Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Baybican bəg
Baybican bəg — dastanda işlənən antroponimlərdən biri. III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır. "HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır. Ş. Xətai dövründə yaşamış "Becan", "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar. Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S. Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir. Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir.
Beq (kommuna)
Beq (fr. Bègues) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15-64 yaş arasında) 102-i iqtisadi cəhətdən, 39-u fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 68.9%). Fəal olan 102 nəfərdən 91 nəfər (52 kişi və 39 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). 39 hərəkətsiz şəxs arasında 8-i şagird və ya tələbə, 18-i təqaüdçü, 13-ü digər səbəblərdən fəaliyyətsizdir.
Devid Beq
Devid Beq (ing. David Begg) — İrlandiya Həmkarlar İttifaqları Konqresinin sədri; İrlandiya Milli Bankının direktoru.
Po Beq
Po Beq xatun — Bilgə xaqanın xatunu və daha sonra Yollıq xaqan və Bilgə Qutluq xan dövründə anaxatunu. Tonyukukun qızı idi, Bilgə xaqan ilə hələ şahzadə ikən evlənmişdi. Bilgə xaqan zəhərləndikdən sonra Yollıq xaqan taxta keçmişdi. Po Beq isə qəyyum kimi fəaliyyət göstərirdi. Ölkə faktiki olaraq iki yerə bölünmüş, iki əyan tərəfindən idarə olunurdu. Qərbdəki əyanı edam edə bilsə də, şərqdəki əyan Pan Kül Teginin Bilgə Qutluq xanı öldürərək hakimiyyəti ələ keçirmişdi. Po Beq xatun Aşide sülaləsinin qalan üzvləri ilə Çinə qaçmış, imperator tərəfindən ona torpaqlar bəxş olunmuşdu. Lev Qumilyov (2002). Ahsen Batur, Ahsen, ed. Eski Türkler (in Turkish).
Ferzende Beg
Beq End
Beq End yada Bəq End (ing. Bag End) — ingilis yazıçısı Con R. R. Tolkinin "Hobbit və ya oraya və geriyə" hekayəsində və "Üzüklərin hökmdarı" romanında təsvir edilmiş, Şırda Bilbo və Frodo hobbitlərinin yeraltı yaşayış yeri. Beq End hobbitlərin səyahətləri zamanı getdikləri “kənarda” təhlükəli dünya ilə ziddiyyət təşkil edən tanış, təhlükəsiz və rahat yeri təmsil edir. Buradan həm Bilbo, həm də Frodo Orta Dünyaya səyahətlərinə başlayırlar və səyahətlərinin sonunda burada qayıdırlar. Beləliklə, Beq End həm "Hobbit"də, həm də "Üzüklərin hökmdarı"nda əsas hekayə xətlərini açır və bağlayır. Con R. R. Tolkin özü özünü ölçüdən başqa hər şeydə "hobbit" kimi təsvir etmişdir. Onun əsərlərinin tədqiqatçılarının fikrincə, Beq End Tolkinin zehnində onun xarakterinin əsas xüsusiyyətlərini əks etdirən ideal ev obrazı idi.
Mirzə Aslam Beq
Mirzə Aslam Beq (urdu مرزا اسلم بیگ; 2 avqust 1931, Azamqarh[d]) — Pakistanlı hərbçi. Mirzə Aslam Beq 2 avqust 1931-ci ildə Britaniya Hindistanının Azamgah şəhərində anadan olmuşdu. Atası Mirzə Mürtəza bəy Böyük Moğollar dövlətinin əyanları soyundandır. Mirzə Aslam 23 avqust 1952-ci ildən Pakistan quru qoşunlarında hərbi xidmətə başlamışdı. Mirzə Aslam Beq 17 avqust 1988-ci ildən 1 avqust 1992-ci ilədək Pakistan ordusunun baş qərərgah rəisi olmuşdu. Mirzə Aslam Beq prezident Məhəmməd Ziyaülhaqqın ölümündə şübhəli bilinir. 1988-ci il avqust ayının ortalarında Pakistanın paytaxtı İslamabaddan 450 kilometr aralıda yerləşən Baxavulpur şəhəri yaxınlığındakı hərbi təlim meydanlarından (poliqon) birində ABŞ-dən alınan yeni “M-1 Abrahams” tankının sınağı keçirilirdi. Sınaqda iştirak etmək üçün ABŞ-dən xüsusi mütəxəssislər qrupu dəvət edilmişdi. Qrupa ABŞ-nin Pakistandakı hərbi missiyasının rəhbəri, briqada generalı Herbert Uoss başçılıq edirdi. Avqustun 15-də axşam Pakistan hərbi zirehli qoşunlar komandanı general Mahmud Durrani Prezidentə zəng edərək, ondan “M-1 Abrahams” tankının sınaqlarında şəxsən iştirak etməsini xahiş elədi.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
JPEG
JPEG (Joint Photographic Experts Group) — birləşmiş fotoeksportlar qrupu formatı. GIF formatlı fayllardan fərqli olaraq JPEG (.jpg) formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GIF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma funksiyalarını lazımı səviyyədə yerinə yetirmək olmur.
MPEG
MPEG (ing. Motion Pictures Experts Group, rus. Экспертная группа по движущемуся изображению) – 1. Rəqəmsal video və audio informasiyanın sıxılması və ötürülməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən formalaşdırılmış mütəxəssislər qrupu. 1988-ci ildə yaranıb. 2. Hərəkətli görüntülərin sıxılması və canlandırılması üçün MPEG qrupu tərəfindən işlənib hazırlanmış açıq (yəni istifadə üçün ödəniş tələb olunmayan) standart. MPEG standartının dörd variantı mövcuddur: MPEG-1, MPEG-2, MPEG-3 və MPEG-4. Bu variantlar bir-birindən rəqəmsal videonun keyfiyyətinə (sıxma zamanı görüntünün keyfiyyətində itki ola bilir) qoyulan tələblərə və buraxılış zolağının eninə görə fərqlənir. MPEG-in bir neçə müxtəlif standartı mövcüddur.
Oben
Oben (Averon)
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 169 nəfərdir. Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Səbz
Səbz (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Dərə Səbz — İranda kənd.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Səbəb
Səbəb
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Əbəy
Əbəy - türk və altay mifologiyasında yer tanrıçası. Abay və ya Apay da deyilir. Yer üzünü qoruyar. Skif (Saka) mifologiyasındakı Ana Tanrıça Abay ilə əlaqəlidir. Aba/Ava sözünün Həvva ilə əlaqədar olduğunu qarşıya qoyan görüşlər vardır. Türklərdə Əbə (Ebe) sözü nənə demək olduğu qədər, bir insanı doğurtan kəs (ad hemşiresi) mənasına da gəlir ki, bu sözün "törəmək" olan ilk mənasını bir şəkildə içərisində saxlamaqdadır. (Ebe/Əbə) kökündən törəmişdir. Yaşlı qadın mənasındadır. Türkcə Aba/Ebe, monqolca Ebe/Əbi/Evə, tungusca Evə/Evke/Ebke sözləri ana Bunu mu demek istediniz? ana tərəfli qohumluqların bəzilərini karşılmakta istifadə edilər.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.