Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Propilen
Propilen (C3H6) — alken sinfinə daxil olan doymamış karbohidrogen. Neftin krekinq və pirolizi zamanı alınan qazlar qatışığında olur və müxtəlif sintezlər üçün işlədilir. Propilendən texnikada ikili propil spirti, aseton, qliserin və başqa maddələr almaq üçün istifadə edirlər. Son vaxtlar müxtəlif şəraitdə polimerləşdirməklə propilenin müxtəlif polimerlərini alırlar. Bun lardan tetramerpropilen benzolla kondensləşdirilir və yuyucu maddələr almaq üçün işlədilir. Daha yüksəkmolekullu polipropilen isə xüsusi növ sintetik liflər və plastik materiallar almaq üçün əhəmiyyətlidir. Pt, Pd, Ni katalizatorlarının iştirakı ilə H 2 C = C H − C H 3 + H 2 → H 3 C − C H 2 − C H 3 {\displaystyle {\mathsf {H_{2}C=CH-CH_{3}+H_{2}}}\rightarrow {\mathsf {H_{3}C-CH_{2}-CH_{3}}}} İzopropanol alınır. 2 CH 2 = CH − CH 3 + 9 O 2 ⟶ 6 CO 2 + 6 H 2 O ⋅ {\displaystyle {\ce {2CH2=CH-CH3 + 9O2 -> 6CO2 + 6H2O.}}} А. И. Артеменко, Органическая химия, М.:Высшая школа — 1998 Б. Д. Степин, А. А. Цветков, Органическая химия, М.:Высшая школа — 1994 M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.