Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəpənək spredi
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Sərhədi
Sərhədi (kürd. Serhedî), həmçinin şimali kurmanc dili (kürd. Kurmancîya bakur) — Türkiyədə və İran Kürdüstanının şimal-qərbində yayılmış kürd dillərinin variasiyalarından biri. Kurmanc dilinin növlərindən biri kimi təsnif edilir.
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Həmçinin bax == Dövlət sərhəd keçid məntəqəsi == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Moxoroviçiç sərhədi
Moxo (Moxoroviçiç) səthi — materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır. 1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir. Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir. Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.
Phytoseiulus speyeri
Phytoseiulus macropilis (lat. Phytoseiulus macropilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin phytoseiulus cinsinə aid heyvan növü.
Andrey Sereda
Andrey Viktoroviç Sereda (ukr. Андрiй Вiкторович Середа, 1 yanvar 1964, Kiyev) — Ukraynanın rok-müğənni və aktyor, „Komu Vnız“ rok-qrupunun lider və vokalist.
Tragelaphus spekei
Yədulla Səmədi
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru. Yədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir. Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur. Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər. Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub. "Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Şerəli Curayev
Şerəli Curayev (12 aprel 1947, Asaka[d], Əndican vilayəti – 4 sentyabr 2023, Daşkənd) — Ssenari müəllifi, Özbək və Türk xalq artisti.[mənbə göstərin] Şerəli Nurməhəmməd oğlu Curayev 12 aprel 1947-ci ildə Özbəkistanın Əndican şəhərində anadan olub. Daşkənd Teatr İnstitutunda təhsil alıb (1966-1970). 1970-ci ildən Özbəkistan Dövlət Filarmoniyasının solistidir. Özbəkistan xalq artistidir.
Şerəli Yurayev
Şerəli Yurayev (özb. Sherali Jo‘rayev; 13 dekabr 1986) — Özbəkistan cüdoçusu. Şerəli Yurayev Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Şerəli Yurayev birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Əlcəzairin nümayəndəsi Abderahmane Benamadi ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 0:0 hesabı ilə bərabərə qalsa da, şido xalları ilə qalib gəldi. Daha sonra Şerəli Yurayev 1/16 final mərhələsində İsveç təmsilçisi Markus Numan ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 1:101 hesabı ilə uduzdu.
Səyahət sənədi
Səyahət sənədi, bir icmanın bir ölkədən və ya dövlətdən digər dövlətə gedərkən hətta pasportsuz da gedə biləcəyi ölkələr üçün pasport polisi tərəfindən verilən sənəddir. Pasportlarını xaricdə itirən (yeni pasport almaq üçün kifayət qədər vaxtları olmadıqda) vətəndaşlar dərhal vətənə qayıtmaq istədikdə; öz adlarına səyahət bileti və ya rezervasiya təqdim etdikdə konsulluqlar tərəfindən verilən müvəqqəti sənəddir. Etibarlılıq müddəti maksimum bir ay müddətinə olur və cari ölkədən qayıtmaq üçün yalnız birtərəfli formada verilir. Bu sənəddən üçüncü bir ölkəyə səyahət məqsədi üçün istifadə etmək mümkün deyildir.
Ermənistan–Gürcüstan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. == Təsvir == Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
Gürcüstan–Ermənistan sərhədi
Gürcüstan–Ermənistan — Gürcüstan və Ermənistan arasında dövlət sərhədi. Ümumi uzunluğu 219 km km-dir. Qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və şərqdə Azərbaycanla sərhəd qovşağında bitir. == Təsviri == Sərhəd qərbdən Türkiyə ilə sərhəd qovşağından başlayır və bir sıra düzənsiz xətlər və Tona çayı boyunca şərqdə kiçik bir hissə ilə quru yolu ilə Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhədin qərbində, daha dağlıq hissəsinə yaxın iki göl - Madatapa (Gürcüstanda) və Arpi (Ermənistanda) var. == Tarix == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Gürcüstan–Türkiyə sərhədi
Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır. == Təsviri == Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır. 1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır.
