Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ploskiy adası
Ploskiy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 25 km cənubda yerləşir. Daxil olduğu qrupun cənubunda yerləşir. 4,65 km şimalda Sredniy adası, 1,1 km aralıda isə Qreben adası yerləşir. Ploskiy adası ovalvari formaya malik olan, elə də böyük olmayan adadır. Adanın uzunluğu 1,5 km, eni isə 800 metr təşkil edir. Maksimsl hündürlük 24 metrdir. Şimal-qərb sahillərində kiçik adacıqlar vardır. Adaclq 150 m uzunluğa sahibdir.
Polakia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Polakia paradoxa
Salvia aristata (lat. Salvia aristata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Zolski rayonu
Zolski rayonu (kab.-çərk. Дзэлыкъуэ куей, qaraç.-balk. Зольск район)) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zalukokoaje qəsəbəsidir. Zolski rayonu Kabarda-Balkariya Respublikasının qərb hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Baksan rayonu, cənub-şərqdə Elbrus rayonu, həmçinin qərbdə Qaraçay-Çərkəz Respublikası və şimalda Stavropol diyarı. Rayonun sahəsi 2124,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Kamenets-Podilskıy qalası
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir.
Kamyanets-Podilskıy qalası