Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Solidarnost
Solidarnost (pol. Solidarność — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı (pol. Niezależny Samorządny Związek Zawodowy "Solidarność") — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi. Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərə və anarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu.
Solidago
Qızılsəbət (lat. Solidago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin botaniki adı latın sözündən götürülərək "solidare" — "sağlamlığını möhkəmləndir", "solidum agaere" — "müalicə et, sağalt" mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl çubuq adlanır. Bu cinsə təxminən 130 növə yaxın çoxillik ot bitkisi daxildir. Onların vətəni Şimali Amerika, Avrasiyanın mülayim iqlim zonaları və Cənubi Amerika dağlarıdır. Kanada qızılsəbəti (S. canadensis) — hündürlüyü 180 sm-ə çatan kökümsovlu, çoxillik bitkidir. Sarı rəngdə olan xırda səbət gülləri piramidaşəkilli çiçək qrupunda toplanmışdır. Bitkinin vətəni Kanada, ABŞ-nin şərqi və Meksikanın şimal-şərq vilayətləridir. Gülçülükdə Kanada qızılsəbəti 1648-ci ildən istifadə olunur.
Solidago canadensis
Kanada qızılsəbəti (lat. Solidago canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5 m-ə bərabərdir. Gövdəsi düzqalxan, yuxarı hissədən budaqlanan, bütün hissələri sıxyarpaqlı olub, əsası odunlaşmışdır. Gövdəsinin rəngi tünd-yaşıldan, açıq-yaşıla qədər dəyişir. Yarpaqları növbəli, xətti-neştərvari, zirvəsi uzun itiuclu və uzunsov damarlıdır. Aşağı yarpaqlarının kənarları boyunca itidişcikli, qısasaplaqlı olub, uzunluğu 5–12 sm-ə bərabərdir. Yuxarı yarpaqları bütövkənarlı, oturaq və uzunluğu 2–8 sm-dir. Səbətcikdəki çiçəkləri xırda, diametri 3–5 mm, kənarlarında 4–6 yalançı dilcik və 5–8 ədəd boruşəkilli çiçəkləri vardır. Bütün çiçəkləri qızılı-sarı olur.
Solidago discoidea
Brintonia discoidea (lat. Brintonia discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brintonia cinsinə aid bitki növü. Aster discoideus Elliott Solidago discoidea (Elliott) Torr.
Solidago parryi
Oreochrysum (lat. Oreochrysum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oreochrysum parryi (A. Gray) Rydb. Sinonim Aster minor (A.Gray) Kuntze Haplopappus parryi A.Gray Haplopappus parryi var. parryi Solidago parryi (A.Gray) Greene Solidago parryi var.
Solidago virgaurea
Qızılçubuq qızılsəbət (lat. Solidago virgaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. Hündürlüyü (40) 80-100 sm, gövdəsi düz, aşağı hissədə çılpaq, yuxarı hissədə çiçək qrupunda budaqlanmış olan çoxillik ot bitkisidir. Aşağı yarpaqları yumurtaşəkilli, ellipsşəkilli və ya uzunsov-neştərvaridir, sivriləşmiş, mişarvaridir, qaidəsinə doğru qısa saplaqda pazşəkilli daralmışdır, bəzən qaidə hissəsi az ürəkşəkilli olur, dağınıq və qısa tüklüdür, alt tərəfdən daha tüklüdür, yuxarı yarpaqları neştərvari, oturaq və tamkənarlıdır. Qın 7-9 mm uzuluqdadır. Səbətləri uzun, ensiz və sərt, nadir halda seyrək və enli süpürgəvari çiçək qrupunda toplanmışdır; sarğı yarpaqcıqları 4-5 cərgəlidir, çox bərabər deyil, daxildəki yarpaqcıqları xətvaridir. Toxumlarının uzunluğu 4 mm-ə qədər olub, demək olar ki, silindrik formalıdır, tüklüdür, uzunluğuna görə ona bərabər olan kəkili vardır. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Orta dağ qurşağında subalpa qədər (1200-2200 m d.s.y.) Meşələrdə, kolluqlarda, dağ çəmənlərində rast gəlinir.
Solidago × krotkovii
Oligoneuron (lat. Oligoneuron) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Samara Solidarnost Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Solidarnost Samara Arena
Solidarnost Samara Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Solidago parryi var. parryi
Oreochrysum (lat. Oreochrysum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oreochrysum parryi (A. Gray) Rydb. Sinonim Aster minor (A.Gray) Kuntze Haplopappus parryi A.Gray Haplopappus parryi var. parryi Solidago parryi (A.Gray) Greene Solidago parryi var.