Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muğanın səsi
"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki, 1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Uqanik adası
Uqanik adası (ing. Uganik) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak arxipelaqına daxil olan ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Kadyak adasının şimal-qərb sahili yaxınlığında yerləşir. Kadyak Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsidir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Adanın uzunluğu təxminən 25 km, eni isə 8 km-dir. Sahəsi 146,7 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 219 m yüksəklikdədir. Adanın daimi əhali yoxdur.
Muğanın Dastanı (1968)
"SSRİ-yə səyahət" silsiləsindən çəkilmiş bu filmdə Muğanın tarixi, keçmişi və bu günündən, müasir kəndlərindən, əmək adamlarından, sərvətindən, köhnə səhra şəhəri Salyanın yeni taleyindən söhbət gedir. Ekranda Səməd Vurğunun "Muğan" poemasından, aşıq şerlərindən ayrı-ayrı parçalar oxunur. Kürlə Arazın qovuşduğu yer — Suqovuşan, Kürün sahili, meşələr, babalarımızın yadigarı — Şəhriyar xarabalığı, Muğan şəhəri, qaynar həyatlı ticarət mərkəzi, həmin xarabalıqdan tapılmış müxtəlif cəng paltarları, silahlar gözlərimiz önündən gəlib keçir. Film tamaşaçıları Azərbaycanın taxıl bazası, "ağ qızıl" və bolluq diyarı olan Muğanla, onun bir-birindən gözəl və abad şəhərləri, yaraşıqlı qəsəbələri, əmək adamları ilə tanış edir. Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Muğanın dastanı (film, 1968)