Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suy He
Suy He (çin. 何穗; 23 sentyabr 1989, Vençjou[d], Çjetszyan) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib. Suy "W" jurnalının üzlüyündə də yer almışdır. == İlk illəri == 23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur. == Karyerası == 17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır. 2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir. O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.Podiumda ilk debütü 2011-ci ilin yaz/yay mövsümündəki Sevgi, seks və pul şousunda olmuşdur.
Suy Veniszin
== Karyerası == === 2008—2009-cu illər: Çin Çempionatında dördüncü pillə === Suy Veniszin və Xan Sun cütlüyü 2009-cu ilin 6-10 yanvarında baş tutan Çin Çempionatında mübarizə apardı. Qısa proqramda 48.42 balla üçüncü, sərbəst proqramda isə 85.92 balla dördüncü pillənin sahibi olan Xan Sun və Suy Veniszin cütlüyü, ümumi nəticədə Çin Çempionatını 134.34 balla dördüncü pillədə başa vurdu. === 2009—2010-cu illər: === Suy Veniszin və Xan Sun cütlüyü 2009-2010-cu illər mövsümündə gənclər arasında baş tutan yarışlarda mübarizə apardı. Əvvəlcə Suy Veniszin və Xan Sun cütlüyü 2009-cu ilin 2-5 sentyabrda baş tutan Çin Çempionatında mübarizə apardı. Qısa proqramda beşinci, sərbəst proqramda isə birinci pillənin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 142.68 balla Çin Çempionatının qalibi oldu. Çin Çempionatının qalibi olan Suy Veniszin və Xan Sun cütlüyü 22-28 sentyabrda Belarusun ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Qısa proqramda 50.68 balla, sərbəst proqramda isə 101.88 balla birinci pillələrin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 152.56 balla gənclər arasında ISU Belarus Qran-Prisinin qızıl medalına sahib oldu. Daha sonra Suy Veniszin və Xan Sun cütlüyü Almaniyanın Drezden şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında çıxış etdi. Qısa proqramda 58.40 balla, sərbəst proqramda isə 108.44 balla birinci pillənin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 166.84 balla gənclərin Almaniya Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində həm Belarus, həmdə Almaniya Qran-Prilərinin qalibi olan Suy Veniszin və Xan Sun cütlüyü, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Suy sülaləsi
Suy sülaləsi (Çincə: 隋朝, Hanyu Pinyin: suí cháo) -Çində (586-618)-ci illər arasında iqtidarda olmuş xanədan. == Tarixi == Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586-618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. VI əsrin sonu VII əsrin əvvəllərində "Yantszı" və "Xuanxe" çaylarını birləşdirən, uzunluğu 1700 km olan "Böyük kanal" çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.
Şan-şuy
'Şan-şuy' (Çin dilində:山水 hərbi mənası «dağlar-sular») - Çində dünyanın kişi və qadın başlanğıcının (in-yan) simvolu kimi, dağların və suların, sarkal elementlərin təsvirlərinin kompozisiyasından ibarət peyzaj rəsmləri. Bu rəsmlərin çəkilməsində mineral boyalardan və qara tuşdan istifadə olunur, təsvirlər kalliqrafik yazılarla müşayət olunurdu . Bu janr eramızın əvvəllərində meydana çıxmış, X-XIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmışdır. (Pəssamlar Qo Si , Li Tan, Ma Yuan). Şan-şuy öz ənənəvi mahiyyətini bizim günlərə qədər qoruyub saxlamışdır. == Görkəmli rəssamları == === Suy sülaləsi dövründə === Çjan Tszitsyan (550-617) === Tan sülaləsi dövründə === U Dao-tszi (685-758) Tszin Xao (870-915) Quan Tun (870-960) Dun Yuan (? -962) Xuan Tsyuan (900-965) Tszuy-jan (X əsr) === Sun sülaləsi dövründə === Fan Kuan (990—1020) Tsuy Bo (1050—1074) Li Qun-lin (1049—1106) Mi Fu (1051—1107) Van Simen (1096—1119) Sya Quy (1180 — 1230) === Yuan sülaləsi düvründə === Çjao Menfu (1254—1322) U Çjen (1280—1354) Xuan Qunvan (1269—1356) === Min sülaləsi dövründə === Van Men (1308—1385) Li Tszay (?—1431) Day Tszin (1388—1462) Tan In (1470—1524) Ven Çjenmin (1470—1559) Çen Çun (1482—1544) Dun Tsiçan (1555—1636) === Tsin sülaləsi dövründə === Lan In (1585—1666) Van Şi-min (1592—1680) == Mənbə == Виноградова Н. А. Китайская пейзажная живопись. — М.: Изобразительное искусство, 1972 Го Жо Сюй. Записки о живописи: что видел и слышал. — М.: Наука, 1978.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Buy
Buy (ing. Buoy) - gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
Say
Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı?" sualına da cavab verir.
Soy
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. == Həmçinin bax == Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Süd
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Sun
Sun — Azərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur. == Məhsullar == Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır. Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.
0 (say)
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
1000000000 (say)
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
1000000 (say)
Milyon (Qıs.şək. mln.) - min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. == Digər izahlar == 1992-ci ildən Dauqavpilsdə ( Latviya ) « Milyon » adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
1000 (say)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
10 (say)
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. == Ümumi məlumat == İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
11 (say)
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. == Riyaziyyatda == On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == Natriumun atom rəqəmi.
13 (say)
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. == Ümumi məlumat == Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
14 (say)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. == Sərhəd == Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.