Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korey Frieşuk
Korey Frieşuk (26 yanvar 1994) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Korey Frieşuk Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korey Frieşuk 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda yarışı sona qədər başa vura bimədi və 89-cu yeri tutdu.
Korey Olliviyerre
Korey Olliviyerre (16 mart 1997) — Qrenadalı üzgüçü. Korey Olliviyerre Qrenadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Korey Olliviyerre birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:08.68 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Koreya
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Skopye
Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur. Skopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Şkoder
Şkoder və ya İşkodra — Albaniyada şəhər. Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir.
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. == Tartes şəhərinə səfər == Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Skreb
Skreb — Avstraliyanın quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda ekvalipt və akasiya ağaclarından ibarət meşədir.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Korea
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Koreya (dəqiqləşdirmə)
Koreya — Şərqi Asiyada bir bölgə.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. == Tarix == Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. == Təşkilat == Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Koreya Universiteti
Koreya Universiteti (KU, Koreyaca: 고려 대학교; Hanca: 高麗 大 學校; RR: Qoryo Dehakkyo), Cənubi Koreyanın Seul şəhərində yerləşən özəl bir tədqiqat universitetidir. 1905-ci ildə qurulan Koreya Universiteti, ölkənin ən qədim və ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq qəbul edilir və SKY (universitetlər) dan biridir. Tələbə heyəti 20.000 -dən çox lisenziya və 10.000 -dən çox aspirant tələbəsindən ibarətdir. Universitetin akademik genişliyi 19 kollecdəki 81 fakültə və bölmə və 18 məzun məktəbindən ibarətdir. 1,500-dən çox tam zamanlı müəllimə malikdir və 95% -dən çoxu elmlər namizədi elmi dərəcəsinə və ya öz sahələrində ekvivalent ixtisasa malikdir. Koreya Universiteti Məzunları Dərnəyi 280.000-dən çox universitet məzunundan ibarətdir. Korea Universiteti, Cənubi Koreya tarixində hüquq, iqtisadiyyat və jurnalistika kimi müxtəlif sahələrdə akademik proqramlar təqdim edən ilk təhsil müəssisəsi olması ilə seçilən böyük bir tədqiqat müəssisəsidir. Xüsusilə Cənubi Koreyanın ən tanınmış lisenziya hüquq proqramlarından biri sayılan Hüquq Kolleci ilə məşhurdur. Koreya Universitetinin Xarici Dil Araşdırmaları İnstitutu, Davamlı Təhsil İnstitutu, Beynəlxalq Təhsil İnstitutu və Tədris və Öyrənmə Mərkəzi kimi köməkçi təhsil imkanları da vardır. Battelle@KU Laboratoriyası, İlmin Beynəlxalq Əlaqələr İnstitutu və İnformasiya Təhlükəsizliyi Texnologiyaları Mərkəzi də daxil olmaqla 115 tədqiqat institutu var.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Koreya boğazı
Koreya boğazı Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Boğaz Koreya yarımadasını Yapon arxipelaqına daxil olan iki - Kyusyu və cənub-qərb sonuncunda isə Honşu adalarından ayırır. Uzunluğu 324 km, ən dar hissədə eni isə 180 km təşkil edir. Ən dayaz yeri 73 m-dir. Boğazda yerləşən Tsuşima adası boğazı iki yerə şərqi və qərbi boğazlara bölür. Şərqdə yerləşən keçid Tsuşima boğazı adlanır.
Koreya bərzəxi
Koreya bərzəxi (ing. Isthmus of Korea) — Koreya yarımadasının şimalında, Qərbi Koreya körfəzi ilə Şərqi-Koreya körfəzi arasında 160 km məsafədə yerləşir. KXDR ərazisində Nampxo və Vonsan şəhərləri arasından keçir. Regionun relyefi rəngbərəngdir: Sahil düzənlikləri, dağətəyi ərazilər, meşəli dağ çığırları, hündürlüyü 1833 metrə çatan Puktebon zirvəsi və sıldırımlı qayalar. Sıldırımlı hündür massivlərdə demək olar ki, tikililərin böyük əksəriyyəti qədim zamanlara təsadüf edir. Ərazidə Vonsan düzənliyi yerləşir.
Koreya dalğası
Koreya dalğası (ing. Korean Wave) və ya Koreya axını (kor. 한류; 韓流; Hallyu) — 1990-cı illərdən başlayan Cənubi Koreya mədəniyyətinin dünyada məşhurluğunun artması. == Tarix == Koreya mədəniyyətini yumuşaq güc kimi istifadə etməkdən Koreya müstəqillik hərəkətinin başı və Koreya Respubkilasının Müvəqqəti Hökumətinin prezidenti, Kim Qu yazırdı: <...> İstəyirəm ki, millətimiz, dünyanın ən gözəl milləti olsun. Bunnan ən güclü millət demək istəmirəm. Mən başqa millətin tərəfindən istila olunmağınən ağrısını hiss etdiyimə görə, istəmirəm ki, öz millətim başqaları istila etsin. Yətər ki, varlığımız həyatlarımızı bərəkətli etsin; yətər ki, gücümüz xarici istilalara mane ola bilsin. Sonsuz miqdarda arzu etdiyim tək şey, mərd mədəniyyətinin gücüdür. Ona görə ki, mədəniyyət gücü bizi də xoşbəxt edir, başqalara da xoşbəxt verir <...> === 1950-1995: Yeni yaranmış film bazarı üçün mübarizə === Koreya müharibəsindən (1950-1953) sonra Cənubi Koreyada Han çay möcüzəsi adlanan iqtisadi artım müdəti başlayıb. Pak Çon Hi prezidentliyin zamanı əcnəbi filmlərə kvota qoyulmuşdu.
