Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şauzel-Saund boğazı
Şauzel-Saund boğazı — Folklend adalarında, Lafoniya ilə Şərqi Folklend adası arasında yerləşir. Onun girəcəyində Layvli adası mövcuddur. Burada Bertha’s Beach Important Bird Area adlı qoruq vardır ki, oda Ramsar Konvensiyasına görə ümumdünya əhəmiyyətli su-bataqlıq ərazisi elan edilmişdir. Boğaz Lui Antuan Bugenvil tərəfindən Fransa Xarici İşlər Naziri Etenn Fransua de Şauzelin şərəfinə adlandırılmışdır. Yerli Folklend dialektində boğazın adı "Çisel" kimi səslənir. "Choiseul Sound Satellite picture". December 23, 2010. Archived from the original on December 23, 2010. İstifadə tarixi: August 28, 2017.
Samuel
Samuel — Bibliya hakimlərindən Şaulun dövründə İsrail Birləşmiş Krallığına keçiddə və yenidən monarxiyanın Şauldan Davuda keçməsində əsas rol oynayan ibranicə İncil rəvayətlərində əsas fiqurlardan biri.
Manuel
Manuel — ad. Manuel Noyer — alman qapıçı. Manuel Lokatelli — İtaliyalı futbolçu. Manuel Blanko Enkalada — Çilinin ilk prezidenti. Manuel Alvarez Bravo — Meksika fotoqrafı. Manuel Noryeqa — Panama dövlət xadimi. Manuel Belqrano — argentinalı hüquqşünas Manuel Qarsiya — İspaniyalı biatlonçu.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
II Manuel
II Manuel (port. Manuel II; 15 noyabr 1889[…], Belensk sarayı[d], Lissabon və ya Lissabon – 2 iyul 1932[…], Fulvell[d], Midlseks[d] və ya London — Portuqaliyanın sonuncu kralı. Saksen-Koburq-Qota evinə mənsub idi, rəsmi olaraq Braqanza sülaləsinin nümayəndəsi sayılırdı (lakin əslində onlar yalnız qadın xəttində, Saksen-Koburq-Qota ailəsinə mənsub idilər). == Bioqrafiyası == Kral I Karloşun və Orleanlı Ameliyanın ikinci oğlu. 198 yaşında, 19 fevralda atası və taxtın varisi Luiş Filipenin böyük qardaşı Lissabonda 1 fevral 1908-ci ildə öldürüldükdən sonra taxta çıxdı. Manuel özü də bu sui-qəsd cəhdində yüngül yaralandı. Sosialistlər və Respublikaçıların qəti bir qələbə qazandığı demokratik seçki adlanan diktator hökuməti qovdu. İki il sonra (1910), inqilab tərəfindən devrilən Portuqaliya bir respublika elan edildi. Sürgündə Manuel orta əsr Portuqal ədəbiyyatı haqqında bir kitab yazdı. Böyük Britaniyada öldü.
I Manuel
I Manuel (port. Manuel I de Portugal) və ya Uğurlu Manuel (port. Dom Manuel O Venturoso) (31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — Portuqaliya kralı. Aviz sülaləsinə mənsub olan Manuel əmisi oğlu II Conun ardından taxta çıxmadan öncə Beja və Vizeu hersoqu idi. Saysız-hesabsız coğrafi kəşflər səbəbilə Portuqaliya krallığının ən güclü dönəmində səltənət sürən Manuel, Vasko da Qamaya göstərdiyi maddi dəstəklə Hindistana dəniz yolunun kəşf olunmasını təmin etdi. == Həyatı == == Mənbə == Sanceau, Elaine (1970). Reign of the Fortunate King, 1495–1521: Manuel I of Portugal. Hamden, Conn.: Archon Books. ISBN 0-2080096-8-X Rebelo, Luis (2003). "Manuel I, King of Portugal".
Jülyen Şanuen
Jülyen Şanuen (fr. Julien Chanoine; 18 dekabr 1870, Paris – 16 iyul 1899) — Fransa hərbçisi. == Həyatı == Jülyen Şanuen 1870-ci ildə Fransanın Paris şəhərində, general Şarl Şanuenin ailəsində anadan olmuşdur. O, 1888–1890-cı illərdə Sen-Kir hərbi akademiyasında təhsil almışdır. 1895-ci ildə Jülyen Şanuen könüllü olaraq Qərbi Afrikaya getmiş və 1896-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. O, leytenant Pol Vule ilə birlikdə Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmişdir. Bu zaman Şanuen praktiki olaraq tədqiq edilməmiş ərazilərin topoqrafik tədqiqatlarını aparmış və coğrafi cəmiyyətlərdən bir sıra mükafatlar almışdır. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil edilmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və sonrakı atışmada Şanuen öldürülmüşdür.
