DİYARŞÜNAS

i. regional ethnographer, student of local lore

DİYARBƏDİYAR
DİYARŞÜNASLIQ
OBASTAN VİKİ
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. == Muzeyin tarixi == Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. == Muzeyin eksponatları == Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. == Muzeyin tarixi == Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. == Muzeyin eksponatları == Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi — Göyçay şəhərində yaradılmış muzey. Muzeydə Göyçay rayonun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır. == Muzeyin tarixi == Göyçay rayon Tarix-diyarşunaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzey 2012-ci ildən müasir uslubla inşa edilmiş binada fəaliyyət göstərir. == Muzeyin eksponatları == Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat toplanıb. Onların sırasında insanların qədim yaşayış məskənlərində aparılmış qazıntılar zamanı aşkar olunan bəzək əşyaları, silah və qab-qacaq nümunələri var. Çox sayda eksponat İkinci dünya müharibəsi və Sovet İttifaqı Qəhrəmanları: Ziya Bünyadov, Bahəddin Mirzəyev, Hacı Qafarov və onlarla digər döyüşçülərdən bəhs edir. Hazırda 6800 ədəd eksponat vardır. Bunlardan 795 eksponat ekspozisiyada nümayiş etdirilir. Muzey eksponatları:- rəssamlıq, heykəltaraşlıq, arxeologiya, etnoqrafiya, fotoşəkillər, sənədlər, iqtisadiyyat və milli adət-ənənələri tərənnüm edən bölmələrdən ibarətdir.
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey. == Haqqında == Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə Tarix Diyarşünaslıq Muzeyi

Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir. == Muzeyin tarixi == Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur. == Muzey binası == Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir. == Muzey ekspozisiyası == Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir. == Həmçinin bax == Hacıqabul Hacıqabul rayonu == Xarici keçidlər == "Hacıqabul tarixinin əks olunduğu məkan".
Kamensk Diyarşünaslıq muzeyi
Kamensk Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: Rostov vilayəti, Kamensk-Şaxtinski ş, Marl Marks, 56. == Tarixi və təsviri == Kamensk Diyarşunaslıq Muzeyi Böyük Vətən müharibəsi və əmək veteranlarının səyi ilə yaradılmışdır. Muzey 1969-cu ildə təşkil edilmişdir. Muzey iki mərtəbəli, kərpiçdən inşa edilən binada yerləşir. Yerləşdiyi binanın özüdə tarixi abidədir. Muzeyin ekspozisiya zalının sahəsi 290 m² təşkil edir. Muzeydə iyirmi üç min tarixi və mədəni irs predmeti vardır. Əsas fondu isə iyirmi bir min dörd yüz eksponat təşkil edir. Bu ekponatlar ekspozisiya zalınfa nümayiş etdirilir. Muzeyin əsas göstəriş mövzusu Kamensk-Şaxtinski şəhərinin çox əsrlik tarixidir.
Karpenko adına Martınov diyarşünaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46 == Tarixi və təsviri == Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd). 2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.
Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyi
== Muzeyin tarixi == Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli lider H.Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. == Muzeyin ekpozisiyası == Hazırda muzeydə 4207 eksponat var. Bu mədəniyyət ocağının mövzu ekspozisiyası 4 salonda 17 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir. == Muzeyin bölmələri == Muzeyin 1-ci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. 3-cü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir.
Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi – Azərbaycanın Kəlbəcər şəhərində 1982-ci ilin sentyabrında yaradılmış muzey. İşğal olunmuş ərazilərdəki muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi. == Muzeyin tarixi == 1975-ci ildə AMEA-nın konfrans zalında Azərabycan geoloqlarının qurultayı keçirilirdi. AMEA-nın foyesində Kəlbəcər məktəblərinin müəllim və şagird kollektivinin diyarşünaslıq materiallarından və hazırladıqları təhsil vasitələrindən ibarət sərgi nümayiş etdirilirdi. Sərgi alimlər tərəfindən yüksək qiymətləndirildi. Akademik Həsən Əliyev özünün qurultaydakı çıxışında yeni bir təklif verdi: Kəlbəcərdə tarix-diyarşünaslıq muzeyi yaratmaq lazımdır. Muzey üçün baza artıq mövcutdur. Təklif qurultay nümayəndələri tərəfindən yüksək qiymətləndirildi. O gündən akademik Həsən Əliyev Respublika səviyyəsində muzeyin açılışı üçün qərarların verilməsi və sənədləşdirmə işlərinin həll edilməsi üçün fəaliyyətə başladı. Bu barədə ilk öncə Azərbaycan SSR I Katibi işləyən Heydər Əliyevə müraciət etdi.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi — Azərbaycanın Kəlbəcər rayonunda muzey. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1980-cı illərin əvvəllərində ədəbiyyatçı alim Şamil Əsgərov tərəfinden yaradılmışdır. Müzeyin həyəti 900 m² artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdır. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəli nümayiş etdirilirdi. Burada "Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlar ilə bədxassəli şişlər müalicə olunurmuş.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan MR-nın Kəngərli rayonunda muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir. == Muzey eksponatları == 1500-dən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır. == İstinadlar == == Xarici keçidlər == "Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. İstifadə tarixi: 16.02.2021. "Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması haqqında".
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi — Lahıc kəndinin yerli tarix muzeyi. 1985-ci ildə qurulmuş və Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yerləşir. == Yaranması == 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilmiş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1992-ci ildən dövlət statusu alaraq Lahıc Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin özü Lahıcda "Ağaoğlu məscidi" kimi məşhur olan və 1914-cü ildə inşa edilmiş bir binanın içərisindədir. Muzeyin direktoru Əliyev Maarif Ağamehedi oğlu muzeyə eksponatların toplanmasında əhali arasında təbliğat aparırı. Muzeyin nümayəndəsi Kamilli Tofiq Kamil oğlu, 20–22 aprel 2009-cu il tarixlərində Bakıda keçirilmiş UNESCO / ICOM nəşrlərindən istifadə edərək muzey rəhbərliyi tərəfindən Azərbaycan Respublikasından muzey işi üzrə təlimçi-mütəxəssislər üçün milli təlimlərdə iştirak etmişdir. == Esponatlar == Muzeydə 1336 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Muzeyə gələn ziyarətçilərə 1000–dən çox eksponat təqdim edilir.
Laçın Tarix-Diyarşünaslıq Muzeyi
Laçın Tarix və Diyarşünaslıq Muzeyi – Azərbaycan Respublikasının Laçın rayonunda 1974-ci ilidən 1992ci ilin may ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri. == Memarlıq quruluşu == Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Bu biina Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikom üçün nəzərdə tutulsada sonralar burada şəhər VIII illik məktəb kimi də fəaliyyət göstərmişdir. Müzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Müzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə ekspoziyalar təşkil olundu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponatlar toplandı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq Muzeylərə baxış müsabiqəsində qalib seçilmiş və direktoru ilə birgə xüsusi medalla təltif olunub.
Laçın Tarix və Diyarşünaslıq Muzeyi