Koreya dili
Koreya dili (Cənubi koreyaca: 한국어/韓國語 hangugeo, Şimali koreyaca: 조선말/朝鮮말 chosŏnmal ) — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir. Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Hanqıl yazısıdır. Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və Çejudo dialekti. Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur. == Dilin adı == 1945-ci ilinə qədər bütün koreyalılar öz dilinə əsasən "çosonmal" kor. 조선말, 朝鮮語 və ya "çosono" (kor. 조선어, 朝鮮語) deyirdilər; bu ad hələ də Şimali Koreyada istifadə edilir.
Koreya epimediumu
Koreya epimediumu (lat. Epimedium koreanum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin epimedium cinsinə aid bitki növü.
Koreya folkloru
Koreya folklorunun hissələri sayılan tarix və praktikaların neçə min illərə yaxın ömrü var. Koreya folklorunun nümunələri şamanizm, konfutsiçilik, buddizm və son zamanlar xristianlıqdan əmələ gəlmişdir. Milli ənənələrin əksəriyyəti kəndlərdə inkişaf etməkdə idi. Onların bir çoxu məişət və kənd təsərrüfatı ilə əlaqəli olaraq ailə və cəmiyyət əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu milli nağılların ifasında əks olunur: İfaçılar həmin nağıllar sayəsində tamaşaçıların diqqətini cəlb edirdilər. Ənənə və hekayələr dildən-dilə keçirdi, yazılı nümunələr isə 5-ci əsrdən yaranmağa başlamışdır. Ənənələrin çoxu az praktik və ya müasirləşmiş hala düşsə də, folklor Koreya cəmiyyətində dərin kökə malik olub və hələ də din, incəsənət, hekayələr və adətlərə təsir etməkdədir. == Folklorun növləri == Koreya mədəniyyətində folklorun bir çox növləri var, həmçinin, İmuldam (kor. 이물담) hansı ki, bədheybət, qoblin və ruhlar kimi fövqəl-təbii varlıqlara həsr olunmuşdur. Ən geniş yayılmış varlıq Koreyanın qoblini olan Dokkebi(또깨비)-dir.
Koreya imperiyası
Koreya İmperiyası (kor. 대한 제국 Dehan Jequk)— 1897-ci ildə Kvanqmu Bərpasından 1910-cu ildə Koreyanın Yaponiya ilhaqına qədər Koreyanın adı. Yeni ad suverenliyini vurğulamaq və qədim Koreyanı Samxan dövlətləri ilə bənzətmək üçün Çoson krallığının 500 il boyu idarə etdiyi dövlətə verildi. == Tarixi == === Ümumi məlumat === Çoson sülaləsinin idarə etdiyi Koreya(1392-1897) diplomatik səbəbdən Çosonun Kral tərəfindən Çindən asılı olmayaraq idarə olunduğuna görə, Tzin sülaləsindəki Çinin (1636-1912) bir müştəri səltənəti idi. XIX əsrin sonlarında Koreyanı təsir dairəsinə almaq uğrunda Koreya Tzin və Yaponiya arasındakı münaqişə zonasına çevrildi. Birinci Çin-Yapon müharibəsi Çoson dövlətinin münaqişə döyüşlərinin özünün Koreya torpağında və ətraf dənizlərdə aparıldığı üçün xarici müdaxilələrə qarşı saxladığı hər hansı bir gücün sürətlə azalmasına gətirdi. Silinən və zəif Tzin sülaləsi üzərində yeni bir üstünlük qazanması ilə Yaponiya nümayəndələri Şimonoseki müqaviləsini Tzin ilə müzakirə etdi. Müqaviləni imzalamaqla, Rusiyanın cənub genişlənməsinin qarşısını almaq üçün hazırlanmış bir addım, Yaponiya Lyaodun yarımadasını Tzindən almaq və daha da önəmlisi Koreya üzərində nəzarət etmək üçün yarışdı. Ancaq Rusiya bu razılaşmanı Çinin şimal-şərqindəki maraqlarına qarşı bir hərəkət kimi tanıdı və nəticədə Fransa və Almaniyanı Lyaoudun yarımadasının Tzinə qaytarılması lazım olduğunu söylədi. Bu zaman Yaponiya, xüsusilə daha inkişaf etmiş hesab etdiyi və təqlid etmək istədiyi millətlər tərəfindən bu cür xarici təzyiqlərə qarşı çıxa bilmədi və Lyaodun yarımadasına iddiasından imtina etdi.
Koreya kilqranı
Koreya kilqarını (lat. Hemiculter leucisculus) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Tropiklərin istər duzlu istərsə şirin sularına uyğunlaşa bilir. Çin, Yaponiya, Honq Konq, Koreya və Amur çayı hövzələrində rastlanılır. İran, Əfqanıstan və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox başqa ölkələrə gətirilərək çoxaldılıb. İlk olaraq 1855-ci ildə S. Basilevski tərəfindən Culter leucisculus olaraq təsvir edilmişdir. Elmi ədəbiyyatda da Chanodichthys leucisculus və ya Hemiculter leucisculus warpachowskii olaraq adlandırılır. Balıqların uzunluğu 23.0 sm-ə çatır. Suyunun temperaturu 18–22 °C (64–72 °F) olan ərazilərdə yaşayır. Bel nahiyəsi yaşıl-boz, qarı isə ağ olur.