Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polsat Sport News
«Polsat Sport 3» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Mojqa
Mojqa (rus. Можга́, udm. Можга) — Rusiyanın Udmurtiya Respublikasında şəhər. Şəhərdə dəmiryol stansiyası yerləşir. Şüşə, aşılayıcı ekstrakt və maşınqayırma detalları, kətan zavodları, taxta-şanbal, mebel kombinatı, baytarlıq texnikumu, tibb və pedaqoji məktəbi var. Государственный Совет Удмуртской Республики. Закон №46-РЗ от 19 октября 2006 г. «Об административно-территориальном устройстве Удмуртской Республики», в ред. Закона №60-РЗ от 12 октября 2012 г. «О внесении изменений в отдельные Законы Удмуртской Республики».
Mozel
Mozel (fr. Moselle, ; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Qorgi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Bozqır
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Mazı
Mazı — adətən şüşə, gil, polad, plastik və ya əqiqdən hazırlanan kiçik kürəsəl obyektdir. == Oyunlar == === Tarix === === Oyun növləri === == Növləri == Mazıların müxtəlif növləri var və adları bölgədən bölgəyə dəyişir.
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
Eddi Mörfi
Edvard Riqan Mörfi (ing. Edward Regan Murphy; 3 aprel 1961[…], Bruklin, Nyu-York ştatı) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənni. 2007-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. == Həyatı == Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik məhəlləsində anadan olmuşdur. Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. Atası 1969-cu ildə qətlə yetirilmişdi. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb.
Emili Mörfi
Emili Mörfi (ing. Emily Murphy, 14 mart 1868 – 27 oktyabr 1933, Kanada)—kanadalı qadın aktivist, hüquqşünas və yazar. == Həyatı == Emili Ferquson 14 Mart 1868-ci ildə Kanadanın Ontario, Kukstoun şəhərində, dünyaya gəlmişdir. Atası İsaak Ferquson tanınmış iş adamı və torpaq sahibi idi. Emilinin anadan olduğu illər, Qərb mədəniyyətinin intibah və islahatlarla əldə etdiyi maddi rifahı, insan haqları və bərabərlik, qadın hüquqları kimi sosial hüquqlara hələ ki, əks etdirmədiyi illər idi. Bu dövrdə Qərb hələ də orta əsrdən qalma ənənələrini davam etdirirdi. 19 yaşında Emili anglikan rahibi Artur Mörfi ilə ailə həyatı qurur. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlir. Lakin uşaqlarından birini itirən Artur və Emili Edmontondan köçərək Albertada yaşamağa başlayırlar. == Fəaliyyəti == Bu ölüm hadisəsi Emililinin sosial məsuliyyət meydanına atılmasının başlanğıcını qoymuş oldu.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). == Bioqrafiyası == Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Hovard Makqi
Hovard Makqi (6 mart 1918, Talsa – 17 iyul 1987, Nyu-York, Nyu-York ştatı) — Dizzy Gillespie, Fats Navarro və Idrees Sulieman ilə birlikdə ilk Amerika bebop caz trubaçılarından biri. Bir neçə dəfə piano və trombon çalan multi-instrumentalist kimi o, yüksək notları və sürətli barmaqları ilə tanınırdı.O, Fats Navarro kimi gənc bebop truba ifaçısına təsir etmişdi. == Həyatı == Hovard Makqi ABŞ-nin Oklahoma ştatının Tulsa şəhərində anadan olub və Miçiqan ştatının Detroit şəhərində böyüyüb. O, karyerası ərzində Lionel Hampton, Endi Kirk, Count Basie və Charlie Barnetin rəhbərlik etdiyi qruplarda çıxış edib.O, Charlie Parkeri ilk dəfə eşidəndə radio dinləyən klubda idi və Kid Ory kimi yaşlı musiqiçilər tərəfindən bəyənilməyən yeni üslubu ilk tətbiq edənlərdən biri olmuşdu.
Jelena Rozga
Jelena Rozga (23 avqust 1977, Split, Dalmatiya, Xorvatiya) — Xorvatiyalı müğənni.
