Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası – 2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968). Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.
Sambek çayı
Sambek çayı (deyilişdə. Sambeçka) — Rusiyanın Rostov vilayəti ərazinindən axan çay. Çay Azov dənizinə daxil olan Taqanroq körfəzinə tökülür. Çayın uzunluğu 19,2 metr təşkil edir. Çay öz başlanğıcını Şimali-Priazov düzənliyinin cənub-şərüqindən götürür. Biryiçya və Suxoy Sambek çaylarının birləşməsindən meydana gəlir. İlk əvvəl cənub-qərbə axır. Azov dənizinə daxil olan Taqanroq körfəzinə Primorka kəndinin qərbindən tökülür. 1771-ci ildə Sambek çayı Don kazakları ilə Taqanroq komendantlığı arasında mübahisə ptedmeti idi belə ki, hər kəs balıq balıq ovunun onlata verilməsini istəsədə dövlət onların hər ikisinə çayda balıq ovunu həyata keçirməyi qadağan etmişdir Çayın adı Peterburq elmlər akademiyasının akademiki İoqann Anton Qildenştedt 1773-[[1774 ]]-ci il qeydlərində çəkilir. Sambek kifayət qədər iri yatağa malik bir su axarıfır.
Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.