Katolikos Samuel
Katolikos Samuel — Albanların XXXVI katolikosu. == Katolikosluğu == Katolikos I Yovsepdən sonra kürsüyə qalxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Samuel də sələfi kimi Böyük Kolmank yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir: O, katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorqinin (Katolikos II Georgi) köməyi ilə devrilmiş, sonra isə Dvində yenidən təyin edilmişdi. Onun dövründə erməni Katolikos II Georgi Məhəmməd ibn Əbil-Sac tərəfindən həbs olunmuş və Paytakaranda buraxılmışdı.
Manuel Belqrano
Manuel Belqrano (isp. Manuel José Joaquín del Corazón de Jesús Belgrano; 3 iyun 1770[…], Buenos-Ayres – 20 iyun 1820[…], Buenos-Ayres) — argentinalı hüquqşünas, siyasətçi və general. Argentina bayrağının müəllifi və Argentina dövlətinin qurucu atalarından biri. == Xatirəsi == 1873-cü ildə Buenos-Ayresdə Manuel Belqranonun atlı heykəli qoyulmuşdur. 1938-ci ildə Manuel Belqranonun vəfat tarixi olan 20 iyun Argentinada dövlət bayramı — Bayraq günü (isp. Día de la Bandera) elan edilmişdir. 1956-cı ildə Argentinanın kreyserlərindən biri "General Belqrano" adlandırıldı (1982-ci ildə Folklend müharibəsi Britaniya sualtı qayığı tərəfindən batırılıb). Buenos-Ayresin şimalında yerləşən prestijli rayonlarından biri Belqrano adlanır. Kordova şəhərini təmsil edən "Belqrano" futbol klubu onun şərəfində adlandırılmışdır.
Manuel Blyum
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Lokatelli
Manuel Lokatelli (8 yanvar 1998, Lekko[d], Lombardiya) — İtaliyalı futbolçu. İtaliya milli komandasının və Sassuolo FK klubunun oyunçusu. Yarımüdafiə mövqeyində oynayır. == Klub karyerası == Manuel Milan və Atalanta futbol klublarının yetirməsi sayılır. 2009-cu ildə Milan klubunun uşaq komandasına qoşulub. Milanın heyətində "A Seriya"sında debütu, 21 aprel 2016-cı ildə baş tutub.
Manuel Noryeqa
Manuel Antonio Noryeqa Moreno (isp. Manuel Antonio Noriega; (11 fevral, 1934, 29 may, 2017) — Panama dövlət xadimi. == Həyatı == Manuel Antonio Noryeqa Moreno 1934-cü il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq yaşlarında anası vəfat etdi. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazımi təhsili ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Manuel Pelleqrini
Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir. == Futbolçuluq karyerası == Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir == Baş məşqçilik karyerası == Baş məşqçi kimi, əsasən, Argentina və Çili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir. === Çili komandaları === Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi. === Vilyarreal === Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Manuel Uribe
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Riçard Manuel
Riçard Corc Manuel (ing. Richard George Manuel) - Məşhur kanadalı musiqiçi.
Samuel Adams
Samuel Adams (27 sentyabr 1722[…], Boston – 2 oktyabr 1803[…], Boston) — XVIII əsrdə Amerikada radikalların ən bacarıqlı başçısı XVIII əsrdə Amerikada radikalların ən bacarıqlı başçısı Massaçusetsdən olan Samuel Adams idi. O, yorulmadan yeganə bir məqsəd naminə çalışırdı ki, bu da müstəqillik idi. 1740-cı ildə Harvard kollecini bitirdiyi gündən Adams müxtəlif sahələrdə - buxarı nəzarətçisi, vergi toplayan və şəhər mitinqlərinin başçısı kimi xalqa xidmət etmişdi. Biznesdə bəxti gətirməyən Adams siyasətdə qabil və fərasətli idi. Bunu o, Yeni İngiltərə şəhər mitinqindəki hərəkəti ilə sübut etmişdi. Adamsın əsas məqsədi adamları ictimai və siyasi üstünlüklər haqqında qorxudan azad etmək, onların öz qüvvə və imkanlarını dərk etmələrinə nail olmaq və, beləliklə, onları hərəkata sövq etmək idi. Bu məsələlər haqqında o, qəzetlərdə məqalələr çap etdirir və şəhər mitinqlərində çıxışlar edirdi. Bu çıxışlarda o, kolonistlərə demokratik ruh aşılamağa yönəldilmiş qətnamələr qəbul etməyə çağırırdı. 1772-ci ildə Boston şəhər mitinqində Adams inandırdı ki, kolonistlərin hüquqlarını və şikayətlərini bəyan etmək üçün bir "Barışdırıcı Komitə" seçilməsi vacibdir. Komitə məhkəmələrin maaşlarının gömrük vergilərindən ödənilməsi haqqında Britaniya qərarına qarşı çıxdı; o qorxurdu ki, məhkəmələr artıq öz gəlirləri üçün qanunvericilik orqanlarından asılı olmayacaqlar və bunun da nəticəsində "hökumətin müstəbidlik formasının" yaranmasına yol açılacaqdır.