Kızqı (Arxangel)
Kızqı (başq. Ҡыҙғы, rus. Кизги) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 29 km, kənd sovetliyindən (Bakaldı): 21 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Oleq Zakiroviç Xanov - Başqırdıstan Respublikasının xalq artisti. Maqafur Mahmudoviç Usmanov - Başqırdıstan Respublikasının Milli Gənclər Teatrının rəssamı, Başqırdıstanın Respublikası Xalq Artisti (2008), Teatr İşçiləri Birliyinin üzvü (1995).
Ləzgi (dəqiqləşdirmə)
Ləzgilər — Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan xalq. Ləzgi dili — Ləzgilərin ana dili, Nax-Dağıstan dillərinin ləzgi qoluna aiddir. Ləzgihəngi (və ya Ləzginka) — Qafqaz xalqları arasında geniş yayılmış rəqs. Ləzgilər nəsli — Beyləqan rayonunun Bünyadlı və Əhmədli kəndlərində yaşayan nəsillərdən biri. === Yaşayış məntəqələri və toponimlər === Aşağıdakı yer adları Azərbaycanın Qusar rayonu, Daşkəsən, Gədəbəy, Göyçay, Xocavənd, Kəlbəcər, Qazax, Şabran, Şəki, Şəmkir, Tovuz, habelə Balakən, İsmayıllı və Qəbələ rayonlarında və Bakı, Göyçay, Naxçıvan və Şəki şəhərlərində yayılmışdırlar. Ermənistanda olan yer adları konkret olaraq tarixi Qərbi Azərbaycanın Şəmşəddil mahalında (Azərbaycanın Tovuz rayonu yaxınlığında), Gürcüstanda olan yer adları konkret olaraq tarixi Borçalı mahalının Bolus bölgəsində, İranda olan yer adları isə konkret olaraq Cənubi Azərbaycanın Maku, Vərziqan və Urmiya bölgələrində, Cənubi Azərbaycan bölgəsindən kənarda isə Rəzəvi Xorasan ostanında yayılmışdırlar. ==== Azərbaycan ==== Ləzgi binəsi — Göyçay rayonunun ərazisində yerləşən binə. Ləzgi dağı — Göyçay rayonunun ərazisində yerləşən dağ. Ləzgi yeri — Göyçay rayonunun ərazisindəki bir yer/sahə adı. Ləzgi dağı — Kəlbəcər rayonunun ərazisində yerləşən dağ.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Ləzgi dili
Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir. Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır. Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır: Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi. Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. == Təsnifat == Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.
Ləzgi dilləri
Ləzgi dilləri — Nax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, Qusar və Qəbələ rayonlarında yayılmışdır. Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır. Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb. == Qrupun tərkibi == Ləzgi dilləri qrupuna aşağıdakılar aiddir: ləzgi dili, tabasaran dili, aqul dili, rutul dili, saxur dili, arçin dili, udin dili, buduq dili, qrız dili, Ləzgi dillərinin əksəriyyəti dialektlərə malikdirlər və bəzən bu dialektlərin istifadəçiləri bir-birlərini başa düşmür. Ləzgi dillərinin morfologiyası üçün çoxhallılıq səciyyəvidir (halların sayı dildən-dilə 10-dan 30-a qədər artıb-azala bilir). Sintaktik sistemə isə nominativ, erqativ, dativ konstruksiyalar səciyyəvidir. == Mənbə == Алексеев М. Е. Вопросы сравнительно-исторической грамматики лезгинских языков.
Ləzgi məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Ləzgi mətbəxi
Ləzgi mətbəxi, tarixən ləzgilər tərəfindən hazırlanmış ənənəvi qida rasionudur. Ləzgi mətbəxinin müxtəlifliyi ilə seçilir. Bura ümumi qafqaz mətbəxinə daxil olan (kabab, dolma, xingal, urbeç) kimi yeməklərlə yanaşı həm də sırf ləzgilərə xas olan (isida, tac, tskan, afarar, xəşil) kimi yeməklər də daxildi. Mətbəx əsasən heyvandarlıq və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur. Daha çox quzu və mal əti, bitkilərdən taxıl və tərəvəzlərdən istifadə edilir. == Çörək == Dünyanın bütün xalqları kimi, ləzgilərin də əsas ərzağı çörəkdir. Hər bir ləzgi süfrəsində ən çox yayılmış üç növ çörəkdən birinə rast gəlmək olar: Hram fu (ləzg. хьран фу ləzg. хьран фу hiran fu) Saçun fu (ləzg. сачун фу saun fu) Qvar kvay fu (ləzg.