Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. == Tarixi == Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Şırnaq
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Sınaq (film, 1985)
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən İstifadə edilən Bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Sınaq Tısbağası (personaj)
Sınaq Tısbağası - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Qrifonun həmkarıdır.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. == Həyatı == Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. Birinci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. == Experimentin elanı == Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Osman Sınav
Osman Sınav (1956, Burdur, Türkiyə) — Türk rejissor, senarist və reklam yazıçısı. Məşhur Dəli ürək və Qurdlar Vadisi seriallarının rejissoru olub. == Həyatı == Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirən Sınav, Tekstil dizaynı ilə də maraqlandığı üçün 1977-ci ildə həmin məktəbin Tətbiqi Sənətlər Liseyinin Tekstil dizaynı şöbəsinə daxil olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası Kino və Televiziya İnstitutunda da təhsil alan Sınav, 1979-cu ildə məzun olub. Peşəkar karyerasına Man Ajans-da mətn yazarı kimi başlayan Sınav, reklamçılıq karyerasına daha sonra 1980–1984-cü illərdə Qrafika Lintas adlı ajansda davam edib. Mətn yazarlığı ilə yanaşı, yaradıcı qrupun prezidenti olan Sınav, 1984-cü ildə Sinegraf Film şirkətini qurdu. Yazdığı 500-ə yaxın reklam filmi və kampaniya ilə uzunmüddətli reklam təcrübəsinə 1987-ci ildə son qoyan Sınav, artıq sadəcə kino proyektləri üzərində çalışmaq istəyirdi. Televiziya serialları və uzun metrajlı filmləri başladan rejissor, həmin il baş rolları Haluk Qurdoğlu və Alov Sezərin olduğu Bir Məhərrinin ölümü adlı telefilm üçün kamera arxasına keçib. Daha sonra 1989-cu ildə İlhami Algörlə ssenarisini yazdıqları Hünkarın Bir Günü gəldi.
Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان‎, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل‎, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1130 və ya 1126, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur. == Həyatı == Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.
Sinab alması
Sinab alması — Azərbaycanda məşhur alma sortlarından biridir. Azərbaycanda əsasən Quba rayonunda yetişdirilir.
Sinan Akçıl
Sinan Akçıl — Sinan Siam oğlu Akçıl (20 may 1982, Amsterdam) Türk aktyor, müğənni və bəstəkardır. 2012-ci ildə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə "İkinci sen" duetini ifa etmişdir.
Sinan Güler
Sinan Güler (türk. Sinan Güler; 8 noyabr 1983, İstanbul) — türk peşəkar basketbolçusu, oyun qurucu və hücum edici müdafiəçi mövqeyində oynayır. Daryüşşafaka BK-nun və Türkiyə milli basketbol komandasının oyunçusu. == Təhsili == Güler ​​2002–2004-cü illərdə Salt Lake City Community College komandası üçün kollec səviyyəsində oynamışdır. Daha sonra daha iki il Carroll Collegenin (Montana) şərəfini qorumuşdur. == Peşəkar karyerası == Beşiktaş Basketbol Klubunun gənclər komandalarında oynadıqdan sonra Güler 2000–01 mövsümündə ​​peşəkar fəaliyyətinə başladı. ABŞ-da kollecdə oxuduqdan sonra Türkiyəyə qayıtdı və Daryüşşafaka klubuna qatıldı. 2008-ci ildə isə Anadolu Efes klubuna keçdi. 2009-cu ildə yeni klubu ilə "qızıl dubl" etdi. Türkiyə kubokunu qazandı və eyni zamanda Türkiyə çempionu oldu.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sinan Kaloğlu
Sinan Kaloğlu (10 İyul 1981, Tunceli) – Türkiyə futbolçusu. Sinan Kaloğlu hazırda legioner həyatı yaşasa da daha çox öz ölkəsində çıxış edib. == Karyerası == Peşəkar karyerasına 1999-2000 mövsümündə Bolusporda başlayan Sinan qısa zaman kəsiyində Altayın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından Beşiktaşın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-2005 mövsümündə Diyarbəkirspor (33 oyun, 11 qol), 2005-2006 mövsümündə isə Manisasporda (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə Bursaspor Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. Bursasporda 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından Bohumun təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır.
Sinan Karveyna
Sinan Karveyna (29 mart 1999-cu ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sportfreunde Lotte klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Köln === Karveyna Viehl akademiyası vasitəsilə inkişaf etmişdir. 26 iyun 2014-cü ildə o, Köln klubuna transfer olmuşdur. Karveyna Köln II komandası ilə iki oyunda da iştirak etmişdir. === Sportfreunde Lotte === 14 iyun 2018-ci ildə Karveyna Sportfreunde Lotte klubu ilə müqavilə imzalamışdır. Karveyna klub ilə debütünü 4 avqust 2018-ci ildə 1860 Münhen klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Aygün Yıldırımı əvəz etmiş və 81-ci dəqiqədə qolla yadda qalmışdır. 3.Bundesliqa görüşündə Lotte rəqibinə 1-5 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Karveyna Almaniyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşlarıdır.
Sinan Məmmədov
Sinan Məhəmməd oğlu Məmmədov (10 sentyabr 2000; Nərimanov rayonu, Bakı, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sinan Məmmədov 10 sentyabr 2000-ci ildə Nərimanov rayonunda Məhəmməd Məmmədovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Bakı şəhər 193 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Sinan Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Sinan Məmmədov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir.
Sinqa xəstəliyi
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.