Muğanın səsi

"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet.[2]

Muğanın səsi
Növ İctimai-siyasi
Format A3
Təsisçi Sabirabad rayon İcra hakimiyyəti[1] və redaksiyanın jurnalist kollektivi
Baş redaktor Elçin Nəsibov
Redaktor Elçin Nəsibov
Yaranma tarixi 8 avqust 1930
Dil Azərbaycan dili
Səhifə 4
Ünvan Sabirabad, 20 Yanvar küçəsi 16
Tiraj 500

Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki,

" "o vaxt dövlət sirlərini qəzetdə vermək qadağan idi. Buna nəzarət etmək üçün raykomda "qlavlit" deyilən nəzarətçi var idi.Biz qəzetdə tənqidə çox yer verirdik. O vaxtlar hətta raykom işçilərini də tənqid etmək olardı. Mən qəzetə gələndə qəzet əllə fırlatmaqla çap edilirdi. Çap məsələsini qaldırdım. Elektriklə işləyən çap maşını alıb qurdurdum. Şrift sarıdan çətinliklər var idi. Yeni şriftlər alıb gətirdim."[3] "

1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhəriniSaatlı rayonunu da əhatə edirdi.

1969–1982-ci illər Azərbaycanda bütün sahələrin, o cümlədən mətbuatın və jurnalistikanın inkişafında çox mütərəqqi dövr olub. Respublikanın mətbu orqanlarının, o cümlədən rayon qəzetlərinin inkişafı, redaksiyaların ixtisaslı jurnalist kadrları ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Mətbəələr ilbəil müasir poliqrafiya maşınları ilə təmin edilir, qəzetlərin tirajı yüksəlirdi. Qəzetin tirajı da artıq 20 min nüsxə həddinə çatmışdı.

1992-ci ildə qəzet təsisçilərinin və çoxsaylı oxucuların təklifi ilə qəzetin adı dəyişdirilərək "Suqovuşan" adlandırılıb".[4]

2005–2007-ci illərdə qəzetin adı dəyişdirilib "Muğanın səsi" qoyulmuşdur. Amma 2007-ci ildə jurnalistlərin təkidi ilə yenidən "Suqovuşan" qəzeti adlandırılmışdır. 2020-ci ildə yenidən "Muğanın səsi" adlandırılıb.

Vaxtaşırı olaraq 8, hətta 12–16 səhifəlik qəzet buraxılıb. Dəfələrlə A2 formatında qəzet nəşr edilib.

Sabirabadın 80 illiyi, 2011-ci ilin yekunları, İdman ili münasibətilə iriformatlı rəngli və xüsusi parlaq kağızlarda çap olunub.

Redaksiya heyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda redaksiyada 2 müxbir, 1 müxbir-dizayner, 1 fotoqraf, 1 operator, 1 mühasib işləyir. Cəmi ümumilikdə kollektivin sayı 6 nəfərdir.

Redaksiyanın jurnalist kollektivi işçilərindən Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə fəxri fərmanla mükafatlandırılıb. Bundan əlavə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon nümayəndəliyi tərəfindən fəxri fərmanla da mükafatlandırılıb. Hazırkı baş redaktor Həsən bəy Zərdabi mükafatı, ilin peşakar idman jurnalisti, Qızıl qələm mükafatına layiq görülüb. Müxbirlərin üçü Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qəzet həm də Mətbuat Şurasının üzvüdür[5]

Qəzetin yayımı

[redaktə | mənbəni redaktə et]

Qəzet abunə vasitəsilə paylanır, satışa verilmir.

  • Paşa Nuriyev
  • Babaş Zeynalov
  • Zəhra Səlimova
  • Bilal Əhmədov
  • Əlimpaşa Nuriyev (1962–1968)
  • Məmmədağa İsayev (1968–1992)
  • Pakizə Məmmədova[6] (1992–2012)
  • Namizəd Əliyev (2012–2020)
  • İlham Əsgərov (2020–2022)
  • Elçin Nəsib (2022 —)
  • Elçin Nəsib. Sabirabad mətbuatı tarixi. Elm və Təhsil. 2013. səh. səh:56. ISBN 4702000000 N098-2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Sabirabad rayon icra hakimiyyəti. "Sabirabad rayon icra hakimiyyəti". https://muganinsesi.az/ (az.). 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  2. Şahverdiyev A.B. Azərbaycan mətbuat tarixi. Təhsil nəşriyyatı. 2006.
  3. Elçin Nəsib. "Sabirabad mətbuatı tarixi" (az.). Elm və Təhsil. 2013.
  4. Bəxtiyar MƏMMƏDLİ. "Suqovuşan qəzeti Sabirabadın inkişaf yolunun güzgüsü kimi" (az.). 525.az. 2012-08-28. 2018-12-12 tarixində arxivləşdirilib.
  5. "Azərbaycan Mətbuat Şurası.Bölgə nəşrləri" (az.). www.presscouncil.az. 2018-12-12 tarixində arxivləşdirilib.
  6. "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-22.