Qazaxıstan-Qırğızıstan sərhədi
Qazaxıstan-Qırğızıstan sərhədi 1,212 km (753 m) olub , Özbəkistan və Çin ilə birlikdə üçtərəfli sərhəd təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek, bu sərhədin cənubunda 16 km məsafədədir və Almatı (Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı) onun şimalından yalnız 29 km (18.4 m) məsafədə yerlləşir. Sərhəd qərbdə Uqam silsiləsində Özbəkistanla başlayır və sonra şimal-şərq istiqamətində Tarazdan keçərək və Qırğızıstanın Ala-Too dağları boyunca davam edir. Sərhəd Bişkek və Tokmokdan keçən Çu çayından əvvəl Kara-Balta ətrafında kobud çuxuru izləyir. Qazaxıstanın Tarazdan Aqtöbe dəmiryoluna qısa müddətdə keçən Sovet dövrünün mirası, infrastrukturun daxili sərhədləri nəzərə alınmadan inşa edildiyi bir yerdir. XIX əsrdə Rusiya Mərkəzi Asiyanı Kokand və Xivə keçmiş müstəqil xanlıqlarını və Buxara əmirliyini birləşdirərək fəth etdi. Kommunistlər 1917-ci ildə hakimiyyətə gəldikdən və Sovet İttifaqını yaratdıqdan sonra Orta Asiyanı etnik əsaslı respublikalara bölüşdürmə qərarı verilmişdir, bunlar Milli ərazi sərhədləri (və ya ing. NTD) kimi tanınan bir prosesdir. Bu siyasətlə, Stalin, sakinlərini ayrı-ayrı ölkələrə bölüşdürdü və bu azlıqlar üçün sərhədlər müəyyən etdi. Sovetlər etnik cəhətdən homogen respublikalar yaratmaq məqsədi daşıyırdı, lakin bir çox sahələr etnik şəkildə qarışıq idi (məsələn, Fərqanə Vadisi) və bəzi xalqlara (məsələn, qarışıq Tacik-Özbek Sartı və ya Amudərya Türkmənistan / Özbek qəbilələri) 'hüququ' etnik etiket təyin etmək çətin idi.
Qazaxıstan-Çin sərhədi
Qazaxıstan-Çin dövlət sərhədi (Qazaxca: Қазақстан-Қытай мемлекеттiк шекарасы; Çincə: 中哈边界) — Qazaxıstan Respublikası ilə Çin arasındandaki hazırkı sərhəd, Qazaxıstan SSR ilə Çin arasındakı sərhəddə uyğun gəlir. Sərhədin ümumi uzunluğu 1782,75 km-dir. Qazaxıstan ilə Çin arasında sərhədlər XIX əsrdən Rusiya imperiyası Zaisan gölü ərazisində öz nəzarətini qurması ilə başlayır. Rusiya imperiyası ilə Çin imperiyası arasında olan sərhədlər 1860-cı il Pekin Müqaviləsi ilə müəyyən edilmiş və həmçinin müvafiq olaraq Çuquçak Protokolu və 1864 və 1881-ci ildə Ili ərazisi barədə Müqaviləsi ilə tamamlanmışdır. Sovet dövründə SSRİ ilə Çin arasında sərhəd xəttləri üzərində olan mübahisələr iki ölkə rəsmiləri arasında davam etdi.Müntəzəm olaraq, bu mübahisələr silahlı münaqişələrə çevrilirdi. Belə münaqişələrdən ən böyüklərindən biri isə 1969-cu ilin avqustunda Jalanaşkol gölü ərazisində oldu. Qazaxıstan müstəqillik qazandıqdan sonra 1994-cü il aprelin 26-da Qazaxıstan-Çin dövlət sərhədində Qazaxıstan və Çin arasında razılıq əldə olundu.Bu sənədə görə, Jalanaşkol gölünün şərqindəki ərazilər Çin ərazisi olaraq tanınır. Daha sonra ölkələr arasındakı sərhədlərə kiçik dəyişikliklər edən daha az əhəmiyyətli sənədlər imzalandı. Dövlət sərhədinin ümumi uzunluğu 1782,75 km, o cümlədən: torpaq sərhədi - 1215,86 km, su - 566,89 km.
