Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Nikolay Rezanov
Nikolay Petroviç Rezanov (rus. Николай Петрович Резанов; 28 mart (8 aprel) 1764, Sankt-Peterburq – 17 fevral (1 mart) 1807, Krasnoyarsk) – Rusiya zadəganı, siyasi xadimi və Rus-Amerika şirkətinin qurucularından biri. Rezanov Rusiyanın Kuril və Aleut adalarındakı postları üçün Yaponiya ilə ticarəti dəstəkləmişdir. Adam Yohan fon Kruzenşternin başçılıq etdiyi dünya ekspedisiyası zamanı Rusiya çarı I Aleksandr Rezanovu Yaponiyaya rəsmi rus nümayəndəsi kimi göndərmişdir. Rezanov 1804-cü ilin oktyabrında "Nadezhda" gəmisi ilə Naqasakiyə çatmışdır. O, qəzaya uğramış bir çox yapon dənizçini və Rusiya istehsalı hədiyyələri Yaponiya hökumətinə təqdim etmişdir. 1793-cü ildə şoqun tərəfindən leytenant Adam Erikoviç Laksmana verilən Naqasaki icazəsinə əsasən ruslar düşünürdülər ki, Yaponiya ilə ticarət edə biləcəklər. Lakin əslində bu sənəd sadəcə rusların Naqasaki limanına daxil olmasına icazə verirdi. Bir neçə ay gözlədikdən və danışıqlar apardıqdan sonra Yaponiya hökuməti rusların hədiyyələrini və tələblərini rədd etmişdir. Bu qərara qəzəblənən Rezanov həm Rusiya adına qisas almaq, həm də Yaponiyanı ticarət əlaqələri qurmağa məcbur etmək üçün Yaponiya hökumətinin icazəsi olmadan Rus-Amerika şirkətinin iki üzvünü (Nikolay Aleksandroviç Xvostov və Qavril İvanoviç Davidov) basqına göndərmişdir.
Viktoriya Meranut
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.