Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Robert Sturua
Robert Sturua (gürc. რობერტ სტურუა; d. 31 iyul, 1938. Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü teatr rejissoru, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı (1979) Robert Sturua 31 iyul 1938-ci ildə Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində doğulmuşdur.
Sarua gölü
Sarua gölü (başq. Саруа күле) — Başqırdıstanın Nuriman rayonu, Sarva kəndi ərazisində yerləşən göl. 1956-cı ildən təbiət abidəsi elan edilmişdir. Göl Saldıbaş çayının hövzəsində yerləşir. Gölün şərqi hündür və meşə ilə örtülü olsa da, qərbi düzən və meşəsizdir. Göldə Başqırdıstan və Rusiyanın qırmızı kitabına salınmış Avropa xariusu adlı balıq yaşayır.
Struma faciəsi
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə. 1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi. 12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı. Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi.
Struma hadisəsi
Struma hadisəsi və ya Struma Faciəsi, İkinci dünya müharibəsi dövründə Nasistlərdən qaçmağa çalışan yəhudiləri Fələstinə aparmaq üçün Rumıniyadan yola çıxan Struma gəmisinin İstanbul sahillərində SSRİ mənşəli sualtı qayıq tərəfindən batırılmasıdır.
Trua(rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua (rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua FK
ES Trua AC ya da sadəcə "Trua" (fr. Espérance Sportive Troyes Aube Champagne) - 1900-cü ildə Trua şəhərində qurulan Fransa futbol klubu. Ev oyunları Stade de l'Ob Stadionunda keçirilir. Klubun ən yüksək nailiyyəti 2001-ci ildə UEFA İntertoto Kubokunda qələbədir. 2008/2009 mövsümünün sonunda klub Liqa 2-də 19-cu yeri titdu bə Liqa 3-ə düşdü. Ancaq 3 mövsümə komanda əhəmiyyətli bir sıçrayışını bacardı və Trua artıq, 2012-2013 mövsümünə Liqa 1-də başlamışdı, ancaq dərhalda oradan çıxdı. 2014/2015 mövsümündə komanda yenidən Liqa 1-ə doğru irəlilədi amma sonuncu yeri alaraq, Trua yenidən Liqa 2-yə getdi. 2016/2017 mövsümündə "Trua" Liqa 2-də 3-cü yer tutub pley-offa çıxdı. İlk matçda Loryanı 2:1 hesabı ilə məğlub etdi və ikinci oyunda onlar 0-0 oynadılar ki, bu da Truanın mövsümün sonunda Liqa 1-ə qayıtmasına imkan verdi.
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Oktrua
Oktrua (lat. auctor, frans. octroi — mükafat, təminat) — XIII əsrdə Fransada ortaya çıxan idxal rüsumlarıdır, istehlak malları idxal edərkən şəhər zastavalarından tutulurdu. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində ləğv edildi. XVI–XVIII əsrlərdə inhisar ticarət şirkətlərinin imtiyazları da Oktrua adlanırdı.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Sitrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Şarja
Şarja (ərəb. لشارقة ‎) — Birləşmiş Ərəb Əmirliklərinın üçüncü böyük şəhəri, Şarja əmirliyinin inzibati mərkəzi. Əhalisi — 801 004 (2008). Dubay və Əcmənlə birlikdə 3 132 181 nəfərlik aqlomerasiya yaradır.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
Şorba
Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb.
Şorca
Ermənistanda Şorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır. Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Sırqa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.