Lerik Tarix-Diyarşünaslıq Мuzeyi
Lerik Tarix-Diyarşünaslıq Muzeyi — Lerik rayonunun tarixi, mədəni irsini təqdim edən və turistlər üçün maraq doğuran rayon daxilində muzey. Lerik rayonunun tarixini əks etdirən çoxlu sayda eksponat var. Tarix-Diyarşünaslıq Muzeyinə Ruslan İsmayıl oğlu Məmmədov rəhbərlik edir. == Yaranması == Lerik Tarix-Diyarşünaslıq muzeyi 1983-cü ildən fəaliyyət göstərir. Muzeyin ərazisi 260 kv/m-dir. Muzeyin həyətyani sahəsində arxeoloji nümunələr sərgilənir. Eksponatların sayı 4700 ədəddir == Muzey eksponatları == 1983-cü ildən fəaliyyət göstərən M. Ə. Rüstəmov adına Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi Lerikin keçmiş və indiki tarixini eksponatlar vasitəsilə nümayiş etdirir. Muzeydə Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə üç səfərinə aid foto-stendlər və ulu öndər Heydər Əliyevin əsərləri və fotoları yer almışdır. Muzeydə rayonun arxeologiyasına, flora və faunasına, görkəmli şəxsiyyətlərini, alim və yazıçılarını, məişətini, tətbiqi sənət nümunələrini, Qarabağ şəhidlərini və Böyük Vətən Müharibəsi vetranlarını tanıtdıran eksponatlar vardır. Ekspopnatlar arasında eramızdan əvvəl XIV–XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s.
Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi
Lənkəran Tarix-diyarşunaslıq muzeyi — 1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başlamışdır. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülür. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır. == Muzeyin eksponatları == Muzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini adət-ənənələrini əks etdirir. Muzeydə 6560 ədəd tarixi eksponat yer almışdır. Muzey xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid sümükdən hazırlanmış bıçaqlar, həvəngdəstə, çəkiclər, tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, VII–XII əsrlərə aid heç vaxt rəngi solmayan boyali saxsi qablar qoç fiqurlu qəbir daşlari, çox maraqlidir. VIII–IX əsrlərə aid memarləq abidəsi — Bəlləbur qalasının tikinti materiallari nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyalari da orta əsrlərə aiddir. Muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurdu.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi — Masallı rayonunun Hişkədərə kəndində yerləşən muzey. Muzeyin direktoru Əntiqə Tağıyevadır. == Tarixi == Muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır. 15 il ictimai əsaslarla — Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının — Rəhim Tağıyevin adını daşıyır. Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi

