Mirnı ulusu (saxa Мииринэй улууhа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Mirnı şəhəridir.
Mirnı ulusu | |
---|---|
62°32′ şm. e. 113°57′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Mirnı (Yakutiya) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 12 yanvar 1965 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 165,8 min km²-dir. Şimaldan və şimal-şərqdən Olenok ulusu, şərqdən Nyurba və Suntar ulusları, cənubdan Lena ulusu, qərbdən İrkutsk və Krasnoyarsk vilayətləri ilə həmsərhəddir. Bu ərazidə böyük bir anomal vadilərdən biri Ölüm vadisi yerləşir.
Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubda Prilensi yaylası yerləşir.
Böyük çayı Vilyoydur. Ulus ərazisində Vilyoy su anbarı yerləşir.
Yanvar ayının orta temperaturu cənubda -32 ° C-dən şimalda -40 ° C, iyulda + 14 ... + 16 ° C arasında dəyişir. İllik yağıntının miqdarı 250-300 mm-dir.
2 oktyabr 1974-cü ildə Udaçnı şəhərindən 2,5 km şimalda, 98 m dərinlikdə, 1,7 kiloton tutumlu yeraltı nüvə partlayışı reallaşır.
24 avqust 1978-ci il, Ayxaladan 39 km şərqdə, Kraton-3 qurğusunda 577 metr dərinlikdə, 19 kiloton tutumlu bir sənaye nüvə partlaması reallaşdırılır.
1976-1987-ci illərdə "Oka", "Vyatka", "Şeksna", "Neva" partlayışlarında tutumu 15 kiloton olan beş partlayış. Mirny şəhərindən 120 km cənub-qərbdə, Srednebotuobinski neft yatağında baş tutur.
Mirnı rayonu 12 yanvar 1965-ci ildə Lena, Suntar və Olenok rayonlarının ərazilərinin bir hissəsindən qurulmuşdur.
1930-cu ildə müasir Mirnı ulusu ərazisinin bir hissəsini əhatə edən Sadınski rayonu qurulur. Onun ərazisinə Botuobinski, Sadınski, Çuoninski daxil olur. 1948-ci ildə rayon ləğv edilir.
2002-ci il siyahıyaalmasına görə əhalisinin 67,5% - ruslar, 9,8% - ukraynalılar, 7,6% - saxalar, 6,5% - tatarlar, 1,3% - buryatlar, qalanları - digər millətlər təşkil edir.
Şəhər şəraitində (Mirnı və Udaçnı şəhərləri, Ayxal, Almaz, Svetlı və Çernışevski şəhər tipli qəsəbələri) ulus əhalisinin 96,52 % -i yaşayır.
Mirnı ulusu ərazisinə 6 şəhər və 3 kənd inzibati vahidliyinə ümumilikdə 14 yaşayış məntəqəsi daxildir[2][3].
Anabar (Lensk - Mirnı - Çernışevski - Udaçnı) və Vilyoy (Yakutsk - Vilyoysk - Mirnı) avtomobil yolları rayon ərazisindən keçir.
Mirnı və Polyarnıdə hava limanları vardır.