Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ostrava
Ostrava (cz. Ostrava; de Ostrau; ; IPA: [ˈɔstrava]) — Çexiyanın şimal-şərqində, əhalinin sayına görə Çexiyada 3-cü yerdə, Moraviya-Sileziya diyarının inzibati mərkəzidir. Ostravitsenin, Oderin и Opavanın qovuşduğu yerdə yerləşir. Şəhərin tarixi yüksəkkeyfiyyətli kömür istehsalatı ilə sıx bağlıdır. Bununla o rəsmi olmayan "Respublikanın döyünən polad ürəyi" adı almışdı. Bugünlərdə ekologiyanın qorunması ilə əlagədar olaraq bu fabrik və zavodlarının bir çoxu bağlanılıb. Arxeoloji qazıntılar təsdiq etdilər ki, Ostrava ərazisində insanlar hələ 25 000 il əvvəl yaşamışlar. Orta əsrlərdə buradan Kəhrəba yolu keçirdi. Şəhərin əsası 1267-ci ildə qoyulmuşdu. Vaxt keçdikcə şəhərin iqtisadi əhəmiyyəti enməyə başladı və XVIII əsrə Ostrava 1000 nəfər əhalisi olan, xırda bir provinsial şəhərə çevrildi.
Poltava
Poltava — Ukraynada şəhər. Vorskla Poltava futbol klubu bu şəhərin təmsilçisidir.
Porsava
Porsova (Yardımlı)
Pothuava
Exmeya (lat. Aechmea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.
HotJava
HotJava (daha sonra HotJava Browser kimi tanındı) modul, genişləndirilə bilən Java əsaslı veb brauzerdir. Java əsaslı ilk veb brauzerdir. HotJava iyul 2011-ci ildən dəstəklənmir.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dil. == Əlifbası == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Əvəzliklər == 9 əvəzlik var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fetcey, Staren (1979). Kotava, langue internationale neutre. Québec, Canada : Ed. Univers des langues T.B. INC. 148 p. Kotava Avaneda (Kotava linguistic committee). Official grammar of Kotava {PDF}; Official grammar of Kotava (French) {PDF}. Kotava Organisation (March 2007, version III.8, 49 p.
Ottava
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.
Baccharis petraea
Baccharis petraea (lat. Baccharis petraea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Dorstenia petraea
Dorstenia petraea (lat. Dorstenia petraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Grossularia petraea
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Mariya Petrova
Petrova Mariya Qriqoryevna (1906, Sankt-Peterburq – 24 yanvar 1992, Sankt-Peterburq) — RSFSR Xalq artisti (1978), rejissor və Leninqrad radiosunun diktoru. == Bioqrafiya == 1906-cı ildə Sankt-Peterburqda fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Teatr İnstitutunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Leninqrad Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlamışdır. M.Petrova eyni zamanda Leninqrad radiosu ilə əməkdaşlıq etmiş, uşaq verilişlərində iştirak etmişdir. 1934-cü il 1 apreldə Mariya Petrova Leninqrad radiosu əməkdaşı təyin edilmiş və fasiləsiz olaraq 56 il bu radioda çalışmışdır. Bu illərdə o, padio-tamaşalarda yüzlərlə rol canlandırmışdır. 1959-cu ildə Mariya Petrova RSFSR-nın əməkdar artisti, 1978-ci ildə isə RSFSR-nın xalq artisti adına layiq görülmüşdür. M.Petrova 24 yanvar 1992-ci ildə vəfat etmişdir. O, Sankt-Peterburqun Boqoslav qəbristanlığında, rəssam əri Yaroslav Sergeyeviç Nikolayevin yanında dəfn olunmuşdur.
Poltava döyüşü
Poltava döyüşü, Şimal Müharibəsinin ən böyük döyüşü kimi 27 iyun 1709-ci ildə Poltavanın (Sol taylı Ukrayna) 6 verstliyində baş verib. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu, və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı. Narva döyüşündən sonra(1700) XII Karlın ordusu Avropaya soxuldu və bir çox ölkənin yer aldığı müharibə əsnasında Karlın qoşunları cənuba doğru xeyli irəlilədilər. I Pyotr XII Karldan Livoniyanı alandan və burada Sankt Peterburqun əsasını qoyandan sonra, Karl Moskvanı tutmaq məqsədi ilə Rusiyanın mərkəzinə yürüşə hazırlaşmağa başladı. Lakin əlverişsiz iqlim şəraiti Karlın bu planına əngəl oldu, və o ordusunu Moskvaya cənubdab Ukrayna vasitəsilə aparmalı oldu. Poltavaya yaxınlaşanda Karl ordusunun üçdən birini itirmişdi, onun arxalarına döyüşün lap ərəfəsində kazak və kalmıklar tərəfindən hücum edilmişdi, Karlın özü də yaralanmışdı. Döyüş gedişində isveçlilər darmadağın edildilər, Karl Osmanlıların yanına qaçdı. 1707-ci ilin avqustunda İsveç kralı XII Karl Saksoniyadan öz ordusu ilə Rusiyaya qarşı irəliləyərək, Belarus və Smolenskdən keçir. O Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək istəyirdi. Olduqca mobil isveçli ordusu Avropanın ən yaxşı ordusu sayılırdı.
