Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razdelnı adası
Razdelnı — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqına daxil olan Komsomoles adasından 1,65 km şərqdə yerləşir. Razdelnıy adasından 500 m şimal Lopastnoy adası, 2,5 km cənub-qərbdə Ozyornı və Qlinistı adaları yerləşir. Adanın uzunluğu 1,8 km, eni 820 m təşkil edir. Sahillərində çoxlu dayda burun və körfəzlər vardır. Adanın cənubunda şirinsulu gölə sahibdir. Seçilən yüksəklik yoxdur. Maksimal hündürlük 4 metrdir. Qərbində geodeziya məntəqəsi yerləşir.
Razdolnoye (Şimali Osetiya)
Razdolnoye (Oset. Раздольнæй) kəndi Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. Bələdiyyənin inzibati mərkəzi "Razdolnenski qəsəbəsi"dir. Razdolnoye kəndi Terek çayının sağ sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Kənd regional Mozdok şəhərindən 16 km cənub-qərbdə və Vladiqafqaz şəhərindən 102 km şimal-qərbdə yerləşir. Razdolnoye kəndi yaşayış məntəqələrinin torpaqları ilə həmsərhəddir: şərqdə Qızılyar, cənubda Vejariy və qərbdə Vinoqradnoye. Terek çayının qarşı sahilində Pavlodolskaya kəndi yerləşir. Kənd Kabarda düzənliyinin kənarında, Terek çayının qərbdən şərqə doğru uzanan Terek silsiləsinin yamaclarının qalxdığı vadidə yerləşir. Kənddə orta hündürlük dəniz səviyyəsindən təqribən 123 metr yüksəkdir. Kənddə hidroqrafik şəbəkə əsasən Terek çayı ilə təmsil olunur.Razdolnoye kəndinin cənub-şərqində, qəsəbənin əkin sahələrini suvaran Malokabardinski kanalı var.