Naftalan Tarix-Diyarşünaslıq Muzeyi
Naftalan Tarix-Diyarşünaslıq Мuzeyi - Muzey Naftalan şəhər Xalq Deputatları Sovetinin tərkibində Mədəniyyət inspektorluğunun tabeliyində 1983-cü ildən fəaliyyət göstərir. Muzey Kurort Birliyinin balansında ümumi sahəsi 318 m2 olan binada yerləşdirilmişdir. 2006-cı ilə kimi həmin binada fəaliyyət göstərmiş, bina qəzalı vəziyyətdə olduğuna görə 05.05.2006-cı il tarixli 141 saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən muzey eksponatları yeni muzey binası tikilənə kimi uyğunlaşdırılmış binaya köçürülmüşdür. Muzeyin fondunda 5407 ədəd eksponat var. Eksponatlar Naftalan şəhərinin keçmişinə dair rəngli və ağ-qara fotoşəkillərdən, sənədlərdən, nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalardan və şəfa tapmış xəstələrin keçmiş SSRİ-nin müxtəlif bölgələrindən göndərdikləri təşəkkür məktublarından, sanatoriyaya müəalicəyə gəlmiş xəstələrin sağaldıqdan sonra muzeyə bağışladıqları əsalardan ibarətdir. Azərbaycanın ucqarında fəaliyyət göstərən dünyada yeganə olan muzeyin ilk eksponatı 1978-ci ilə aiddir Naftalan şəhərində dünyada yeganə olan bir muzey mövcuddur. Bu muzeyin eksponatları hər biri özündə bir tarix yaşadan taxta, dəmir və müxtəlif materiallardan olan əsalar, qoltuq ağacları və saysız-hesabsız təşəkkür məktublarıdır. Bütün dünyada bura “Əsalar muzeyi” kimi tanınır. Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyinin tərkibində fəaliyyət göstərən “Əsalar muzeyi”nin qəribə yaranma tarixçəsi var. Belə ki, ötən əsrdən başlayaraq sağlamlıq əhəmiyyətli Naftalan neftinin sorağını eşidən minlərlə insan müxtəlif ölkələrdən bu kiçik şəhərə üz tutub.
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi
Neftçala Tarix-Diyarşünaslıq Muzeyi — 1980 ci ildən fəaliyyət göstərir. Muzey 3 şöbədən ibarətdir. Muzeyin ümumi sahəsi 800 m²-dir. Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin ümumi fondunda 17075 ədəd eksponat var. Əksər eksponatların tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bunlardan 12487 ədədi əsas, 4588 ədədi elmi köməkçi fonda aiddir. Muzeyin 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzey rayonun təbiətini, qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir: I zal rayonun təbiətini; II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini; III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini; IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini; V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini; VI zal Azərbaycan tarixinin 1918–20-ci illər tarixini- AXC dövrünü; VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30–40-cı illərini; VIII zal Böyük Vətən müharibəsi dövrünü; IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir. Muzeydə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.
Oktyabrsk rayonu xalq tarix-diyarşünaslıq muzeyi
Oktyabrsk rayonu xalq tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Oktyabrsk rayonunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346480, Rostov vilayəti, Oktyabrsk r, Kamenolomni q, Şosseynı x, ev 10-v 9 may 1967-ci ildə Kommunist Partiyası icrayə kimitəsinin və Rostov vilayəti Oktyabr rayonu rayspolkomunun səyi ilə Kamenolomni qəsəbəsində, hərbi şöhrət muzeyi təsis edilmişdir. Muzey dəmiryolçuların Mədəniyyət evində yerləşən otaqların birində yerləşirdi. Bu dövrdə muzeyə əsasən pionerlər təşlif buyururdu. İlk əvvəllər muzeyin direktoru Q. N. Suvorov olmuşdur. Suvorov muzeyə 10 il müddətində (1967-ci ildən 1977-ci ilə qədər) rəhbərlik etmişdir. O, muzeyə çoxlu sayda eksponatların daxil olmasında böyük paya sahibdir. Sonradan qəsəbədə muzey üçün bina edilmişdir. 1978-ci ildə Q. N. Suvorovun ölümündən bina nəzarətsiz qalır. Bununla da muzey nəzarətsiz qalır. Eksponatların və sənədlərin bir qismi itirilir.
Ordubad Tarix-Diyarşünaslıq Muzeyi
Ordubad Tarix Diyarşünaslıq Muzeyi - Bu muzey məşhur Qeysəriyyə memarlıq abidəsi olmuşdur. Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzində yerləşir. Ümumi sahəsi 540 kv m-dir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1, 45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq kənar divar taxçaları çatmatağ konstruksiyalı olub ölçüsü 3,4x1, 37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir.

Digər lüğətlərdə