Lətifə Cahandarqızı
Lətifə Cahandar qızı Əliyeva (1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən).
== Həyatı ==
Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.
Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964).
1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir.
Ana rollarının mahir ifaçılarından biridir.
Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib.
2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
== Teatr sahəsində rolları ==
Qaraca qız (S. S. Axundov, Abdulla Şaiq) — meymun
Şamdan bəy (N. Nərimanov) — Nazlı
Komsomol poeması (İ. Coşğun) — Gülcamal
Mənim nəğməkar bibim (Ə. Əylisli) — Sənubər
Tamahkar (S. S. Axundov) — Nabat
Aycan (X. Əlibəyli) — Pitrağ; Çayır
Çal oyna (İ. Coşğun) — tülkü
Məhəbbət bir bəladır (Ə. Orucoğlu) — Gövhər
Sirli dəyirman (F. Məmmədov) — küpəgirən qarı
Olmuş əhvalat (A. Babayev) — qadın
Ağ dəvə (Elçin) — Əminə xala
Hacı Qara (M. F. Axundov) — Teyyibə
Sən həmişə mənimləsən (İ. Əfəndiyev) — Nəzakət
Yağış, yağmur və daldan atılan daş (N. Vəzirov) — Pəri; oğlan evi; Əşrəf bəyin anası; Ağa Səftarqulu; Şahsənəm
Güc birlikdədir (R. Tohidoğlu) — nənə
Yaddaş ağrısı (H. Mirələmov) — Yaxşı
Nənənin kələyi (Ə. Orucoğlu) — Nurcahan nənə
Məkkəyə gedən yol (C. Məmmədquluzadə) — Şərəf
Sərgüzəşti-vəziri-xani-Lənkəran (M. F. Axundzadə) — Pəri xanım
Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Qarı nənə
Mən səni sevirəm – M. S. S (Ə. Əmirli) — Səkinə
Hacı Qara (M. F. Axundzadə) — Teyyubə xanım
Müsyö Jordan və Dərviş Məstəli şah (M. F. Axundzadə) — Xanpəri
Sarıköynəklə Valehin nağılı (İ. Əfəndiyev) — Güllübəyim
== Filmoqrafiya ==
72 km (film, 2014)
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: əsgər anası
Almas Yıldırım (film, 2004)
Anamın kitabı (film, 1994)
Bəyin oğurlanması (film, 1985)
Bircəciyim (film, 1986)
Cəza (film, 1996)
Dəvətnamə (film, 1989)
Əqrəb mövsümü (teleserial, 2022)
Gənc qadının kişisi (film, 1988)
Girişmə, öldürər!