Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pomerol
Pomerol (fr. Pomayrols, oks. Pomairòls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12184. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 39 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 70,0%).
Pomerium
Pomerium və ya pomoerium Roma şəhəri və Roma tərəfindən idarə olunan şəhərlər ətrafındakı dini sərhədlər idi. Pōmērium termini latınca post moerium ifadəsinin klassik abbreviaturasıdır, hərfi mənası isə "divarın arxasında/o tərəfində" deməkdir. Roma tarixçisi Livi “Ab urbe condita” adlı əsərində yazır ki, sözün etimologiyası divarın bir tərəfinə aid edilsə də, pomerium əslində divarların hər iki tərəfindəki sahədir. O əsərində qeyd edir ki, bu ərazini falçılıq yolu ilə təqdis etmək qədim bir etrusk adəti olmuşdur və qismən divarın yaxınlığında binaların ucaldılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş pomerium ərazisində yaşamaq və ya təsərrüfatla məşğul olmaq texniki cəhətdən qeyri-qanunidir (hər nə qədər özü tərəfindən edilmiş olsa da, onun dövründə evlər əslində divara qarşı düz xətt üzərində tikilirdi). Digər müəlliflər isə bunun "divara qarşı" mənasını verən prō moerium sözündən gəldiyi fikrini irəli sürmüşdürlər.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
Öməri mədəniyyəti
Öməri mədəniyyəti — Aşağı Misirdə, Həluan şəhərindən 3 kilometr (1.9 mil) şimal-şərqdə Neolit dövrünə, e.ə. VI minillik aid yaşayış yeri. Misir arxeoloqu Əmin Ömərinin şərəfinə adlandırılmışdır. Yüngül materiallardan hörülmüş komaların heyvan sümüklərinin və dəniz ilbizinin qalıqları aşkar edilmişdir. Komalar arasında taxil quyuları və qəbirlər tapılmışdır. Əmək alətləri çaxmaqdaşıdan düzəldilmiş bıçaqlar, bıçaqvarı lövhələr, oraq dişləri, toxalar və dən dən daşlarından, saxsı məmulatı isə tərkibinə saman qatılmış qırmızı və qara rəngli gildən əldə düzəldilmiş qablardan ibarət idi. Bazaltdan hazırlanmış daş qablar gətirilmə hesab edilir. Öməri mədəniyyətinin yayıldığı ərazidə yaşayan əhali əkinçilik (buğda, arpa, çəlnoxud və s.) və ehtimal ki, maldarlıqla (keçi və iribuynuzlu mal-qara) məşğul olmuşdur.
Kasım-Jomərt Tokayev
Qasım-Comərd Tokayev (bəzi Azərbaycandilli mənbələrdə Qasım-Jomart Tokayev; və ya Kasım-Jomart Tokayev qaz. Қасым-Жомарт Кемелұлы Тоқаев; 17 may 1953, Almatı) — Qazaxıstanlı siyasətçi və diplomat. 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilədək Qazaxıstan Respublikası Senatının Sədri vəzifəsini icra edib. 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan Respublikasının 2-ci Prezidentidir. 11 yanvar 2007-ci ildən 15 aprel 2011-ci ilədək və 16 oktyabr 2013-cü ildən 19 mart 2019-cu ilə qədər ilədək Qazaxıstan Respublikası Senatının Sədri olmuşdur. Tokayev 1 oktyabr 1999-cu ildən 28 yanvar 2002-ci ilədək Qazaxıstan Respublikasının Baş Naziri, 12 mart 2011-ci il tarixdən 16 oktyabr 2013-cü il tarixində isə Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının direktoru vəzifəsini icra etmişdir. == Karyerası == === SSRİ === Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva, Almatı Xarici Dillər İnstitutunda işləmişdir. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.
