Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Microsoft Student
Microsoft Student — Microsoft şirkəti tərəfindən yaradılan proqramdır. Əsas tələbələr və məktəbdə oxuyan uşaqlar üçün nəzərdə tutulub. Proqram Microsoftun yaratdığı Office proqramlarıyla inteqrasiya edib. MS Student Encarta proqram-ensiklopediya istifadəsiylə yaradılıb. Proqramda Microsoftun MS Math, on-line Encarta və digər proglar istifadə olunub. Hal-hazırda bağlanıb. Şirkət tərəfindən açıqlamada deyildi ki, bağlanmasına əsas səbəb — yerləşdirilmiş informasiyaya tələbatın az olmasıdır. Əsas rəqibi Vikipediyadır.
Studena burnu
Studena burnu (bolq. нос Студена, ‘Nos Studena’ \'nos stu-'de-na\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Dalçev buxtasından qərbdə yerləşmişdir. Kleptuza buzlağından qərbdə, Altimir buzlağından şərqdə yerləşmişdir. Burun qərbi və cənubi Bolqarıstanda yerləşən Studena şəhərinin adını daşıyır. Dralfa burnundan 13.72 km cənub-qərbdə, Andruys burnundan 15.55 km cənub-qərbdə, Predel burnundan 3.77 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.
Stuxnet
StuxNet zərərli kompüter soxulcanıdır. İlk dəfə 2010-cu ildə Kaspersky Lab tərəfindən aşkar edilmişdir. 2005-ci ildən təkmilləşdirilən bu proqram təminatı, SCADA sistemlərini hədəfləyir və əsas məqsədi İran Nüvə Proqramına böyük zərər vermək idi. Heç bir dövlət bu kibersilahla bağlı məsuliyyəti öz üzərinə götürməsə də, bu kibersilahın yaradılması Amerika və İsrael dövlətləri ilə əlaqələndirilir. StuxNetin xüsusi hədəfi PLC(proqramlaşdırılan məntiq nəzarətçiləri) idi, hansı ki, zavodun montaj xətlərinin və nüvə materiallarının ayrılması üçün sentrifuqaların idarəedilməsi kimi elektromexaniki proseslərinin avtomatlaşdırılmasına imkan yaradır. 4 "sıfır gün hücumu"nu özündə birləşdirən StuxNet əvvəlcə Windows Əməliyyat Sistemi və şəbəkədən daha sonra isə Siemens Step7 yazılımından istifadə edirdi. StuxNetin İran PLC-lərini təhlükəyə atdığı bildirildi. Sənaye informasiyalarının oğurlanması və sentrifuqaların həddən artıq sürətlə fırlanıb özlərini parçalamaları da bura daxildir. StuxNetin xüsusi bir dizaynı və arxitekturası yoxdur, o özünü işləyəcəyi platformalara uyğunlaşdıra bilir. Bu sistemlərə əsasən böyük çoxluğu Yaponiya, ABŞ və Avropada yerləşən SCADA(Mərkəzi Nəzarət və Məlumat Toplama) və PLC sistemləri daxildir.
Sudet
Sudet Mərkəzi Avropada bir dağ silsiləsidir. Sudet dağları Almaniyanın şərqindən Polşa və Çexiyaya qədər uzanır. Ən hündür zirvəsi Çexiya-Polşa sərhədində yerləşən Karkonoşe dağlarındakı Sněžka adlı yerdir. Sudet dağları 1602 metrə qədər hündürlüyə malikdir. Dağ silsiləsinin Çexiya hissəsindəki aktiv geomorfoloji hissəsi Krkonošsko-jesenická soustavadır. (“Krkonoše-Jeseníky”). Karkonoşe dağları son on ildir ki, qış idman oyunlarına ev sahibliyi edir.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. == Tibbi istifadə == Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Sen-Jan-de-Suden
Sen-Jan-de-Suden (fr. Saint-Jean-de-Soudain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — Tur-dyu-Pen. INSEE kodu — 38401. Kommunanın 1999-cu il üçün əhalisi 980 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.