Qazaxıstan–Qırğızıstan sərhədi
Qazaxıstan-Qırğızıstan sərhədi 1,212 km (753 m) olub , Özbəkistan və Çin ilə birlikdə üçtərəfli sərhəd təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek, bu sərhədin cənubunda 16 km məsafədədir və Almatı (Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı) onun şimalından yalnız 29 km (18.4 m) məsafədə yerlləşir. Sərhəd qərbdə Uqam silsiləsində Özbəkistanla başlayır və sonra şimal-şərq istiqamətində Tarazdan keçərək və Qırğızıstanın Ala-Too dağları boyunca davam edir. Sərhəd Bişkek və Tokmokdan keçən Çu çayından əvvəl Kara-Balta ətrafında kobud çuxuru izləyir. Qazaxıstanın Tarazdan Aqtöbe dəmiryoluna qısa müddətdə keçən Sovet dövrünün mirası, infrastrukturun daxili sərhədləri nəzərə alınmadan inşa edildiyi bir yerdir. XIX əsrdə Rusiya Mərkəzi Asiyanı Kokand və Xivə keçmiş müstəqil xanlıqlarını və Buxara əmirliyini birləşdirərək fəth etdi. Kommunistlər 1917-ci ildə hakimiyyətə gəldikdən və Sovet İttifaqını yaratdıqdan sonra Orta Asiyanı etnik əsaslı respublikalara bölüşdürmə qərarı verilmişdir, bunlar Milli ərazi sərhədləri (və ya ing. NTD) kimi tanınan bir prosesdir. Bu siyasətlə, Stalin, sakinlərini ayrı-ayrı ölkələrə bölüşdürdü və bu azlıqlar üçün sərhədlər müəyyən etdi. Sovetlər etnik cəhətdən homogen respublikalar yaratmaq məqsədi daşıyırdı, lakin bir çox sahələr etnik şəkildə qarışıq idi (məsələn, Fərqanə Vadisi) və bəzi xalqlara (məsələn, qarışıq Tacik-Özbek Sartı və ya Amudərya Türkmənistan / Özbek qəbilələri) 'hüququ' etnik etiket təyin etmək çətin idi.
Qazaxıstan–Özbəkistan sərhədi
Qazaxıstan—Özbəkistan sərhədi — Qazaxıstan (cənubdan) və Özbəkistan (şimaldan) arasından keçən ümumi uzunluğu 2351 km olan dövlət sərhədi. Sovet dövründə Qazaxıstan SSR və Özbəkistan SSR arasındakı sərhəd ən çox tənzimlənən sərhədlərdən biri sayılırdı. Ancaq həm Qazaxıstandan (Türkistan vilayətinin Sarıağaç və Maktaaral rayonları) həm də Özbəkistandan (Daşkənd və Cizzax rayonları) sıx məskunlaşmış ərazilərdən keçən uzunluğu təxminən 200 km olan bir hissədə bir çətinlik yaşanır. Bu ərazidə hər iki tərəfdəki yaşayış məntəqələri sürətlə böyümüşdür, bəzi yerlərdə sərhəd hətta həyətlərdən keçir. 1920-ci illərdən 1950-ci illərədək otlaq ərazilərin başqa respublikalara verilməsi təcrübəsi mövcud olmuşdur. Bu müəyyən bir ərazinin müvəqqəti istifadəsinə verilməsini təmin edir və heyvandarlığın məhsuldarlığını artırmaq məqsədi ilə həyata keçirilirdi. Ancaq "xarici" torpaqlardan istifadə edərkən istifadəçilər bu cür torpaqların qorunmasına çox əhəmiyyət vermirdi. Buda onların məhsuldarlığını itirirdi. Bu kimi torpaq yerdəyişmələri Cənubi Qazaxıstan vilayətinin Bostandık rayonu ərazisində baş verirdi. 1950-ci illərin əvvəllərində bu bölgənin Özbəkistana tamamilə verilməsi barədə müzakirələr başlayır.