Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992). == Həyatı == Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur. 1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir. == Həbsi == O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur. 24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.
Kamandar
Kamandar – Azərbaycanlı adı. Kamandar Şərifov Kamandar Məcidov Kamandar AbdullayevDigərKamandar (Şəmkir) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Şabandağ
Şabandağ (Abşeron) — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsinin cənubu. Hündürlüyü 368 m. Şabandağ (Füzuli) — Füzuli rayonunun qərbində yerləşən dağ. Hündürlüyü 590 m.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Cahandar ağa
Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy. == Personajın təsviri == Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır. == Ədəbiyyat == Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Gahandar (Piranşəhr)
Gahandar (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (32 ailə).
Kamandar (Şəmkir)
Kamandar – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə Kamandar meşəsi adlanan ərazidə salınmışdır. Yerli əha-linin məlumatına görə, Kamandar həmin meşənin sahibinin adıdır. == Əhalisi == Kəndin əhalisi 57 nəfər təşkil edir ki, onun da 29 nəfəri kişi, 28 nəfəri isə qadındır. == Şəkilləri == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kamandar Abdullayev
Abdullayev Kamandar Məmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, rabitə ustası, beynəlxalq dərəcəli böyük mühəndis, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin məzunu. == Həyatı == 1940-cı il 10 noyabr tarixində indiki Goranboy rayonunun Ağamalıoğlu (əvvəllər Abdullabəykürdü, indi Düzqışlaq) kəndində anadan olub, 1949-cu ildən həmin kəndin orta məktəbində 7 sinif orta təhsil aldıqdan sonra 1957-ci ildə Bakıya köçüb leytenan Şmidt adına Bakı Maşınqayırma Zavodunun poladəritmə sexinin model bölməsində modelşik işləyib. Tam orta təhsilini də Bakı şəhəri Nərimanov rayonunun 72 nömrəli fəhlə gəncləri məktəbində başa vurdu. 1961–1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində ali təhsil almış və 1965-ci ilin dekabr ayında təyinat üzrə Kirovabad (indi Gəncə) şəhərində 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının Şəhərlərarası telefon stansiyasının gücləndirici məntəqə mühəndisi təyin olunmuşdur. 1970-ci ilin mart ayında həmin Rabitə qovşağının rəis müavini təyin olundu. 15 avqust 1971-ci ildən SSRİ Rabitə Nazirliyi tərəfindən Monqolustan Xalq Respublikasına uzunmüddətli xidməti ezamiyyətə göndərilmişdir. Uzunmüddətli xarici ezamiyyətdən sonra 1973-cü ilin oktyabr ayından Gəncədə 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdi. Gəncə şəhərində (əvvəlki adı Kirovabad) 1975–1986-cı illərdə Şəhər Rabitə Qovşağının rəisi və sonra 1986–1990-cı illərdə Şəhər Telefon Şəbəkəsinin rəisi işləmişdir. 1990–1998-ci illərdə Respublika Magistrallarının Texniki Qovşağının Qazax — Bərdə hissəsi üzrə sahə rəisi olub. 1988–1998-ci illərdə Gəncə Rabitə İstehsalat Birliyində rəis müavini təyin olunmuşdur.
Kamandar Məcidov
Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. == Həyatı == 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur. 1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir. 1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür. Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir.
Kamandar Şərifov
Kamandar Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Şabandağ (Abşeron)
Şabandağ — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsindən cənubunda yerləşən dağ. Hündürlüyü 368 m.
Anton Szandor Lavey
Anton Szandor LaVey (ing. Howard Stanton Levey; 11 aprel 1930[…], Çikaqo, İllinoys – 29 oktyabr 1997[…], San-Fransisko, Kaliforniya) — Satanizmə yeniliklər gətirmiş, Şeytan kilsəsinin və La-Veya satanizminin yaradıcısı olan amerikalı okkultist yazıçı.LaVey, əslən Macardır. 11 aprel 1930-cu ildə Çikaqoda dünyaya gəlmişdir. Kiçik yaşlarında musiqiyə qarşı olan heyranlığı nəticəsində 15 yaşında musiqi sahəsində istədiyi bir çox şeyi reallaşdırmağı bacarmışdı. Lakin 20 yaşına çatan LaVey, musiqidən imtina edərək, sirkə qoşulmuşdur. Qəfəsdə saxlanılan heyvanlara nəzarət edərək işə başlayan LaVey, bir müddət sonra pələnglərlə şoular göstərməyə başlamışdır. Lakin bir müddət sonra şou zamanı aldığı xəsarət səbəbindən peşəsini dəyişdirmək məcburiyyətində qaldı. Bir neçə il sonra isə morqlarda polis-fotoqraf olaraq işləməyə başladı. LaVey bir müsahibəsində fəlsəfi düşüncəsinin formalaşmasında morqda işlədiyi zamanın da təsirinin olduğunu vurğulamışdır. Nəhayət 1966-cı ildə hərəkətə keçən LaVey, şeytan kilsəsini yaratdı və həm bu kilsə, həm də yazdığı kitablar vasitəsi ilə satanizm fəlsəfəsini cəmiyyətdə yaymağa çalışdı.
Kamandar Olimpiya çempionudur (film, 1989)