Propan
doymuş karbohidrogenlərdən biri. Rəngsiz, iysiz, yanıcı qazdır. –42,10C-də mayeləşir, -187,70C-də donur. Hava ilə qarışığında 2,1-9,5% (həcmcə) P. olduqda partlayışa səbəb ola bilər. Təbi yanar qazlarda, neftlə birgə çıxan və neft emalı qazlarında olur. P.-dan həledici kimi (məs. Neft məhsularının parafinsizləşdirilməsində) istifadə edilir. Propilen, propen- doymamış karbohidrogenlərdən biri, zəif iyli, rəngsiz, yanıcı qazdır; -47,70C- də mayeləşir, -1850C-də donur. Sənayedə neft fraksiyalarının pirolizindən və propanı katalitik hidrogensizləşdirməklə alınır. Kimya sənayesi üçün ən mühüm xamal növlərindən biridir. Ondan qliserin, aseton, fenol, butadien və s. alınır.