Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Pirop
Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3. == Haqqında == Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miq­­darı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°.
Piroq
Piroq Türk mətbəxiın ənənəvi ləzzətlərindəndir. Osmanlı dövründə məşhur olan piroq balkan ölkələrində də məşhurdur. Piroq təməl maddəsi kövrəkdir. İstəyə görə kövrəknın içinə pendir, qıyma, ispanaq ya da daha dəyişik tərəvəzlər qoyularaq hazırlanar. Türkiyə:Börek Yunanıstan: Burékki (μπουρέκι) ya da Píta (πίτα) Albaniya: Byrek ya da Boureg Bolqarıstan: Banisa (Çuşka Byurek. Ayrıca ağ pendirlə doldurulmuş bibər [Çuşka].) Bosniya və Herseqovina: içində nə tapıldığına əlaqəli olaraq adı fərqlidir: Burek- ət, kartof və soğan. Bundavera- balqabaqlı, Zeljanica- ispanaqlı, Krompiruša- kartoflu Sirnica- pendirli.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Ponor
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Poqrom
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün memarlıq abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün memarlıq abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Pоreç
Poreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz, çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları. Stamuxa Şimal dənizlərində dayazlığa batmış buz parçaları ("adaları") yığınıdır. Hündürlüyü 10 m və daha artıq olur.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir. Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir.
Poreç
Poreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
I Peroz
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər) O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Limonlu piroq
Ləvəndyarpaq poruq
Moroz yarımadası
Moroz yarımadası (ing. Moroz Peninsula) — Kanadanın Saskaçevan əyalətindəki Uoşikamio gölündə, ölkənin mərkəzi hissəsində, paytaxt Ottavadan 2600 km qərbdə yerləşən yarımada. Dəniz səviyyəsindən yüksəkliyi 439 metr. Yarımadanın ərazisində demək olar ki, yaşayış yoxdur. 1 kvadrat kilometrə 2 nəfərdən az adam düşür. Yarımada Subarktika iqlimi zonasında yerləşir. Bu bölgədəki orta illik temperatur –2 °C-dir. Ən isti ay iyul, ortalama temperatur isə 15 °C olduğu zaman, ən soyuq ay fevral, ortalama temperatur isə -20 °C-dir.