Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıca
Sarıca (Şəki)
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Altan Sarın
Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898 — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir. 1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.
Andrea Şeriç
Andrea Şeriç (d. 4 avqust 1985; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Andrea Şeriç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Avraham Şarir
Avraham Şarir (ivr. ‏אברהם שריר‏‎; 23 dekabr 1932, Rumıniya – 24 mart 2017, Tel-Əviv) — İsrailli siyasətçi. == Haqqında == Şarir, Rumıniya Krallığında 1932-ci ildə Yassıda anadan olmuşdur. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və hüquqşünas kimi təsdiqlənmişdir. 1954–1964-cü illərdə Knessetdəki Baş Sionist fraksiyasının katibi idi. 1964–1967-ci illərdə ABŞ-dakı Yəhudi Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri və 1967–1970-ci illərdə İsraildəki işəgötürənlərin iqtisadi təşkilatlarının əlaqələndirici bürosunun direktoru idi. 1970-ci ildən 1970-ci ilə qədər Atlantada iqtisadi konsul idi. 1972, sonra isə 1974-cü ilə qədər Qərbi Amerika Birləşmiş Ştatlarında. 1974–1977-ci illərdə Liberal Partiyasının baş katibi və milli idarə heyətinin sədri idi.
Barıc (Mərənd)
Barıc (fars. باروج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,340 nəfər yaşayır (574 ailə).
Con Saris
Con Saris (ing. John Saris; 1580 – 1643) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı. == Karyerası == Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi. O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür. Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi. 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür. Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişdirlər. Onlar Sarisə Uraqa limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir. Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır. Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir.
Larisa Seriç
Larisa Seriç ( bosn. Larisa Cerić ; cins. 26 yanvar 1991, Travnik ) — Bosniya cüdoçusu, Dünya çempionatının bürünc mükafatçısı , Avropa çempionatının medalçısı (2014, 2017, 2018). == Tərcümeyi-hal == 2009-cu ildən bəri böyük beynəlxalq yarışlarda çıxış edir. 2014-cü ildə Seriç 78 kiloqram çəki dərəcəsində Avropa vitse-çempionu oldu. 2016-cı ildə Braziliya Rio-de-Janeyroda 2016 Yay Olimpiya Oyunlarında iştirak etdi . Lakin, Seriçin çıxışı son dərəcə uğursuz alındı. O, ilk döyüşdə Tunisli cüdoçu Niel Şeyx Rüuya məğlub olaraq çıxışını dayandırdı .
Maya Saviç
Maya Saviç (29 aprel 1976, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Maya Saviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsilə təmin olunur. Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarınc (Maku)
Sarınc (fars. ‎سارنج‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (20 ailə).
Sırıc (Marağa)
Sırıc (fars. سرج‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,271 nəfər yaşayır (333 ailə).
Şarın kanyonu
Şarın kanyonu (qaz. Шарын шатқалы) və ya Çarın kanyonu (qaz. Чарынский каньон) — Qazaxıstanın Almatı şəhərindən 200 km cənubda, ölkənin Çin ilə sərhədinin yanında yerləşən, eyni adlı çayın boyunca ucalan 90 km uzun olan kanyon. Onun ərazisi Almatı vilayəti ilə Yenbekşiqazax, Rayımbek və Uyğur rayonlarının ərazisində yerləşir.
Sergey Saviç
Sergey Milinkoviç Saviç (serb. Сергеј Милинковић Савић 27 fevral 1996, Lleida) — Serbiyalı futbolçu. İtaliyanın "Latsio" klubunun və Serbiya milli futbol komandasının oyunçusu. Yarımüdafiəçi kimi çıxış edir. Serbiyanın "Voyvodina" klubunun gənclər komandasının yetirməsidir. 23 noyabr 2013-cü ildə "Yaqodina" ilə oyunda Marko Poletanoviçi əvəzləyərək karyeerasında ilk rəsmi oyuna çıxır. 2014-cü ilin iyununda 19 yaşlı serbiyalı futbolçu Belçikanın "Genk" klubu ilə müqavilə imzalayır. 2 avqust 2014-cü ildə yeni komandada debüt edir. Sergey 2014/15 mösümundə Belçika çempionatında 24 oyun keçirir və 5 qol vurur. 31 iyul 2015-ci ildə "Latsio" klubuna keçir.
Edvard Savic
Edvard Savic- (26 noyabr 1761, Prinston, Massaçusets – 6 iyul 1817, Prinston, Massaçusets) — amerikalı portret rəssamı və qravüraçısı. == Həyatı və karyerası == O, Massaçusets ştatının Prinston şəhərində anadan olub. Yetkinlik dövründə həm zərgər, həm də oyma ilə məşğul olub. Heç bir rəssamlıq təhsili olmayıb. Lakin 1790-cı ildə Harvard Universitetinə hədiyyə edilən Corc Vaşinqtonun portreti ona məşhurluq gətirmişdir. O, 1791-ci ildə Londona səfər etdi, burada bir müddət Benjamin Vestdən təhsil aldıqdan sonra İtaliyaya getdi. 1794-cü ildə ABŞ-a qayıtdı. Sonra o, Filadelfiya və Nyu-York şəhərində təcrübə keçərək özünü təkmilləşdirmişdir. Onun Entoni Ueyn, Benjamin Raş və Tomas Ceffersonun portretləri yüksək qiymətləndirilir. Savic, əsasən, prezident Corc Vaşinqton, birinci xanım Marta Vaşinqton, onun iki nəvəsi, Corc Vaşinqton Parke Kustis və Eleonora Park Kustis və bir qadını təsvir edən böyük bir portret qrupu olan Vaşinqton Ailəsi (1789-cu ildə başlamış, 1796-cı ildə tamamlanmışdır) ilə tanınır.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Sarı Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Sarı Aşıq
Sarı Aşıq (XVI əsr, Laçın rayonu – XVII əsr, Güləbird) — bayatı ustadı. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Sarı Aşıq haqda ilk məlumatı Həsənəli xan Qaradaği vermişdir. Öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə Azərbaycan ədəbiyyatşünaslığı məhz Həsənəli xan Qaradağiyə borcludur. "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". 1927-ci ildə aşığın bayatılarından ibarət ilk kitabını S.Mümtaz çap etdirmişdir. Kitab "Aşıq Abdulla"adlanırdı.