Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Region
Region (lat. regio — «nahiyə», «ölkə», «vilayət») — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Legion
Roma legionu (lat. legio, legionis, lego - yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər - bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8-12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Altı region
Vilâyatı Sitte (ولاية ستة; mənası: Altı region), 13 iyul 1878-ci ildə imzalanmış Berlin müqaviləsinə görə Osmanlı imperatorluğunun Ərzurum, Van, Mamurətül-əziz, Diyarbəkir, Sivas, Bitlis adlı əsas əhalisi ermənilərdən təşkil edilmiş olan altı regionunun adı. 30 oktyabr 1918-ci il tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırılmışdır.
Darfur (region)
Darfur (ərəb. دار فور‎; «fur xalqının torpağı») — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal «Cancavid» dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. == İnzibati bölgüsü == Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. == Mənbə == Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine == Ədəbiyyat == Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M.W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Ennedi (region)
Ennedi — Çadın inzibati bölgüsünə daxil olan keçmiş region. 2008-ci ildə, keçmiş Borku-Ennedi-Tibesti regionuna daxil olan Ennedi-İst və Ennedi-Ust departamentlərinin birləşdirilməsi ilə yaradılmışdı. Regionun paytaxtı Fada idi. Ennedi regionu 2012-ci ildə iki yeni regiona: Şərqi Ennedi və Qərbi Ennediyə ayrılmışdır. 2009-cu il siyahıyaalınmasına görə regionun əhalisinin sayı 45,20 faizini qadınlar təşkil etməklə 173 606 nəfər təşkil etmişdir. == Coğrafiya == Ölkədəki yeganə əhəmiyyətli çaylar Çad gölünə axan Şari və Loqondur. Regiona illik 250–500 millimetr (9.8–19.7 düym) yağıntı düşür və Savanna meşə zolağına malikdir. Ərazidə geniş çəmənlik var və əsasən otlaqlarla örtülmüşdür. 1970-1980-ci illərin quraqlığı regiona güclü təsir etdi və mal-qara sürülərinin sayı azaldı. Regionun ən şimal bölgəsində seyrək rütubətli iqlim və səhra bitkiləri mövcuddur.
Hollandiya (region)
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Kansai (region)
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi.
Kanto (region)
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kumis (region)
Kumis (fars. قومس‎, q.yun. Κωμισηνή) — İslamdanqabaqkı İranda, Əlburz dağlarının cənub su hövzəsi ilə Dəşti-Kəvir çölünün şimal hüdudları arasında vilayət. Sasanilər dövründə Rey və Gürgan vilayətləri arasında yerləşən əraziyə aid edilirdi. Kumis orta əsrlərdə İranın kiçik bir vilayəti olaraq qalmışdır. Vilayətin qərb sərhədləri Reyin şərqindəki şəhərətrafı ərazilərində, şərq sərhədləri isə Xorasanda idi. Xorasan yolu ilə yarıya bölünən vilayətdə Xoara (indiki Aradan), Simnan, Şəhr-i Kumis (indiki Damğan), Bəstam və Biyar (indiki Biyarcümənd) şəhərləri yerləşirdi. 856-cı ildə Kumisdə baş verən zəlzələ nəticə 200 minə yaxın insan həlak olmuşdur. Bu, bəşər tarixində qeydə alınmış ən ölümcül zəlzələlərdən biri olmuşdur. Vilayətdə ismaililər tərəfindən tikilmiş bir neçə qala var ki, onların əksəriyyəti işğalçı monqollar tərəfindən ələ keçirilmişdir.
Kyuşu (region)
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Oksitaniya (region)
Oksitaniya (fr. Occitanie) — Fransanın cənub bir bölgəsidir. Mərkəzi Tuluza şəhəridir. == Adı == Qanunun mətni Langedok (fr. Languedoc) və Russilyon (fr. Roussillon),Pireney Dağları (fr. Pyrénées) tarixi bölgələrinin adlarını və bölgənin Fransanın xəritəsi (Cənub;fr. Midi) üzərində yerləşdiyini, bölgənin müvəqqəti adını, tirelə ayrılmışdır. Regional kapitalın daimi adı və yeri 2016-cı il iyulun 1-dən əvvəl Regional Şura tərəfindən müəyyənləşdirilmişdir və 2016-cı il oktyabrın 1-dək Fransanın Dövlət Şurası tərəfindən təsdiq edilmişdir.. == Coğrafiya == Ümumi sahəsi 72,724 km² olan bölgə, Fransanın böyük şəhərlərindəki ikinci böyük şəhərdir.
