Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədallah Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cənubi-Şərqi Çində yayılmışdır. Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. Torpaq-iqlim şəraitinə davamlıdır.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Sallaq quşdarısı
Milium effusum L. Hündürlüyü 60–90 (150) sm, qısa yeraltı zoğları olan, kökümsovlu çoxillik bitkidir. Gövdəsi düz, hamar və çılpaqdır. Yarpaqları enli-neştərşəkilli, uzun, lentşəkilli, hamar və ya biraz kələ-kötürdür, eni (5) 8–15 (18) mm-dir; dilcik nazikpərdəşəkilli, kütdür. Çiçək qrupu boş qollu-budaqlı süpügrə şəklindədir, uzunluğu (10) 15–30 (35) sm-dir, üfüqi və ya aşağı əyilmiş nazik budaqlıdır. Sünbülləri yumurtaşəkillidir, yaşıl, tutqun və yaxud bənövşəyi rəngdədir, uzunluğu 3 mm-ə qədərdir. Sünbül pulcuqları az nahamardır, üç ədəd aydın bilinməyən damarı vardır. Çiçək pulcuqları bar verəndə qalın dərili, parlaqdır, darını sıx əhatə edir və sünbüldən onunla birgə düşür. İyun İyun-Avqust (Sentyabr) BQ (Quba), BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı və orta dağ qurşağında üstünlük təşkil edir, nadir halda aşağı dağ qurşağı və dağətəyi yerlərdə. Meşələrdə, meşə kənarında, talalarda, kollar arasında, çəmənlərdə, çay sahilində rast gəlinir.
Sallaq söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Vətəni İran və Çindir. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sallaq tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. Azərbaycanda arealı çox geniş deyil. Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Sallaq tuyevik
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü. Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. Şaxtaya və quraqlığa davamlıdır. Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
Sallaq ərəbotu
Catolobus pendulus (lat. Catolobus pendulus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin catolobus cinsinə aid bitki növü.
Sədallah əl-Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
Harri Secalla görüşəndə (film, 2017)
Harri Secalla görüşəndə (hind: जब हैरी मेट सेजल; Rom: Jab Harry met Sejal) — İmtiaz Əlinin rejissoru olduğu və 4 avqust 2017-ci ildə nümayiş etdirilən hind filmidir. == Süjet xətti == Bu film Harri və Secalın Avropaya səyahətinin hekayəsidir. Secalın nişan üzüyünün axtarışına çıxması Harrinin sevgi və eşq münasibətlərini daha yaxşı başa düşməsinə səbəb olur. Secal isə Harrinin şirkətində yenicə tapdığı azadlığının və təhlükəsizliyinin dadını çıxardır.