Rikki e Poveri
[[Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları|Rikki e Poveri (it. Ricchi e Poveri)]] Rikki e Poveri (it. Ricchi e Poveri) — məşhur İtalyan musiqi pop qrupu. Qrup 1967-ci ildə Genuyada yaranıb. Onların ilk ictimai çıxışı 1968-ci ildə "L'ultimo amore" mahnısı ilə oldu. Qrup İtaliyanı 1978-ci ildə 1978 Avroviziya Mahnı Müsabiqəsində "Questo amore" mahnısı ilə təmsil edir və 12-ci yeri tutur. 1981-ci ildə Marina Okkyena solo karyerasını qurmaq üçün qrupdan ayrılır. Rikki e Poveri 1970-ci ildən bəri bir neçə dəfə Sanremo Musiqi Festivalında iştirak edir və nəhayət 1985-ci ildə "Se m'innamoro" mahnısı onlara festivalda qalibiyyət gətirir. 2020-ci ildə qrupun 50-ci ildönümünü qeyd etmək üçün onlar yenidən Sanremo festivalında kvartet şəklində birlikdə çıxış edirlər. Ancela Brambati (it.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Salvia argentea var. pomelii
Salvia argentea (lat. Salvia argentea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salvia argentea var. fontanesiana Maire Sclarea argentea (L.) Mill.
Əbdüləziz əl-Öməri
Əbdüləziz əl-Öməri (ərəb. عبد العزيز العمري‎; 28 may 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001) — Səudiyyə hava limanının təhlükəsizlik işçisi və 11 sentyabr terror aktları çərçivəsində Amerika Hava Yolları reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri olan imam. əl-Öməri ABŞ-yə 2001-ci ilin iyun ayında Visa Express proqramı ilə alınan turizm vizası ilə gəldi. 11 sentyabr 2001-ci ildə Öməri Amerika Hava Yolları reys 11-ə mindi və koordinasiyalı hücumlar çərçivəsində Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılan təyyarənin qaçırılmasına kömək etdi. Əl-Ömərinin həyatı haqqında az şey bilinir və bəzi məlumatların Öməri ya da bu adla başqa bir şəxsə aid olub olmadığı aydın deyil. O, 28 May 1979-cu il təvəllüd tarixindən istifadə edirdi. Qeyd olunur ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, İmam Məhəmməd ibn Səud İslam Universitetindən dərəcə almış, evli olmuş və hücumlardan qısa müddət əvvəl qızı doğulmuşdur.
Ceyms Merit Ayves
Ceyms Merit Ayves- (5 mart 1824 - 3 yanvar 1895) Amerikalı litoqraf. == Həyatı == Ceyms 1824-cü ilin 5 martında Nyu Yorkda dünyaya gəlib. O, rəsm sahəsi üzrə öz üzərində işləyərək özünü inkişaf etdirib. Ceyms 1846-cı il 24 iyunda Karolin Klark (1827-1896) ilə evlənib. Cütlüyün altı övladı olub. 1857-ci ildə Çarlz Karriyer Ceymsə ortaqlıq təklif edib. Ceyms burada baş menecer olub. Ceyms Karriyer şirkətində işləyərkən potensialı olan rəssam və sənətkarlardan müsahibə götürməyə və firmanın dərs edəcəyi şəkilləri seçməyə Çarlza kömək edib. O, 1895-ci ildə Nyu-Yorkun Rye şəhərində vəfat edib. Broklindəki Qrinvud qəbiristanlığında dəfn edilib.
İbn Fəzlullah Öməri
İbn Fəzlullah Öməri (20 iyun 1301 və ya 1301, Dəməşq, Məmlük dövləti – 28 fevral 1349 və ya 1349, Dəməşq, Məmlük dövləti) — ərəb alimi, coğrafiyaçısı, tarixçisi, və ensiklopedisti. 1301-ci ildə Dəməşqdə anadan olmuşdur. Təhsilini Misirdə almışdır. Misir sultanının katibi vəzifəsini öz varisi kimi atasından almışdır. Məmlük dövlətinin arxivlərinə giriş imkanı var idi. Onun əsərlərində təqdim olunan məlumatların çoxuna heç bir müəllifdə rast gəlinmir.