Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazaros Avakyan
Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918, Çaykənd, Gəncə qəzası – 22 yanvar 1945) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazaros Ağayan
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840[…] və ya 16 aprel 1840, Xaçın, Tiflis qəzası – 20 iyun (3 iyul) 1911, Tiflis) — erməni pedaqoqu və yazıçısı. Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir.