Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Denis Pronin
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.