Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-cü ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Aleksey Smirnov
Aleksey Makaroviç Smirnov (rus. Алексей Макарович Смирнов; 28 fevral 1920, Danilov, Yaroslavl quberniyası[d] – 7 may 1979, Leninqrad) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1976). == Həyatı == Aleksey Makaroviç Smirnov 28 fevral 1920-ci ildə anadan olmuşdur. 1940-cı ildə teatr studiyasını bitirmişdir. Böyük Vətən müharibəsi dövründə döyüşən orduda və kəşfiyyatda xidmət etmişdir. İki Şərəf ordeninə layiq görülmüşdür. Döyüşünü Berlində tamamlamaq Smirnova nəsib olmur. O zaman Aleksey kontuziya keçirmişdi. Evə qayıdandan sonra onun yeganə ən doğma insanı anası Anna Smirnova olur. 1946-cı ilə qədər estrada aktyoru, 1946-1952-ci illərdə Leninqrad dövlət musiqili komediya teatrının aktyoru, 1952-1961-ci illərdə "Lenqoestrada"nın aktyoru, 1961-ci ildən isə "Lenfilm" kinostudiyasının aktyoru olmuşdur.
Anatoli Smiranin
Anatoli Smiranin (11 (23) dekabr 1892 və ya 6 yanvar 1893, Odessa, Rusiya imperiyası – 15 fevral 1971, Tbilisi) — Aktyor == Həyatı == Anatoli Dmitriyeviç Smiranin 23 dekabr 1892-ci ildə Odessada anadan olub. Aktyor və rejissor, Gürcüstanın xalq artisti (1946) Anatoli Smiranin 15 fevral 1971-ci ildə vəfat edib.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Smirnov rododendrom
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
Vladimir Smirnov
Vladimir Vasilyeviç Smirnov — Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin ilk rəhbəri.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Mirnı gəmisi
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Mirnı ulusu
Mirnı ulusu (saxa Мииринэй улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Mirnı şəhəridir. Sahəsi 165,8 min km²-dir. Şimaldan və şimal-şərqdən Olenok ulusu, şərqdən Nyurba və Suntar ulusları, cənubdan Lena ulusu, qərbdən İrkutsk və Krasnoyarsk vilayətləri ilə həmsərhəddir. Bu ərazidə böyük bir anomal vadilərdən biri Ölüm vadisi yerləşir. Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubda Prilensi yaylası yerləşir. Böyük çayı Vilyoydur. Ulus ərazisində Vilyoy su anbarı yerləşir. Yanvar ayının orta temperaturu cənubda -32 ° C-dən şimalda -40 ° C, iyulda + 14 ...
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.