Region Liqası
Azərbaycan Region Liqası — Azərbaycanın həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. == Tarixi == == Müsabiqə formatı == Region Liqasında oyunlar hər qrupda 8-12 komanda olmaqla 3 qrupda təşkil olunur. Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir. Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur. Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq. Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər. Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.
Region TV
Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı. == Tarixçə == 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb. "ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir. "ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır. "ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır.
Suriya (region)
Böyük Suriya, Tarixi Suriya (ərəb. سوريا التاريخية‎‎), Təbii Suriya (ərəb. سوريا الطبيعية‎ Sūriyā aṭ-Ṭabīʿiyya) və ya Bilad əş-Şam (ərəb. بلاد الشام‎) — adətən bu ərazi indiki Levantı, yəni Suriyanı, Livanı, Türkiyənin Hatay ilini, İsraili, İordaniyanı və Fələstini əhatə edir. Daha geniş tərif ilə "Təbii Suriya" termin Suriya Sosial Milliyyətçi Partiyası (SSMP) tərəfindən də istifadə edilməkdədir.
Tohoku (region)
Tohoku regionu (東北地方, Tōhoku-chihō, şimal-şərq) — Yaponiyanın Honşu adasının şimal-şərqində yerləşən region. O, altı prefekturadan ibarətdir: Aomori, İvate, Miyaqi, Akita, Yamaqata və Fukuşima. == Adı == Tohoku regionun adı iki sözdən ibarətdir: tō (東) şərq deməkdir, hoku (北) isə şimal. Ona həmçinin Ou (奥羽, Ōu) deyirlər. Bu ad həmin regionda yerləşən Ou dağları ilə bağlıdır. == Coğrafiya == Tohoku regionu Honşu adasının şimal-şərqində yerləşir və Yaponiyanın ərazinin təxminən 18 %-i tərkib edir. Şimaldan onu Hokkaydo adası ilə Sanqar boğazı ayırır, şərqdən Sakit okean, qərbdən isə Yapon dənizi sulayır. Cənubda Kanto, cənub-qərbdə isə Çubu regionu ilə həmsərhəddir. === Dağlar === Ou dağları Banday dağı Devanın üç dağı Hakkoda dağları Hayaçine dağları İvaki dağı Osore dağı === Göllər === Tadzava gölü Tovada gölü === Çaylar === Kitakami çayı Oirase çayı === Parklar === Banday-Asahi Milli Parkı Miss Veedol Plyajı Rikuçu Kayqan Milli Parkı Tovada-Haçimantay Milli Parkı == Əhali == Əhali sıxlığı Yaponiyanın orta göstəricilərdən aşağıdır. Tohokunun ən böyük şəhəri Sendaydır.
Çubu (region)
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur. == Coğrafiya == Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir. === Regionlar === ==== Tokai ==== Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.
Çuqoku (region)
Çuqoku regionu (中国地方, Chūgoku-chihō) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi. == Adı == Çuqoku (中国, Chūgoku) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər. Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb. == Coğrafiya == Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi. San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir. == Əhali == San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır.
Şikoku (region)
Şikoku (四国, dörd vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi == Adı == Şikoku (四国, dörd vilayət) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var. == Coğrafiya == Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır. 1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi. === Dağlar === İşizuçi dağı Sanuki dağları === Çaylar === Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı === Parklar === Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı == Əhali == Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır. == İqtisadiyyat == Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.
Sabina (region)
Sabina — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region. Onun ən əhəmiyyətli şəhəri indiki Rietidə olmuşdur. Tarixən Sabina dili italik dillərindən olmuş, osk və umbr dilləri ilə yaxın, latın dili ilə qohum olan sabin dilində danışan sabinlərin yaşadığı ölkə olmuşdur.
Azərbaycan Region Liqası
Azərbaycan Region Liqası — Azərbaycanın həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. == Tarixi == == Müsabiqə formatı == Region Liqasında oyunlar hər qrupda 8-12 komanda olmaqla 3 qrupda təşkil olunur. Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir. Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur. Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq. Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər. Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.
Mursiya (muxtar region)
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
RTV (Region TV)
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Region Plus (jurnal)
Region Plus — həftəlik analitik jurnal. == Tarixi == "Region Plus" həftəlik analitik jurnalı 2006-cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman icmalçıları tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrə aid proseslərin işıqlandırılmasında ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və analitiklərlə yanaşı region ölkələrinin icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai və siyasi xadimlərin müsahibələrinə geniş yer verilir. "Region Plus" jurnalı həftədə bir dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə, eləcə də beynəlxalq aviareyslərdə yayımlanır. Jurnalın çoxsaylı oxucuları sırasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalılar var. Obyektiv və qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Overn (inzibati region)
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/ , fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.