Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sirat körpüsü (film, 2007)
== Məzmun == Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469, Afina – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. == Həyatı == Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
Siirt
Siirt — Türkiyənin Siirt ilinin inzibati mərkəzi.
Sirab
Sirab mineral suyu
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. == Ümumi məlumat == Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Adiyat Surəsi
100-cü surə
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Şuxrat Barlas
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.
Şuxrat Salamov
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
Adiyat surəsi
100-cü surə
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mirat (jurnal)
"Mirat" jurnalı (az.-əski. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. == Tarixi == "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.