Samuel Adrian
Samuel Adrian (2 mart 1998-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Adrian Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Adrian öz peşəkar karyerasında debütünü 22 iyul 2017-ci ildə Yönköpinqs klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Kinqsli Sarfonu əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Samuel Armenteros
Kristiano Samuel Armenteros Nunez Mendoza Jansson (27 may 1990[…], Göteborq) — Kuba əsilli isveçli peşəkar futbolçu. Major Futbol Liqasıda mübarizə aparan və Portland Timbers klubunun oyunçusudur. Kubalı bir ata və İsveçli bir anadan dünyaya gələn Samuel Armenteros futbola 16 yaşında olarkən Heereenven klubunun akademiyasında başlamışdır. İlk dəfə əsas komandası ilə Gertyan Verbeekin baş məşqçiliyi oyunlara çıxmışdır. 2009-cu ildə Armenteros Hereenveen klubunu tərk edir. Sonralar o, öz hücumçu perspektivini göstərərək Herakles Almelo klubuna transfer olunur və ilk qolunu da bu klubda vurur. 2015-ci ilin sentyabr ayında Armenteros Azərbaycan Premyer Liqasının çempionu olan Qarabağ klubu ilə iki illik müqavilə imzalayır. 29 avqust 2016-cı ildə Armenteros yenidən Herakles Almelo klubuna geri dönmüşdür. Armenteros klub ilə bir illik müqavilə imzalamışdır. 30 avqust 2017-ci ildə Armenteros İtaliya A Seriyası təmsilçilərindən olan Benevento klubu ilə müqavilə imzalamışdır.
Samuel Armstronq
Samuel Armstronq (ing. Samuel Chapman Armstrong) - Amerika pedaqoqu. Quldarlıq əleyhinə çıxmış, zəncilər və hindilər üçün təhsil müəssisələri yaradılmasının layihəsini hazırlamışdır. 1868-ci ildə Virciniya ştatının Hempton şəhərində zənci və hindi uşaqlarından müəllim hazırlayan pullu inistutun əsasını qoymuş, ömrünün sonunadək ona rəhbərlik etmişdir. İnistutda ümumi təhsil fənlərindən başqa tələbələrə müxtəlif peşə (dəmirçilik, çəlləkçilik, çəkməçilik, dülgərlik və toxuculuq) öyrədilirdi. Sonradan Hemptondakı təhsil mərkəzinə bənzər təhsil müəssisələri başqa ştatlarda da açılmağa başladı. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010.
Samuel Beyli
Samuel Beyli (ing. Samuel Bailey; 5 iyul 1791, Şeffild – 18 yanvar 1870, Şeffild) — İngilis filosofu və iqtisadçısı. Bıçaq istehsalı üçün bir ailə firmasında çalışmış, parlament seçkilərində iştirak etmişdir. D.Rikardonun dəyər əmək nəzəriyyəsini tənqid etməsi sayəsində şöhrət qazandı. Mark Blauqa görə "Keynesdən əvvəl yüz böyük iqtisadçı" siyahısına daxildir. «Siyasi iqtisadiyyat, siyasət, əxlaq və s. suallar.» (Questions in Political Economy, Politics, Morals, &c., 1823); «Dəyərin təbiəti, ölçülməsi və səbəbi haqqında kritik bir dissertasiya; xüsusilə cənab Rikardo və tərəfdarlarının əsərləri ilə əlaqəli» (Critical Dissertation on the Nature, Measure, and Causes of Value; Chiefly is Reference to the Writings of Mr. Ricardo and his Followers, 1825). «Pul və onun qarışıqlığı» (Money and its Vicissitudes, 1837). Блауг М. Бейли, Сэмюел // 100 великих экономистов до Кейнса.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.