Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İvan Rutkoviç
İvan Rutkoviç (ukr. Іван Руткович; təq. 1650, Zoloçevsk rayonu[d], Lvov vilayəti – XVIII əsr) — əsasən Jolkva və Unevdə fəaliyyət göstərmiş ukraynalı ikona rəssamı. O, rəssamlıq və ağacişləmə üzrə Jolkva ikonoqrafiya məktəbinin qurucusu hesab olunur. Rutkoviçin bəzi işləri itmişdir, lakin digər ustalarla hazırladığı ikonostaslar da daxil olmaqla, bir çox yaxşı qorunub saxlanılmış ikonası mövcuddur. Volitsa Derevlianska (1680–82) və Voliya Visotskada (1688–89) yerləşən taxta kilsələrin ikonostasları, eləcə də, Jolkvadakı İsanın Doğulması Kilsəsinin böyük ikonostası (10,85 х 11,87 m) bu cür əsərlərinə nümunədir. Sonuncu qeyd olunan ikonostas Nova Skvariava ikonostası kimi tanınır və 1697–99-cu illərə aiddir, hazırda Lvov Milli Muzeyində saxlanılır. Həmin dövr üçün Ukrayna ikonostasları arasında şah əsər hesab olunur. 7 cərgə ikonadan ibarət olan əsər 2009-cu ildə bərpa edilərək ictimaiyyətə təqdim edilmişdir. Lvov Milli Muzeyində ayrı-ayrı ikonları da mühafizə olunur.