Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sianid turşusu
Sianid turşusu (HCN) — hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşu. Hidrogen sianid, bəzən pruss turşusu adlanır, HCN formuluna və H−C≡N struktur formuluna malik kimyəvi birləşmədir. Otaq temperaturundan bir qədər yuxarı, 25,6 °C-də qaynayan rəngsiz, son dərəcə zəhərli və tez alışan mayedir. Qaynama temperaturu 25,60 °C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10–10-dur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.