Piroliz

yüksək temperaturun təsirindən destruksiya nəticəsində üzvi madələrin kimyəvi parçalanması. P. dedikdə adətən neftin və neft qazlarının termik parçalanması nəzərdə tutulur (bax: həmçinin Krekinq). P. üzvi sintez üçün xamal əldə edilməsinin mühüm sənaye üsularından biridir. P. üçün əsas xamal neft qazları (etan, propan) benzin və kerosin- qazoyldur. Əsas P. məhsuları doymamış karbohidrogenlər, etilen, propilen və butadienlə zəngin olan qazlardır. Həmin qazlardan plastik kütlə, sintetik lif, sintetik kauçuk və s. məhsul növlərinin istehsalı üçün müxtəlif polimerlər alınır.
Perespektivli lay
Platforma
OBASTAN VİKİ
Piroliz
Piroliz (qədim yunan sözü olub, alov, istilik; parçalanma, dağılma deməkdir) – üzvi və bir çox qeyri-üzvi birləşmələrin termiki parçalanmasıdır. Dar mənada təbii üzvi maddələrin ağacın, neft məhsullarının və s. oksigen çatışmazlığı mühitində parçalanması, daha geniş mənada – yüksək temperatur təsirindən istənilən birləşmənin onu təşkil edən daha yüngül molekullara və ya kimyəvi elementlərə parçalanmasıdır. Məsələn, hidrogen tellur artıq OoC temperaturda hidrogenə və tellura parçalananır. Xammalın ( neft və onun fraksiyalarının) termiki piroliz prosesi – aşağı molekullu doymamış karbohidrogenlərin – olefinlərin (alkenlərin)-etilenin və propilenin əsas alınma üsuludur. Piroliz aparmaq üçün dünyada olan qurğuların güçü etilen istehsalı üzrə 113,0 mln. t/il və ya təxminən dünya istehsalının 100%-i və propilen üzrə 38,6 mln. t/il və ya dünya istehsalının 67%-i (propilen istehsalının qalan 30% katalitik krekinqin payına düşür. 3%-ə qədəri neft emalı zavodlarının qazlarından, əsasən zəif kokslaşdırma və visbrekinq prosesi zamanı çıxan qazlardan alınır) təşkil edir. Dünyada etilen və propilenin istifadəsinin orta illik artımı 4%-dən çoxdur.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Neftin pirolizi
Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur. Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir. Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur.
Pirolizin növləri
Pirolizin növləri — Oksidləşdirici piroliz-sənaye tullantılarının termiki parçalanma prosesidir. Oksidləşdirici piroliz bərk sənaye tullantıların və çirkab suların zərərsizləşdirilməsi üçün çox perspektiv üsuldur. Bu metodla aparılan tullantıların termiki emalı, onların yüksək effektiv zərərsizləşdirilməsini, yanacaq və kimyəvi xammal kimi istifadəsini təmin edir. Quru piroliz oksigen daxil olmadan termiki parçalanma prosesidir. Nəticədə yüksək yanma istiliyi olan piroliz qazı, maye məhsul və bərk karbohidrogen qalığı alınır. Piroliz prosesi temperatura görə fərqlənir. 1) Asağı temperaturlu piroliz (450–550 °C). Pirolizin bu növü maye və bərk qalıqların maksimum və piroliz qazının minimum çıxımı müşahidə olunur. 2) Orta temperaturlu piroliz (800 °C-ə qədər) və ya orta temperaturlu kokslaşma . Aşağı yanma istiliyi olan çox miqdarda qazın çıxımını və az miqdarda maye qalığın və koksun alınması ilə keçir.

Digər lüğətlərdə