Poltava vilayəti
Poltava vilayəti (ukr. Полтавська область, Poltavska oblast) — Ukraynada ərazi vahidi. Dnepr çayının orta hissəsinin sol sahili boyunca uzanır. Ərazi vahidinin mərkəzi olan Poltava və Kremençuk şəhərlərindən başqa böyük şəhər yoxdur. Poltavanın bir çox yerində qaz və neft yataqları vardır.
Porsava (Cəlilabad)
Porsava (əvvəlki adı: Porsova) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Kurdlər kənd inzibati ərazi dairəsi tərkibindəki Porsova kəndi Porsava kəndi adlandırılmışdır. Kəndin keçmiş adı Kərgədi olmuşdur. 2001-ci ildən Porsava kimi rəsmiləşdirilmişdir. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pothuava nudicaulis
Aechmea nudicaulis (lat. Aechmea nudicaulis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü. Aechmea nudicaulis var. capitata Reitz Aechmea nudicaulis var. flavomarginata E.Pereira Aechmea nudicaulis var. nudicaulis Aechmea nudicaulis var. plurifolia E.Pereira Aechmea nudicaulis var. simulans E.Pereira Billbergia aureorosea Baker Billbergia lanuginosa K.Koch Billbergia lutea Schult. & Schult.f. Billbergia nudicaulis (L.) Lindl.
Quercus petraea
Qayalıq palıdı (lat. Quercus petraea) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 40 metrə (130 fut) çata bilən iri yarpaqlı ağacdır.
Tatyana Petrova
Tatyana Petrova (d. 22 may 1973) — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Tatyana Petrova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Xosrava (Salmas)
Xosrovabad (fars. ‎‎خسرواباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (44 ailə).
Yuliya Petrova
Yuliya Petrova (d. 24 may 1979) — Rusiyanı təmsil edən su poloçusu. Yuliya Petrova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yevdokia Petrova
Yevdokia Alekseyevna Petrova (rus. Евдоки́я Алексе́евна Петро́ва; 15 sentyabr 1914 – 19 iyul 2002) — 1950-ci illərdə Avstraliyadakı rus casusu. O, Vladimir Petrovun həyat yoldaşı idi və Petrov işi zamanı onunla birlikdə məşhurlaşmışdı. Sovet İttifaqında böyümüş Petrova dövlət tərəfindən idarə olunan məcburi əmək düşərgələrində və ya qulaqlarda bürokrat kimi çalışmışdır. 1951-ci ildə o, əri ilə birlikdə Avstraliyaya diplomat kimi göndərildi, baxmayaraq ki, onun əsl işi Avstraliya hökumətinə qarşı kapitan rütbəsində casusluq idi. Bu vəzifədə o, Kanberradakı Sovet səfirliyinə kargüzarlıq, şifrələmə və əməliyyat yardımı göstərmişdir. O, 1954-cü ildə əri ilə birlikdə Avstraliyaya qaçdı. Bu, Petrov işinin qızğın vaxtında Darvin Hava Limanında baş verdi. Petrovların epizodla bağlı xatirələri onların Maykl Tueyts tərəfindən yazılmış "Qorxu imperiyası" kitabında yer alırdı. Qaçdıqdan sonra Yevdokia Moskvadakı ailəsi ilə bağlı narahatlıqlar yaşadı, cəzalandırılacaqlarından və ya öldürüldüklərindən qorxdu.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Morava çayı
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Ottava adaları
Ottava adası (ing. Ottawa Islands, inuit: Arviliit) — Hudzon körfəzinin şərq hissəsində yaşayan bir qrup insansız ada. Unqava yarımadasının sahillərində yerləşir. İnzibati cəhətdən Ottava adaları, bütün digər Hudzon körfəzi adaları kimi, Kanadanın Nunavut ərazisinə aiddir. Arxipelaqın ən yüksək nöqtəsi Gilmur adasında yerləşir və dəniz səviyyəsindən 550 m yüksəklikdədir. 24 kiçik adacıqdan ibarətdir, bunlardan ən əhəmiyyətliləri: Bronson adası - 5 km², But adası - 5 km², Qilmour adası - 84 km², Perley adası - 45 km², Petti adası - 12 km², Eddi adası - 12 km². Ottava adaları, eləcə də qonşu Belçer adaları adi qaqanın yerli yarımnövləri üçün qida bazası rolunu oynayır.
Ottava şəhəri
Ottava (ing. Ottawa, fr. Ottawa) — Kanadanın paytaxtı və ən böyük dördüncü şəhəridir. Ottava Vadisində qurulan şəhər, Ontario əyalətinin cənub şərq ucundadır və Kvebek əyaləti sərhədindədir. Torontonun 400 kilometr şərqində, Monrealın isə 250 kilometr qərbində yerləşməkdədir. Şəhər eyni zamanda, Kvebek və Ontario əyalətlərini ayrıca əhəmiyyətli bir kanal olan Ottava Çayı sahillərinə qurulmuşdur. ABŞ, Avstraliya və Meksikadan fərqli olaraq, Kanadada bir "federal paytaxt bölgəsi" və Ottava əyalət içində bir bələdiyyə bölgəsidir. Ottava şəhərinin əhalisi 808.391 ikən, Ottawa bölgəsinin əhalisi 1.146.790-dir.