Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Postmodern
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir. Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar. XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizm böhran keçirmiş, postmodernizmə keçmişdir.
Postmodern memarlıq
Postmodern memarlıq - 1960-cı illərdə yaranmış yeni memarlıq üslubu. 1980-ci ildə məşhur oldu.
Postmodern memarlığı
Postmodern memarlıq - 1960-cı illərdə yaranmış yeni memarlıq üslubu. 1980-ci ildə məşhur oldu.
Postmodern Aktyorluq Məktəbi
Türkiyə postmodern çevrilişi (1997)
Türkiyə postmodern çevrilişi və ya 28 Fevral prosesi — Nəcməddin Ərbakanın baş nazir, Tansu Çillərin isə baş nazirin birinci müavini və xarici işlər naziri olduğu 28 fevral 1997-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası nəticəsində açıqlanan qərarlarla “irticaçılığa” (mürtəceyə) qarşı iddiası ilə başlayan ordu və bürokratiya mərkəzli bir çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələndi. Türk siyasi tarixinə daxil olan qərarların həyata keçirildiyi dövrdə Türkiyədə siyasi, inzibati, hüquqi və sosial sahələrdə dəyişikliklər baş verdi. Baş verən hadisələr Türkiyədə daha əvvəl baş vermiş çevrilişlərdən fərqli olaraq daha zərif, daha yumşaq, daha səssiz və daha soyuqqanlı kimi xarakterizə edilərək postmodern çevriliş də adlandırılır. Qərarların və sanksiyaların icra edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə Baş Qərargah rəisinin birinci müavini Çevik Birin rəhbərliyi ilə Qərb Fəaliyyət Qrupu yaradıldı. Çevrilişdə fəal rol oynayan bəzi şəxslər (Çətin Doğan, Kamal Gürüz və s.) sonradan Balyoz və Ərgənəkon kimi məhkəmə işlərində mühakimə olundular. 28 Fevral işi isə 2012-ci ildə başladı.