Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Solonik
Aleksandr Viktoroviç Solonik (ing. Александр Викторович Солоник ; 16 oktyabr 1960, Kurqan – 31 yanvar 1997, Laqonisi[d], Attika prefekturası[d]) — rus killeri, hər iki əli ilə sərrast şəkildə atəş açmağı bacaran tətikçi. 1990-cı illərin əvvəllərində Orexovskaya bandası tərkibində onlarla cinayət törətmiş və digər kriminal hadisələrlə əlaqəsi olmuşdur. O, 1994-cu ildə həbs edilmiş, yalnız 1995-cı ilin iyulunda Moskva şəhərinin maksimum ciddi rejimdə mühafizə olunan Matrosskaya Tişina təcridxanasından qaçmağı bacarmışdır. 1997-ci ilin yanvarında Solonikə qarşı təşkil edilmiş sui-qəsddən sonra cansız bədəni Afina yaxınlığında tapılmışdır. == Həyatı == Aleksandr Solonik 1960-cı ilin 16 oktyabrında Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. Uşaq yaşlarından döyüş sənətləri və oldu silahlara marağı olmuşdur. Sovet qüvvələrinin Almaniya hissəsində yerləşən tank alayında hərbi xidmət keçmişdir. === Bazarda atışma === Soloniki geniş kütlə əsasən 1994-cü il oktyabrın 6-da günün günorta çağı, yəni saat 15.10-da Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıyıb. Bu vaxtadək Kurqanlı Rembo artıq Tümendə yerli avtoritetlər – Priçinin və Maşkini, Moskvada qanuni oğru Qlobusu, onun yaxın məsləkdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini qətlə yetirmişdi.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. == Həyatı == Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Killıa Zoldik
Aşağı Golanik (Urmiya)
Aşağı Golanik (fars. گلانيك سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (26 ailə).
Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Yuxarı Golanik (Urmiya)
Yuxarı Golanik (fars. گلانيكعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (12 ailə).
Con Çarlz Polani
Con Çarlz Polani (23 yanvar 1929[…], Berlin[…]) — Kanada kimyaçısı, Nobel üzrə mükafata layiq görülmüşdür. == Həyatı == Con Çarlz Polani 1929-cu ilin yanvarın 23-də Berlində (Almaniya) anadan olmuşdur. 1949-cu ildə Mançester Universitetini bitirmişdir. 1952-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, məşhur kimyaçı Maykl Polaninin oğludur. 1933-cü ildə ailəsi Almaniyadan İngiltərəyə, Mançesterə köçmüşdür. 1952-1954-cü illərdə Ottavada Kanada Dövlət elmi-tədqiqat şurasında işləmişdir. Eyni zamanda Herxard Xerşberqin (1971-ci ildə Nobel mükafatına layiq görülmüşdür) laboratoriyasında işləmiş, burada yod molekulunda titrəyişli və fırlanma həyəcanlanmasını yoxlamaq üçün spektroskopik qurğu yığmışdır. 1954-1956-cı illərdə Prinston Universitetində təcrübə keçmişdir. 1956-cı ildə Toronto Universitetində müəllimliyə başlamış, 1962-ci ildə professor seçilmişdir.