Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sakan (Urmiya)
Sakan (fars. ساكان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (35 ailə).
Sarvan (Salyan)
Sarvan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhatə etdiyi kəndlər == Bəydili kəndi Dayıkənd kəndi == Din == Kənddə Sarvan kənd məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxsiyyətləri == Qüdrət Səmədov — kolxoz sədri, sosialist əməyi qəhrəmanı.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Oşakan
Oşakan - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Kəndin ilk adı Uşakan olmuşdur. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Uşakan formasında, Qafqazın 5 verstlik xəritəsində Uşakan və Oşaqan formalarında qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar kəndin adını Üşəyən formasında işlədirdilər. Toponim türk dilində «düz, hamar» mənasında işlənən üşəg sözünə -ən şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Sarvan
Sarvan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Salam Sarvan — Yazıçı, şair, publisist.Şəhərlər GürcüstanSarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi.Kəndlər AzərbaycanSarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd.GürcüstanSarvan (kənd) - Gürcüstanın Marneuli bələdiyyəsində kənd.Bələdiyyələr AzərbaycanSarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə.GürcüstanSarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. == Əhalisi == Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Sekban
Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad. Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi. Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi. Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər. Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı. Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar.
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir.İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Ammonius Sakkas
Ammónius Sákkas (yunanca Ἀμμώνιος Σακκᾶς, latınca Ammonius Saccas; 175—242, İsgəndəriyyə) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır. == Həyatı və fəlsəfəsi == O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur. Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar. Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər.
Annuazen-Şatlan
Annuazen-Şatlan (fr. Annoisin-Chatelans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38010. Kommunanın 2006-cu il üçün əhalisi 615 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 452 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 36 km şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. == Toponimkası == Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Baklan buxtası
Baklan buxtası, və ua Mançjur — Böyük Pyotr körfəzinə daxil olan çoxsaylı buxtalardan biri. Yapon dənizi akvatoriyasına daxildir. XIX əsrin 80-90-cı illərdən «Mançjur» kononer qayığının şərəfinə adlandırılmışdır. Hazırkı ad 1972-ci ildə Uzaq Şərqdə çin mənşəlli adların dəyşdirilməsi zamanı qoyulmuşdur. Su səthinin sahəsi 22,7 km² təşkil edir. == Coğrafiyası == Baklan buxtası Klerka yarımadasının sonucunda yerləşən burunla Bryusa yarımadasında yerləşən Çirok burnu arasında qəralaşır. Buxtanın çıxacağında iki ada yerləşir: Sibiryakov və Antipemko. Cənub-qərb sahillərini Klerka yarımadasının şimal-şərq sahilləri təşkil edir. Şimal-şərq sahilləri qumlu çimərlikdən ibarətdir. Burada Poyma çayının mənsəbi yerləşir.
Bako Saakyan
Bako Saakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.