inaq
inaqlı
OBASTAN VİKİ
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Əli inaq
Tarixi mənbələrdə Sultan Şahruxun 1435-ci ilin sonunda Qarabağda qışlaması zamanı onun yanına gələn və sonra, 20 noyabr tarixdə vətənlərinə geri dönən ətraf yerlərin hakımlərinin adları sadalanarkən, ilk dəfə olaraq Əli inaqın da adı çəkilir; qeyd olunur ki, həmin tarixdə "Nüsrət əd-din Xəlilullah Şirvana və Əli inaq Şəkiyə və Əmir Bəyazid Bistam Muğana və İspaxbad isə Tavalaşa qayıtdılar". Tarixi mənbələrdə Əli inaqın da adı çəkilən 2-ci tarixi hadisə isə elə 1-ci hadisənin ardınca baş vermişdir. Belə ki Həsən bəy Rumlunun yazdığına görə "Şirvanşah Xəlilullah Şirvana gedən kimi (Sultan Şahruxa) xəbər çatdı ki (Şirvanşahın) qardaşları Keyqubad və Fərruxzad və Əbu İshəq və Haşım, Şəki hakimi Əmir Əli inaq ilə birlikdə bu iddiadadırlar ki, Şirvanşah Xəlilullahı Şirvandan çıxarsınlar. Ona görə o həzrət (Sultan Şahrux) Əmir Bayazid Xətlani və Əmir Çaqmaq Şami və Əmir Əli Bərəndəqi'ni çoxlu qoşunla Şirvan padşahına köməyə göndərdi. Xəlilullahın qardaşları Qarasu qalasında möhkəmləndilər və (Sultan Şahruxa məxsus) əsgərlər qalanın ətrafını dövrəyə aldılar. Onlar ( yəni qaladakılar) öz qardaşları Fərruxzadı bayıra göndərib xahiş etdilər ki, əmirlər (yəni (Sultan Şahruxun göndərdiyi əsgərlər) qaladan kənara çəkilsinlər ki bayıra çıxaq və sülh edək. Ona görə əmirlər oradan uzaqlaşdılar və Əmir Əli inaq beş min atlı ilə gəlib onlarla (qaladakılarla) birləşdi və əmirlər də yenə qayıtdılar əvvəlki yerlərinə – onların qarşısında durdular. Və Əmir Əli inaq xəbər göndərdi ki, Şeyx İbrahim məmləkəti öz sağlığında oğlanlarına vermişdi və Əmir Xəlil onları qovub. Əgər məmləkəti qardaşlarına geri qaytararsa aralarında sülh və dostluq olacaq, və əgər əksini edərsə o an müharibə başlamalıdır. Əmirlər xəbəri ...