında variantı “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi layihə çərçivəsində hazırlanıb. Poema dastan adlansa da, digər bu tipli əsərlər kimi, nəsr və nəzm hissələrdən ibarət deyil. Şeirlərin böyük əksəriyyəti heca vəznindədir. Əsərin heç bir hissəsində nəzərə çarpacaq süjet yoxdur.
Vera Poska-Qryuntal
Vera Poska-Qryuntal (est. Vera Poska-Grüntal) — Estoniyalı hüquq müdafiəçisi, hüquqşünas və jurnalist; eston feminizminin lideri. 25 mart 1898-ci ildə Reveldə vəkil ailəsində anadan olmuşdur. Ailədə doqquz uşaq var idi: altı qız və üç oğlan, Vera ikinci övladdır. Tallinn gimnaziyasını bitirmişdir. 1915-ci ildə Petroqradda, sonra Voronejdə hüquq təhsili almağa başlayır. 1917-ci ildə o, Estoniya Tələbələrinin Pıxyala Cəmiyyətinə (EÜS Põhjala) qoşulur. Evləndikdən sonra Kuressaareyə, 1920-ci ildə Tartuya köçür. Müharibə və inqilab nəticəsində kəsilən təhsilini Tartu Universitetində davam etdirir. Dörd uşaq anası olaraq 1925-ci ildə hüquq fakültəsini bitirib.
Pika sindromu
Pika sindromu — torpaq, gil, təbaşir, kömür kimi qeyri-qida materialları ilə qidalanma meyli. Adətən bədəndə dəmir, sink, kalsium əskikliyi pika sindromunun yaranmasına səbəb olur. Amma bu cür materialların qəbulu nəinki lazımi elementlər ilə təmir edir, həmçinin qəbizlik, bağırsaqlarda parazit, cinsi istək azalması, müxtəlif zəhərlənmələr və s. hallar ilə nəticələnir. Pika, sabun, alçıpan və ya boya kimi əhəmiyyətli qida dəyəri olmayan maddələrin istehlakıdır. Yeyilən maddəyə görə aşağıdakı növləri xarakterizə olunur: Akufagiya (kəskin əşyalar) Amilofagiya (qarğıdalı kimi təmizlənmiş nişasta) Kautopireiofagiya (yanmış kibrit) Koniofagiya (toz) Koprofagiya (nəcis) Emetofagiya (qusma) Geomelofagiya (xam kartof) Geofagiya (torpaq, qum, gil, təbaşir) Hyalophagia (şüşə) Liqnofagiya (ağac) Litofagiya (daşlar) Metallofagiya (metal) Mukofagiya (selik) Paqofagiya (buz) Plumbofagiya (qurğuşun) Trixofagiya (saç, yun və digər liflər) Urofagiya (sidik) Hematofagiya (vampirizm) (qan) Ksilofagiya (ağac və ya kağız kimi ağac məhsulları) Pika zamanı diaqnostik meyarına cavab vermək üçün bu yemək nümunəsi ən azı bir ay davam etməlidir. Pika hazırda Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatı (DSM-5) tərəfindən psixi pozğunluq kimi tanınır. DSM-5-ə əsasən, mineral çatışmazlıqlar bəzən pika ilə əlaqələndirilir, lakin bioloji anormallıqlar nadir hallarda aşkar edilir. Geofagiya, paqofagiya və amilofagiya kimi pika formaları ilə məşğul olan insanlarda qan azlığı və ya aşağı hemoglobin konsentrasiyası, qırmızı qan hüceyrələrinin (hematokrit) və ya plazma sink səviyyəsinin aşağı olması ehtimalı daha yüksəkdir. Xüsusilə, geofagiya ilə məşğul olmaq daha çox anemiya və ya aşağı hemoglobin ilə əlaqələndirilir.
Pika xəstəliyi
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.