Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Rik Karsdorp
Rik Karsdorp (11 fevral 1995-ci ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Feyenoord === Karsdorp futbolçu karyerasına VV Skoonhoven klubunda başlamışdır. Daha sonra Feyenoord klubuna transfer olmuşdur. Karsdorp Feyenoord Akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 6 avqust 2014-cü ildə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Beşiktaş klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqəd Yordi Klasieni əvəz etmiş və komandası 3-1 hesabı ilə məğlub olmuşdur. === Roma === 28 iyun 2017-ci ildə Karsdorp 14 milyon avro qarşılığında Roma klubu ilə beş illik müqavilə imzalamışdır. Roma klubu daha sonra əlavə 5 milyon avro ödəyəcək. Beləliklə, Karsdorp Feyenoord klubunun ən bahalı transferi kimi klubun tarixinə adını yazdırmışdır. == Milli karyerası == Karsdorp ilk dəfə Niderland millisinə 2015-ci ilin sentyabr ayında UEFA Avro 2016 təsnifat mərhələsində Qazaxıstan və Çexiya milliləri ilə oyun üçün çağırılmışdır.
Rik Rosner
Rik Rosner — televiziya prodüseri Rikin xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları var.
Rik Santorum
Rik Santoryum
Rik Qrayms
Rik Qrayms (ing. Rick Grimes) — "The Walking Dead" komikslərinin baş uydurma qəhrəmanı. Televiziya serialının doqquz mövsümündə onu aktyor Endrü Linkoln canlandırıb. Personaj yazıçı Robert Kirkman və rəssam Toni Mur tərəfindən yaradılmış və ilk dəfə komiksin 2003-cü ildəki nəşrində peyda olmuşdur. Qəsəbənin şerif köməkçisi olan Rik atışmada ölümcül yaralanır və bu səbəbdən komaya düşür, o özünə gələndə dünyanın "yeriyən ölülər" tərəfindən zəbt edildiyinin şahidi olur. Rik Qrayms vəfatından əvvəl komiksin 192-ci buraxılışına kimi baş qəhrəman olub. Rik "The Walking Dead" komiks seriyasında sağ qalanlar qrupuna rəhbərlik edirdi. Hekayədə o, zombi apokalipsisi zamanı komadan oyanır və arvadı Lorinin və oğlu Karlın axtarışına başlayır. O, nəhayət onları Atlantadakı düşərgədə tapır və oradakı qrupun liderliyini öz üzərinə götürür. Hekayə irəlilədikcə o, yeriyənləri öldürməyə vərdiş edir, lakin ailəsini və dostlarını digər sağ qalanlardan qorumaq üçün çətin qərarlar verməklə mübarizə aparır.
Rik və Morti
Rik və Morti (ing. Rick and Morty) – Castin Royland ilə Den Harmon tərəfindən yaradılmış və Cartoon Network telekanalının Adult Swim gecə televiziya blokunda yayımlanan ABŞ elmi fantastika və qara komediya sitkomu. Serial heç nədən çəkinməyən çılğın alim Rik Sançez və onun şıltaq, tez yola gələn nəvəsi Morti Smitin başına gələn macəralardan bəhs edir. Onlar vaxtlarının çoxunu müxtəlif ölçülü dünyalarda keçirirlər. Royland baş qəhrəmanları səsləndirir. Kris Parnell, Spenser Qremmer və Sara Çok ailənin qalan üzvlərini səsləndirirlər. Serialın premyerası 2 dekabr 2013-cü ildə baş tutmuşdur. Animasiya serialı Harmonun Channel 101 adlı qısa film festivalı üçün Royland tərəfindən "Gələcəyə qayıdış" filminin qısa parodiya filmi olaraq yaradılmış "Doktor və Martinin real animasiya macəraları"ndan ilhamlanaraq yaradılmışdır. Adult Swim Harmona televiziya verilişi ideyası ilə yanaşanda o və Royland bu qısa parodiya filmindən istifadə etməyə qərar vermişdirlər. 2014-cü ilin yanvarında ikinci mövsümü anons edilmiş və 26 iyul 2015-ci ildə premyerası baş tutmuşdur.
Erik
Erik — Erik, Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095 - 1103) Erik II (1134 - 1137) Erik III (1137 - 1146) Erik IV (1232 - 1250) Erik V (1259 - 1286) Erik VI (1286 - 1319) Erik VII (1412 - 1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280—1299) Erik III (1389—1442) == Isveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? - 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçinəfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Krik
Krik — daimi axarı olmayan çaylar. Bu çayların suyu yalnız qısamüddətli yağışlar zamanı artır. Digər vaxtlarda su buxarlanır və çay quruyur. Kriklər səhra və yarımsəhralarda yaranır.Avstraliya üçün səciyyəvidir.Kriklər xəritədə qırıq-qırıq xətlər ilə göstərilir.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
RPK
RPK (rom: Ruçnoy Pulemyot Kalaşnikov, rus: Ручной пулемёт Калашникова (Az: Əllə Kalaşnikov avtomatı) 7,62×39 mm çaplı Sovet dizaynlı manqalara dəstək məqsədilə hazırlanmış yüngül pulemyotdur. Mixail Kalaşnikov tərəfindən 1959-cu ildə AKM ilə birlikdə hazırlanmışdır. 7,69×39 mm kalibrdəki RPD çoxməqsədli pulemyotunun yerinə hazırlanmışdır. Hələ də aralarında Rusiyanında olduğu keçmiş sovet respublikaları, o cümlədən şərq bloku, Afrika və bəzi Asiya silahlı qüvvələri tərəfindən istifadə edilməyə davam edir. Polşa bunu 1974-cü ildə əldə etdi və hava-desant qoşunları, kəşfiyyat və xüsusi əməliyyat bölmələri tərəfindən istifadə olunur. RPK hazırda Rusiyanın icazəsi ilə Bolqarıstan və Rumıniya tərəfindən lisenziyaya əsasında istehsal olunur. Türkiyə Silahlı Qüvvələri də bu silahdan istifadə edənlər sırasındadır. Digər pulemyotlardan daha yüngül və keyfiyyətlidir. Ayrıca olaraq sökülməsi və yığılması ilə AK seriyalı avtomatları ilə eynidir. Qısaca olaraq AKM-in fərqli modelidir.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.Risklərin bir çox klassifikasiyası mövcuddur.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Rok
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620-1630 metrdir == Toponimikası == Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; daya¬nacaq) sözünün təhrif olunmuş forması hesab edilir və “düşərgə, yaşayış məskəni” kimi izah olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
AİK FK
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.